Mövsümün ən uzun quru seriyası qırılıb

26.12.2012 | 2774 dəfə oxunub

Topaz Premyer Liqasının VII turundan təxirə salınan “İnter” – “Neftçi” matçı meydan sahiblərinin gürcüstanlı qapıçısı Georgi Lomaya üçün uğursuz alınıb. Stadium.az PFL-in rəsmi internet saytılna istinadən xəbər verir ki, meydana çıxdığı son 6 qarşılaşmada qapısını toxunulmaz saxlayan legioner matçın 11-ci dəqiqəsində qol üzüntüsü yaşayıb.

Lomayanı çempionatın ən məhsuldar futbolçusu Nikolas Kanales dayandırıb. Bununla da qapıçının quru seriyası 636-cı dəqiqədə qırılıb. O, sonuncu dəfə XI turun “Kəpəz”lə matçında qol buraxmışdı.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) qeydə aldığı dünyanın ən uzun quru seriyalarının sırasına düşmək üçün Lomayaya cəmi 24 dəqiqə çatmadı. Həmin siyahıya düşmək üçün 660 quru dəqiqə keçirmək lazımdır.

Əvəzində klub tarixinin rekorduna imza atan Lomaya həm də mövsümün ən uzun quru seriyasının müəllifidir. Mövsümün 4 ən uzun quru seriyasından 2-si ona məxsusdur.

1. Georgi Lomya (İnter) - 636
2. Georgi Lomya (İnter) - 561
3. David Petrzkieviç (Simurq) - 380
4. Cahangir Həsənzadə (AZAL) - 346



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail