Ramal Hüseynov: “Neftçi”də rəhbərliklə futbolçular “torba”mı tikdilər” Müsahibə

“İBRAHİMOVİÇİ 800 MİNƏ SATANLARDAN, MƏNƏ GÖRƏ 1 MİLYONDAN ÇOX PUL İSTƏDİLƏR”

26.12.2012 | 17859 dəfə oxunub

Ramal Hüseynov bir vaxtlar ölkənin ən aparıcı futbolçularından biri idi. Daim iddialı klubların – “Qarabağ”, “Bakı”, “Neftçinin heyətində çıxış edən Ramal hazırda birinci divizionda oynayır. Halbuki Hüseynov əvvəllər daim diqqət mərkəzində olub. Hətta Türkiyədə legioner həyatı da yaşayıb. Bir neçə gün əvvəl Hüseynovun 28 yaşı tamam oldu. Ramalla görüşüb, hazırkı, keçmiş gələcək karyerası haqda ətraflı söhbət etdik

Ramal ad günün mübarək olsun.

Çox sağ ol, təşəkkür edirəm.

Neçə yaşın oldu?

– 28.

Sənəddə 28 oldu, bəs həqiqətdə?

Elə 28.

Yənilipadeyilsən?

Yox.

Amma hamı deyir, Ramallipa...

Boş söhbətlərdi.

Yaxşı, onda bu boş söhbətlər hardan qaynaqlanır?

Güclü olanın həmişə arxasınca danışırlar. Amma üzbəüz gələndə susurlar.

Orası elədi. “Qaradağ Lökbatanda işlərin necə gedir?

Şükür Allaha, hər şey yaxşıdı.

Səncə, bu il komanda yeniden çempion ola biləcək?

Məqsədimiz elə budu. Çalışırıq ki, komanda ardıcıl ikinci il çempion olub, yüksək liqaya vəsiqə qazansın. İnşallah, istəyimizə çatacağıq.

Komandada şərait necədi?

Hər şey yüksək səviyyədədi. Rəhbərlik uğur qazanmağımız üçün hər cür şərait yaradıb.

Uzun illər yüksək liqada oynamısan. İndi birinci diviziondasan. Çempionatlar arasında fərq çox böyükdü?

Yüksək liqada oynamaq çətindi. O baxımdan ki, yaxşı oynamaq üçün futbolçudan güc tələb olunur. Təbii ki, səviyyə baxımından Premyer Liqa çox üstündür. Amma indiki komandamın da səviyyəsi yüksəkdi. YəniQaradağ Lökbatanelə səviyyədədir ki, adam heç birinci divizionda oynadığını hiss etmir.

Azərbaycan futbolunda xoşagəlməz artıq ənənəyə çevrilən bir məqam var. Belə ki, komanda yüksək liqaya vəsiqə qazandıqdan sonra birinci divizionda komanda üçün can qoyanları heyətdən göndərirlər. Həmin futbolçuların xidmətindən artıq Premyer Liqada istifadə olunmur. Onların əvəzinə ya yerli, ya da legioner futbolçular dəvət olunur. Bu cür hala əvvəlki mövsümlərdə dəfələrlə şahidlik etmişik. Eyni aqibəti yaşamaqdan qorxmursan?

Yox, qorxmuram. Çünki məndən güclüsünü hardan tapacaqlar? Elə ən güclüsü özüməm (gülür). Guya hansı legioner indiyə kimi məndən güclü olub ki

Daim iddialı klublarda oynamısan. İndi birinci diviziondasan. Bu məqam sənə pis təsir etmir?

deyim vallah? Hər kəsin öz qisməti var. İndiki məqamda birinci divizionda oynamağım mənə pis təsir etmir. Bugünə şükür. İndi yaxşı klubdayam, yaxşı insanlarla birgə çalışıram. Gələn il inşallah Premyer Liqada oynayarıq. İnanıram ki, bu klubda da uğur qazanacağam.

Təbii ki, birinci divizionda oynamaq ayıb deyil. Amma bir vaxtlar bütün klubların arxasınca düşdüyü Ramal Hüseynova nəyə görə indi böyük komandaların ehtiyacı yoxdu?

Ona görə ki, mən haqqı sevənəm. Haqqı heç vaxt nahağa verməmişəm. Bunu da hamı bilir. Elə bu cəhətimə görə əksər hallarda kənarda qalmışam. Bir çox yerlərdə düzgün insana yer yoxdu. Amma mən bunu özüm üçün problemə çevirmirəm. Allah özü hər şeyi görür. Birinci divizionda oynasam da, alnım açıqdı. Hamı da bilir ki, Ramal güclüdü. İnanıram ki, bundan sonra güclü olduğumu sübuta yetirəcəyəm. Elələri var ki, kiminsə hesabına futbol oynayır. Bəzi yaltaq futbolçular da var. Elələri indi yaxşı komandalarda oynayırlar. Amma mən, yenə deyirəm, haqsızlığı heç vaxt götürməmişəm.

Ümumiyyətlə, bir çox komandalarda oynamısan. Sənin üçün ən yaxşı dövrün hansı olub?

Düzü, mənim üçün hamısı yaxşı olub. “Turanda Tahir müəlim, “Bakıda Hafiz müəllim, “Qarabağda Tahir Gözəl xətrimi çox istəyib. “Neftçirəhbərliyi ilə münasibətim yaxşı olub. Buna görə oynadığım klubların hansısa birini fərqləndirməyim qeyri-mümkündü.

Yaxşı, bəs, onda nəyə görə tez-tez klub dəyişmisən? Karyerana baxanda görürük ki, bir yerdə uzun müddət duruş gətirməmisən.

Bu haqda çox danışmaq istəmirəm. Amma qısaca onu deyə bilərəm ki, bir klubda uzun müddət qala bilməməyimin günahkarı təkcə mən deyiləm.

Hesab edirəm ki, sən ən yaxşı dövrüvüBakıda keçirmisən o klubuNeftçi dəyişməklə səhv etdin. Sənin karyeran da məhzNeftçi məhv oldu.

Razıyam

Razısansa, bəs ondaBakı niyəNeftçi dəyişdin?

Belə deyək , bütün futbolçuların həmişə arzusu olub ki, “Neftçinin formasını geyinsin. Mən bu səbəbdənNeftçi keçdim.

Deyirlər, axı oratada pul söhbəti olub?

Boş söhbətdi, dedi-qodular həmişə olub, olacaq da.

Bəs ev söhbəti?

ev?

Deyilənə görə, “Bakırəhbərliyi sənə ev söz verib, amma sonradan fikirlərindən daşınıblar. Sən buna görə komandanı tərk etmisən?

Bunu kim deyir?

Belə deyək , etibarlı mənbədən eşitmişik.

Yox, yalan söhbətdi. “Bakımənim futbolda evim olub. Bu klubda hər zaman çox rahat olmuşam, hər şey ürəyimcə olub. lazım gəlib, klub rəhbərliyi edib. Həmişə istəmişəmsə, Hafiz müəllim, Zeynal müəllim istəklərimi geri çevirməyiblər. Sizin vasitənizlə bir daha onlara təşəkkürümü bildirirəm. Onlar Azərbaycan futbolu adına çox görüblər görməyə davam edirlər. Bugünkü gündə Bakırəhbərliyi ilə əla münasibətim var

Deyirsən ki, ev söhbəti yalandı?

, yalandı.

Yəni klub rəhbərliyi ilə aranızda heç bir narazılıq olmayıb?

Olmağına olub, amma bunun pulla, evlə heç bir əlaqəsi yoxdu.

Bəs, problem nədə idi?

Bilirsən, problem haqda uzun danışmaq istəmirəm. Olan olub, keçən keçib. Həmin söhbətin üstündən artıq xeyli vaxt ötüb. Aramızda problem yox idi. Sadəcə olaraq, müəyyən səbəbə görə mən onları bir qədər gözləməli idim. Amma gözləyə bilmədim Neftçi keçdim. Bir sözlə, problem onlarda idi, məndə.

Etiraf et ki, “Neftçidəki karyeran pis alındı.

Əlbəttə, bunu özüm bilirəm. Amma bunun da bir sıra səbəbləri oldu.

Hansı səbəblər?

Birincisi, məni ora Petrjela dəvət etmişdi. Söhbətimiz belə olmuşdu ki, mən əsas heyətdə oynayacağam. Yəni oyunumu bəyənmişdi bildirmişdi ki, sənə güvənirəm. Amma elə alındı ki, mən komandaya gəldikdən sonra Petrjelanı komandadan çıxardılar. Ondan sonra Demyanenko gəldi. O isə mənə şans vermədi.

Nəyə görə şans vermədi? Səbəbini soruşmadın?

Nəyə görə şans vermədiyini bilirəm. Amma bu haqda indi danışmaq istəmirəm.

Danış, biz bilək .

Belə deyim , bəziləri onun yanında mənimtorba tikdilər.

Kimlər?

İndi ad açıqlamaq istəmirəm.

Heç olmasa ucundan-qulağından...

– “Torba tikənlər arasında həm futbolçular, həm rəhbərlikdən olanlar var idi. Amma bir daha təkrar edirəm ki, indi həmin adamların adlarını açıqlamaq istəmirəm. Amma vaxtı gələndə elə sizin qəzetiniz vasitəsiylə onların adlarını açıqlayacağam. Hamı biləcək ki, mənNeftçidən nəyə görə getmişəm. Bu gün həmin insanlar mənim yanımda gözükölgəlidirlər.

– “Neftçidən ayrıldıqdan sonra yenidənBakıya qayıtsan da, orada da çox duruş gətirmədin.

– “Bakıya qayıdandan sonra da gördüm ki, Haciyevski məndən inciyib. Komandanın aparıcı futbolçularından biri idim getməyim ona pis təsir etmişdi. Sonra da elə alındı ki, təklif gəldi Kocaelispora getdim.

Oradakı günlərini necə xatırlayırsan?

Orada hər şey əla idi. Yalnız oynamamağımdan başqa. Hər gün məşqlərdə can qoyurdum, bütün gücümlə məşq edirdim, amma baş məşqçi şans vermirdi ki, vermirdi. Yalnız son oyunda meydana çıxdım onda da qol vurdum. Mənə elə gəlir ki, həmin oyunda vurduğum qolla problemin məndə deyil, məşqçidə olduğunu sübuta yetirdim. Daha sonra klubla 3 illik müqavilə imzalasam da, sonradan ortaya başqa problem çıxdı. “Kocaelisporun federasiyaya 7 milyon borcu var idi bu səbəbdən mən daxil olmaqla bir neçə futbolçuya lisenziya vermədilər. Yekunda da vətənə qayıtdım Standartla müqavilə imzaladım.

Ramal, Fuad Musayevin sənin karyeravın üzərindən xətt çəkməsi düzgün söhbətdi?

Xətt çəkib, deməzdim. Sadəcə, hələ gənc yaşımdaHammürbü keçməyə yaxın idim. Hətta 2 həftədən artıq həmin klubun düşərgəsində oldum. Sonda pul məsələsində razılıq əldə olunmadı. Bildiyimə görə, Fuad Musayev mənə görə qarşı tərəfdən 1,2 milyon dollar istəmişdi. Bu pulu isə mənə verməzdilər. Çünki həmin vaxtMölmeİbrahimoviçiAyaksa 800 minə satmışdı. İbrahimoviç 800 minə satılırsa, mənə görə kimdi 1,2 milyon verən?

Yəqin ki, cari mövsümdə Premyer Liqanın oyunlarını izləyirsən. Səncə, həqiqətənmi çempionatın səviyyəsi artıb?

Bəli, səviyyə artıb. Çempionat daha da gərgin maraqlı alınıb. İndi digərlərindən 1 baş üstün olan komanda yoxdu. Yəni klublar arasında fərq ciddi deyil.

Bəs milli?

Milli komandamız da inkişaf edir. Artıq 2 xal toplamışıq. Ümumiyyətlə, futbolumuz inkişafdadır. “Neftçinin Avroliqanın qrup mərhələsinə çıxması, “İnterkimi komanda ilə səfərdə heç-heçə oynaması birbaşa inkişafın göstəricisidi. Ölkə federasiya rəhbərliyi futbolun inkişafı üçün çox görür. Amma məncə, millimiz bundan da yaxşı oynaya bilər. Bunun üçün isə ilk növbədə legionerlərdən imtina etmək lazımdı. Rusiyaya qarşı oyunu həmin ölkənin kanalından izləyirdim aparıcı oyun ərzində dəfələrlə qeyd etdi ki. Azərbaycan millisində legionerlərin sayı çoxdur. Bir azərbaycanlı kimi bu mənə çox pis təsir etdi. Milli ölkənin bir növ rəmzidi. Burada yerlilərdən başqa heç kim oynamamalıdı. Heç bir legioner milliyə yerli futbolçu qədər fayda verə bilməz. Sabah Qarabağ uğrunda müharibə başlasa, orada kim vuruşacaq? Bizlər. Məgər legioner gedib müharibədə mənim yerimə vuruşandı? Əlbəttə, vuruşmayacaq. Milli komandada oynamaq da elə bir şeydi. Komandada yalnız yalnız yerlilər oynamalıdı. Bu halda inkişafımız da sürətlənər.

Səncə, Foqts millimizə xeyir verir?

Təbii ki, verir. Əgər xeyir verməsəydi, AFFA rəhbərliyi onun vəzifəsində saxlamazdı. Mən bütün günahları Foqtsda görmürəm. Foqts çıxıb meydanda futbol oynamayacaq ki? Bir qədər futbolçu seçimində yerlilərə üstünlük versə, lap yaxşı olar.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail