Əliyar Ağayev - “Neftçi”nin “düşmən”i ? ARAŞDIRMA

25.12.2012 | 8932 dəfə oxunub

Ötən yazıda qeyd etdiyim kimi, Topaz Premyer Liqasında XVIII tura qədər baş tutan 92 oyunu cəmi 9 hakim idarə edib. Bu isə orta hesabla hər hakimə 10-dan artıq oyun düşməsi deməkdir. Hakimlərin təyinatları barədə keçən sayımızda ətraflı söhbət açmışdım. Bu dəfə referilərin bölgüsündən danışacağıq. Bəri başdan bildirim ki, baş hakimlərin bölgüsü düzgün aparılmayıb. Buna yazını oxuduqdan sonra əmin olacaqsınız

ƏLİYAR AĞAYEV - “NEFTÇİNİN DÜŞMƏNİ?

Ən çox təyinat alan hakim olan Əliyar Ağayev 11 komandanın oyununu idarə edib. Diqqət yetirək, Ağayevin 14 oyunundan beşiQarabağın iştirakı ilə baş tutub. Amma o, bir dəfə olsunQəbələnin oyununa təyinat almayıb. “Qarabağla yanaşı gənc referiyə eyni zamanda AZAL Xəzər Lənkəranın oyunlarında da tez-tez rast gəlmək mümkündü. Belə ki, Əliyar bu klubların oyunlarını 4 dəfə idarə edib. Ağayevinİnter yolu 3 dəfə kəsişdiyi halda, hərəyə 2 dəfəTuran”, “Neftçi”, “Rəvan”, “SimurqSumqayıtın oyunlarını idarə edib. “Qəbələnin üzünə həsrət qalan Ağayev cəmi 1 dəfəKəpəzBakının oyunlarında əsas söz sahibi olubGözlənildiyi kimi, Ağayevin idarə etdiyi oyunlarda ən çox xalıQarabağtoplayıb – 8. Lakin orta hesabla qazanılan xallarla götürsək, Ağayev ən çoxİnterüçün düşərli hakimdir. Belə ki, “bankirləronun matçlarında mümkün 9 xaldan 7-ni aktivinə yazıb. Ağayevin baş hakim olduğu görüşlərdəXəzər Lənkəran” 6, AZAL 4, “Turan” 3, “SimurqSumqayıt” 2, “BakıRəvan” 1 xal qazandığı halda, “KəpəzNeftçixal qazanmayıb. Göründüyü kimi, AğayevNeftçiüçün düşərsiz hakimdi. Onun idarə etdiyi 2 görüşdəNeftçinəinki xala, hətta qola da həsrət qalıb. Ağayevin idarə etdiyi oyunların ən məhsuldar komandası AZAL-. “Təyyarəçilər” 7, “Qarabağ” 6, “Xəzər Lənkəran” 5, “İnter” 4, “Turan”, “SumqayıtSimurq” 2, “Kəpəz”, “RəvanBakıisə hərəyə 1 qol vurublar. Ağayev ən çoxQarabağın futbolçularını cəzalandırıb – 11 dəfə. Digər komandalar üzrə bölgü isə aşağıdakı kimidir: – “Xəzər Lənkəran” 8, “İnterSumqayıt” 7, “Neftçi”, AZAL, “Simurqhər biri 6, “Rəvan” 5, “Kəpəz” 3, “BakıTuran” 2 sarı vərəqə. Maraqlıdır ki, 14 oyunda Əliyar Ağayev cəmi 1 qırmızı vərəqə göstərib. Onu daXəzər Lənkərandan Ruslan Abışova. 5 dəfə penalti nöqtəsini göstərən gənc hakim bu baxımdan ən çox AZAL-ı sevindirib. Belə ki, o iki dəfə AZAL-ın lehinə penalti təyin edib. “Təyyarəçilərdən başqaQarabağ”, “İnterRəvanda Ağayevin qərarı sayəsində penalti vurmaq hüququ qazanıb. Əliyar Ağayevin əleyhinə penalti təyin etdiyi klublar isəQarabağ”, “Bakı”, “Neftçi”, “SumqayıtRəvan

RƏHİM HƏSƏNOV SİMURQLA NEFTÇİ HƏSRƏTDİ

Həsənov 13 oyunda fit çalsa da, cəmi 10 komanda ilə yolları kəsişib. Hakimlər üzrə bölgülərin düzgün aparılmamasına dair daha bir fakt. Necə olar bilər ki, 13 oyunda baş hakim olan birisi 1 dəfə olsunNeftçiiləSimurqun oyununa təyinat almasın? HəsənovunsevimliklubuTuran. Gənc referi 4 dəfə tovuzluların oyununda baş hakim olub. “Xəzər Lənkəran”, “Kəpəz”, “Rəvan”, “İnter AZAL-ın taleyini 3 dəfə həll edən HəsənovBakı”, “QəbələSumqayıtın 2, “Qarabağın isə yalnız 1 oyununda fit çalıb. Həsənovun idarə etdiyi oyunlarda ən çox xal qazanan komandalarTuranlaİnterdir – 7 xal. Onun idarə etdiyi matçlarda AZAL 6, “Rəvan” 4, “Xəzər LənkəranQəbələ” 3, “Sumqayıt” 2, “Bakı”, “KəpəzQarabağhərəyə 1 xal qazanıblar.

Xal sayında olduğu kimi Həsənovun idarə etdiyi oyunlarda qol sıralamasında da vahid lider yoxdu. Belə ki, “Xəzər LənkəranlaTuran” 6 dəfə qol sevinci yaşayıb. Həsənovun matçlarındaİnter” 5, “Rəvan AZAL hərəyə 4, “Qəbələ” 3, “Bakı” 2, “Qarabağisə 1 qol vurduğu halda, “KəpəzSumqayıtümumiyyətlə qola həsrət qalıb.

Həsənovun ən çox cəzalandırdığı klubTuran. Tovuz klubunun üzvləri 15 dəfə sarı vərəqə alıblar. Bu sıralamda ikinci pillədə 9 sarı vərəqə iləRəvan. Gənc hakimKəpəzin 8, AZAL Simurqun 7, “Xəzər LənkəranBakının 6, “Qəbələnin 4, “İnterin 2, “Qarabağın isə 1 oyunçusunu sarı vərəqə ilə cəzalandırıb. O 3 dəfə qırmızı vərəqə göstərib ki, bunların da ikisiXəzər Lənkəranın, biri isəQəbələnin payına düşür. Qırmızı vərəqə kimi penaltiyə Həsənov 3 dəfə əl atıb. Özü hər 3 11 metrəni Rəhim Qərb klublarının qapısına təyin edib (2 “Kəpəz”, 1 “Turan”). Bu qərarları ilə Həsənov hərəyə 1 dəfəİnter”, “QəbələSumqayıtı sevindirib.

ELÇİN MƏMMƏDOV - “ŞƏFAYA BURAXILMIR

Elçin Məmmədov 13 çempionat matçında başında olsa da, “İnterin oyununda - “Şəfastadionunda onu baş hakim kimi görən olmayıb. Qalan 11 klubun oyununa təyinat alan Məmmədovun ən çox yoluKəpəz kəsişib. O artıq 4 dəfə gəncəlilərin matçında fit çalıb. Digər klublar üzrə bölgü isə belədir: “Simurq”, “Qarabağ”, “Qəbələ” – hər biri 3, AZAL, “Rəvan”, “Sumqayıt”, “Turan”, “Neftçi”, “Bakı” – hər biri 2, “Xəzər Lənkəran” 1.

Məmmədovun idarə etdiyi oyunlarda ən çox xal qazananQarabağ – 7. “Neftçinin aktivində 6, “Kəpəzin hesabdında isə 5 xal. Göründüyü kimi, Gəncə klubu üçün ən düşərli hakim məhz Məmmədovdur. Çünki 18 tur ərzində cəmi 9 xal toplayan Mahmud Qurbanovun yetirmələrinin bunun demək yarısından çoxunu məhz Məmmədovun matçlarında qazanıb. Digər klubların xal qazancı isə aşağıdakı kimidir: “Simurq”, “Qəbələ” – 4, AZAL, “Rəvan”, “Turan” 3, “Bakı” 1, “Sumqayıt”, “Xəzər Lənkəran” 0.

Məmmədovun baş hakim olduğu matçlarda ən çox qol vuran daQarabağ. Ağdam klubu bu oyunlarda 7 dəfə fərqlənib. Onların ən yaxın izləyəcisi isə 5 qollaTuran. Digər klubların qol sayı isə belədir: “Simurq”, “Neftçi” – 4, AZAL 3, “Rəvan”, “Qəbələ”, “Kəpəz” 2, “Sumqayıt”, “Bakı” 1, “Xəzər Lənkəran” 0.

Təcrübəli ədalət qoruyucusunun ən çox cəzalandırdığı klubSiumurqdu. Zaqatala klubunun futbolçuları 10 dəfə sarı vərəqə alıb. “SumqayıtlaKəpəzin hər birinə isə Məmmədov 9 sarı vərəqə göstərib. Digər klublardanNeftçi” 8, “QəbələRəvan” 7, “QarabağTuran” 6, AZAL 5, “Xəzər LənkəranlaBakıisə 4 sarı vərəqəyə layiq görülüb.

Elçin Məmmədov 5 dəfə qırmızı vərəqəyə əl atıb. Bu halda ən çoxSumqayıtın oyunlarında müşahidə edilib. 2 dəfə sumqayıtlıların rəqibinin futbolçusunu meydandan qovan Məmmədov bir dəfə onların oyunçusuna qırmızı vərəqə göstərib. “Sumqayıtdan başqaQəbələ” (2 dəfə), “BakıQarabağın futbolçularını meydandan qovan Məmmədov bu üsullaSimurq”, “NeftçiQarabağı sevindirib.

Məmmədov geridə qalan 16 tur ərzində idarə etdiyi oyunlarda 4 dəfə penalti təyin edib: 2 dəfəQarabağın, 2 dəfə Neftçini lehinə. Onun bu qərarlarından isəBakı”, “Turan”, “SimurqSumqayıtəziyyət çəkib

FİFA REFERİSİ XƏZƏR LƏNKƏRANLA QARABAĞGÖRMÜR

Digərlərinə baxanda Anar Salmanovun durumu dahaacınacaqlıdı”. Belə ki, FİFA referisi 11 oyunda 9 klubun oyunlarını idarə edib. SalmanovQarabağ”, “Xəzər LənkəranKəpəzin üzünə həsrətdi.

Salmanov ən çoxQəbələnin oyununu idarə edib – 4 dəfə. Digər klublardan isə oNeftçi”, “SimurqTuranın 3, AZAL, “Rəvan”, “İnterBakının 2, “Sumqayıtın 1 oyununda ədaləti qoruyub.

SalmanovuNeftçiüçün uğurlu hakim saymaq olar. Çünki-qaralaronun idarə etdiyi oyunlarda maksimum nəticə göstərib – 3 oyun 9 xal. Digər kluiblardanSimurq”, “İnter”, “Turan”, “Bakı” 4, AZAL 2, “SumqayıtQəbələ” 1 xal qazandıqları halda, “Rəvanümumiyyətlə 1 xal qazanır.

SalmanovNeftçiüçün hər qədər düşərlidirsə, “Qbələüçün bir o qədər uğusz hakimdir. Salmanovun idarə etdiyi 4 oyunda cəmi 1 xasl toplayan qəbələlilər bu oyunlarda cəmi 1 qol vurub. Salmanovun oyunlarında qol vurmaq baxımından daNeftçiöndədir – 7 qol. Digəe klubların sıralaması isə aşağıdakı kimidir: “Simurq”, “Turan”, “Bakı” 3, “Sumqayıt”, AZAL 2, “İnter” 1, “Rəvan” 0.

11 dəfəQəbələnin futbolçularına sarı vərəqə göstərən Salmanov eyni üsulla 10 dəfəBakılıları cəzalandırıb. Digər klublardan isəSimurqTuran” 9, AZAL İnter” 5, “Sumqayıt”, “NeftçiRəvanın isə 3 futbolçususarıya layiq görülüb

4 dəfə qırmızı vərəqəyə əl atan Anar bir oyundaSimurqun 3 futbolçusunu meydandan qovmaqla rekorda imza atıb. FİFA referisi eləcə Bakı” – “Qəbələoyununda qonaqların üzvünə qırmızıhədiyyə edib”.

Salmanov 3 dəfə penalti təyin edib ki, hər 3 halTuranın iştirakı ilə baş tutub. “Neftçiilə səfər matçında tovuzluların qapısına 11 metrə verən Salmanov Qəbələdə hər iki komandanın qapısına 1 penalti təyin edib.

"Het-trik news" qəzeti(ardı gələn sayımızda)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail