Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsinə may ayında başlanılacaq

26.12.2012 | 2946 dəfə oxunub

Dünən AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Azərbaycan Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə keçirdiyi görüşdə iştirak edən "Kəpəz"in vitse-prezidenti Kamran Hüseynov tədbirlə bağlı Gəncə klubunun rəsmi saytı ilə fikirlərini bölüşüb: "Düşünürəm ki, görüş işgüzar şəraitdə keçdi. AFFA və PFL-in rəhbər şəxsləri ilə yığıncaqda bir çox məsələləri müzakirə edib, birgə fikir mübadiləsi apardıq. Çempionatın keçirilməsi sistemi, legioner limiti və s. məsələlər haqda danışdıq. Yəqin artıq siz də xəbər tutmusunuz ki, bu görüşdə Gəncə və Tovuzdakı stadionların ot örtüyünün dəyişdirilməsi haqda qərar qəbul olunub. Bunun cari çempionatın sonunda, may ayından başlayaraq həyata keçirilməsi nəzərdə tutulub. Ümumilikdə, səmərəli alınan belə görüşün mütamadi təşkili nəzərə alındı."



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail