Serbiyada ilin ən yaxşı futbolçusu müəyyənləşdi

25.12.2012 | 5326 dəfə oxunub

Serbiyada ilin ən yaxşı futbolçusunun adı bəlli olub. Stadium.az xəbər verir ki, ilin ən yaxşı futbolçusu "Çelsi"nin müdafiəçisi Branislav İvanoviç seçilib. Təcrübəli arxa xətt oyunçusu Serbiya Futbol Assosiasiyası tərəfindən keçirilən təntənəli mərasimdə mükafatlandırılıb.

İvanoviç mükafatına qovuşduqdan sonra bunları deyib: "Bu mükafat mənim üçübn böyük əhəmiyyət daşıyır. Əgər hansısa bir oyunçu öz ölkəsində ən yaxşı seçilirsə, bu, onun üçün mühüm əhəmiyyət kəsb edir. Deməli, il ərzində nəsə iş görmüsünüz. Bir daha deyirəm ki, qalib olduğuma görə çox xoşbəxtəm və mənə səs verənlərin hər birinə minnətdaram. İndi isə mən bu səviyyəmi qorumamalı, hətta daha da yüksəltməliyəm".  

Qeyd edək ki, İvanoviç Serbiya millisində 57 oyunda 7 qol vurub.

Serbiyada ilin ən yaxşı məşqçisi isə Draqomir Okuku seçilib. Okukunun çalışdırdığı "Tzyansu Saynti" klubu Çin çempionatında ikinci yeri tutub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail