İki baş məşqçiyə 1 illik cəza

25.12.2012 | 4064 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlaq qəbul edilib: 

19 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Sumqayıt” – “Kəpəz” matçının 75-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Malik Babayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
21 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “İnter” – “Bakı” matçında  “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
17 dekabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Bakı” – “Gənclik” matçının 45-ci dəqiqəsində “Gənclik” klubunun 15 №-li futbolçusu Fərid Məmmədov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
Oyunun 79-cu dəqiqəsində “Bakı” klubunun 17 №-li futbolçusu Azamat Qazayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır(maddə 42.1).
17 dekabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Turan” – “İnter” matçının 21-ci dəqiqəsində “Turan” klubunun 3 №-li futbolçusu Ömər İsgəndərov sonuncu ümid foluna birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
20 dekabr 2012-ci il U-16 Liqasının AZAL – “Turan” matçının 51-ci dəqiqəsində “Turan” klubunun 8 №-li futbolçusu Aslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
20 dekabr 2012-ci il U-16 Liqasının “Qarabağ” – “Neftçi” matçının 62-ci dəqiqəsində “Qarabağ” klubunun 15 №-li futbolçusu Kamran Nəsirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
20 dekabr 2012-ci il U-16 Liqasının “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 77-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 72 №-li futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
20 dekabr 2012-ci il U-16 Liqasının “Bakı kəndləri” – “Bakı 008” matçında “Bakı 008” klubunun heyətində Əjdər Muradovun saxta lisenziya ilə iştirak etdiyi aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
“Bakı 008” klubunun baş məşqçiləri Baloğlan Qurbanov və Elsevər Sarıyev futbolçuların lisenziyalarını saxtalaşdırdıqları üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılırlar (maddə 45).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail