Arda: "Romada ikinci adam olmaqdansa, öz kəndində kral ol" Müsahibə

25.12.2012 | 4391 dəfə oxunub

Türkiyəli futbolsevərlərin ən yaxından izlədiyi ispan klubu hansıdı: "Barsa", yoxsa "Real"? Sualın düzgün cavabı, nə "Real"dı, nə də "Barsa". Söhbət "Atletiko"dan gedir. Bu da səbəbsiz deyil. Axı Türkiyə millisinin iki aparıcı üzvü - Arda Turan və Əmrə Belezoğlu məhz "Atletiko"nun şərəfini qoruyur. Bu günlərdə hər iki oyunçu Türkiyə mətbuatına müsahibə verib. Arda ilə Əmrənin maraqlı açıqlamalarını təqdim edirik:  

- Nəyə görə "Atletiko"nu seçdin?

- A.T: Belə bir söz var, "Romada ikinci adam olmaqdansa, öz kəndində kral ol". Bu səbəbdən də məhz "Atletiko"nu seçdim. Madrid klubu mənim oynaya bilmək, hədəflərimə çatmaq, irəliyə doğru addımlamağım üçün ən yaxşı komandadır. Həm də "Atletiko"ya keçməklə, sabiq klubuma pul qazandırdın. Daha bundan artıq nə istəyim? İndi mənə yalnız bir şey qalır - özümü ən yaxşı tərəfdən göstərib, ölkəmin adını daha da yüksəltmək. Nəzər almaq lazımdır ki, çox az sayda türkiyəli futbolçu ölkədən kənarda uğurlu karyera qura bilir.

- "Atletiko"da oynamağın ölkənə hansı xeyri verir?

- A.T: Burada hər kəs mənə, "Turco, Turco, Turco, Grande Turco, El Turco" deyir. Bizim ölkəmizin bu cür reklamlara ehtiyacı var. Mən demirəm ki, özümüzü çox aşağıda tutaq. Əsla! Amma onu da etiraf edək ki, bizi başqalarının gözündə böyük göstərəcək bir rəsmimiz yoxdur.

- Hesab edirəm ki, "Atletiko" azarkeşləri səni sevir. Razısan?

- A.T: Razıyam. Çünki komandaya gəldiyim ilk gündə azarkeşlərə müraciət edərkən dedim: "Hər zaman yaxşı oynaya biləcəyimə söz verə bilmərəm. Amma söz verirəm ki, həmişə ən yaxşı şəkildə mübarizə aparacağam". Qaçmağın pisi olmur. Heç mən özüm də pis qaçmıram. Hörmətlə, kimisə əzməyin arasında olan fərqi yaxşı bilirəm. Məsəlçün, mən Tümərə və yaxud Rüştüyə çay aparıram. Bunda ayıb bir şey görmürəm. Əksinə, bu, mənim üçün bir şərəfdir. Amma meydanda rəqibiksə, mən onlara qarşı var gücümlə vuruşaram. Meydanda heç kimə güzəştə getmirəm.

- Sanki, İspaniyada Türkiyədə olduğu qədər aqressiv deyilsən. Bunun səbəbi nədir?

- Ə.B: Hər bir insan kimi, mən də keçmişdə buraxdığım səhvlərdən nəticə çıxarmağı bacarıram. Bilirəm, Messinin səbrinə hamı heyrandı. Bu xüsusiyyət insanın canında olmalıdı. Belə deyək də, aldığın təhsilin də, böyüdüyün mühitin də bunda rolu var. Amma əminliklə söyləyirəm, hətta Messi belə, Türkiyəyə gəlsə, dəyişiləcək. Çünki ətrafda o qədər olay baş verir ki... Bir növ kənardakılar səni səbirsiz olmağa təhrik edir.

- Deyəsən. indi özün-özünü tənqid edirsən...

- Ə.B: Mən gənc olanda ətrafımdakılar gündə deyirdilər ki, yaxşı futbolçuyam. Amma indi gerçəkləri üzümə söyləyən dostlarım var. İndi həm də mütaliə edirəm. Özümü inkişaf etdirməyim üçün çox oxuyuram. İspaniyaya gəldikdən sonra tarixə böyük marağım oyandı. Mənim kimi həyat yoldaşım da çox mütaliə edir

- Bundan sonraki hədəfin nədir?

- Ə.B: İdman idarəçiliyi ilə bağlı təhsil almaq istəyirəm. Türkiyədəki ən böyük çatışmazlıq peşəkar idman idarəçilərinin olmamasıdır. Hazırda ölkəmizdə futbolu peşəkar səviyyədə idarə edən 4-5 nəfər var. Amma mən hesab edirəm ki, keçmiş futbolçular təhsil aldıqları zaman gələcəkdə ölkə futboluna idarəçi kimi da böyük xidmət göstərə bilərlər.

- Dostlar, saçlarınız niyə bu gündədir?

- Ə.B: Mənim saçım uzanıb. Amma mən saçımı İstanbulda Yıldırım Özdemirdən başqasına kəsdirmirəm. Ona görə də indi saçıma əl vurmuram, uzanır. Halbuki o saçlarıma nə etsə də, "tamam" deyirəm. Əgər kimsə saçımı bəyənməyib, məni söysə, həmin söyüşlər də Yıldıram çatır (gülür). Amma son zamanlarda Arda bu baxımdan daha çox tənqid olunur. Hətta baş nazir belə, Ardaya "Madriddə bərbər yoxdu?" dedi. Arda Veyselin yanına gedir. Onun saçlarını Braziliya stilində düzəldirlər.
A.T: Mən düz saça lent taxıb, meydana çıxmağı sevirəm. Amma nə edirəmsə, edim, yenə də gözəl ola bilmirəm. İmkan verin, necə istəyirəmsə, elə də düzəldim saçlarımı. Xahiş edirəm, saçlarım dövlət məsələsi olmasın.

- "Playstation" hələ də həyatınızda baş roldadı? 

- Ə.B: Evləndikdən sonra oynamırdım. Amma bura gəldikdən sonra Arda ilə birgə oynayırıq. "Playstation"suz bir günümüz olmasın.

- Kim hansı komandanı seçir?

- A.T: Ya "Barselona"nı, ya da "Atletiko"nu seçirik. Hər oyundan bir dəyişirik. Hər dəfə mütləq birimiz Messini seçirik.

- Bəs, özünü heç seçmirsiz?

- Ə.B: Yox, mən İtaliyada olanda özümü seçirdim. İndi seçmirəm. Necə deyərlər, həmin mərhələni artıq keçmişəm.

- A.T: Mən seçirəm. Düzdür, həmişə yox, amma arada bir özümlə oynayıram

- Subaylıq sultanlıqdı?

- A.T: Şəxsi həyatımla bağlı danışmayacağam. Bircə bunu deyə bilmərəm: maqazin xəbərlərində mənimlə bağlı yayılan bütün xəbərlər yalandı.

- Messi və Ronaldonu özünüzə rəqib görürsünüz?

- Ə.B: Onlar mənim səviyyəm deyil. Çünki özümü heç vaxt böyük futbolçu kimi görmədim. Həm də mənim oynadığım mövqe onlarınkından tam fərqlidi. Mən komanda futbolçusuyam, Ronaldo ilə Messinin funksiyası isə qol vurmaq və məhsuldar ötürmə verməkdən ibarətdir. Onların təhsilləri də yüksək səviyyədədir. Peşəkar səviyyədə dəstək alırlar. Adicə bir fakt deyim. Mən həmişə mətbuat konfransına çıxmamışdan öncə sinif yoldaşım "bunu belə de, onu ele de" söyləyirdi. Mən də onun dediklərini təkrarlayırdım.

- A.T: Mən komplekssiz bir insanam. Təbii ki, onlardan örnək götürürüəm. Amma mənim idealım nə Messi, nə də Ronaldodur. Daha çox İnyestanı bəyənirəm. Mən də onun kimi olmaq istəyirəm. Bu səbəbdən də İnyestanın çıxışını yaxından izləyirəm.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail