Arif Əsədov: “Qarşıma məqsəd qoymuşam ki, millidə mərhələ-mərhələ yüksəlim”
Son iş yeri “Neftçi” olan Arif Əsədov hazırda U-19 millisinin baş məşqçisi kimi fəaliyyət göstərir. Əsadovu işə başlamış saymaq olar. Çünki ötən ay millinin seleksiya xarakterli
toplanışı olmuşdu. Bir neçə gündür ki, U-19 yenidən yığılıb, amma bu dəfə düşərgəyə ancaq ölkə xaricində olanlar dəvət alıb. Baş məşqçi Arif Əsədovla söhbətimiz də elə bu mövzuda oldu. Təbii ki, çempionatı
da yaddan çıxartmadıq.
- Artıq U-19-da fəaliyyətə
başlamısız. İlkin olaraq işlər nə yerdədir?
- Ötən ay seleksiya xarakterli toplanışımız oldu. Milliyə namizəd olan bütün futbolçuları bir araya yığaraq onlar arasında seçimimizi etmişik. Bu dəfə isə ölkə xaricində olan gənclər arasında seçim apardıq. Artıq demək olar ki, qarşıdakı toplanışa – yəni qatılacağımız Qranatkin turnirinə kimləri aparacağımızı müəyyənləşdirmişik. Buna baxmayaraq, seleksiya işimiz hələ də davam edir.
- Seçdiyiniz uşaqların perspektivini necə görürsüz, onlarla böyük uğurlar qazanmaq mümkün olar?
- Onlarla uğur qazanacağımızı demək düzgün çıxmaz. Amma biz işimizi elə qururuq ki, istəyimizə
nail olaq. Bunun üçün kifayət qədər də vaxtımız var. Mənim prinsipim elədir ki, heyəti quran zaman seleksiya işini düzgün aparaq, laqiq olanları - güclüləri milliyə dəvət edim. Artıq iki aydır ki, məhz bu işlə məşğuluq.
- Digər millilərlə müqayisədə
U-19-a seçim bir qədər çətindir. Sizdə vəziyyət necədir?
- Digər ölkələrdə elədir ki, gənclər U-17-ni tərk edəndə 18 yaşlılarda oynayır və bir il sonra U-19-a asan gəlirlər. Bizdə isə 18 yaşlılar olmadığından, U-17-ni tərk edənlər bir il gözdən itir. Bu mənada çətinliyimiz
var. Çünki stabil heyət olmur.
- Qranatkin turniri sizin ilk sınağınız olacaq...
- Bizim əsas məqsədimiz
seçmə mərhələ başlayana kimi yaxşı komanda yaradıb, qrupdan çıxmaqdır. Bu toplanışlar yaxşı komanda yaratmağa xidmət edir. Qranatkin turnirinə də o gözlə baxırıq ki, burada seçdiyimiz futbolçuların nəyə qadir olduğuna tam əmin olaq. Əsas işimiz də odur ki, hər oyuna qələbə ruhu ilə çıxaq.
- Son iş yeriniz ölkənin ən köklü klubu olan “Neftçi” idi və oranı çempion kimi tərk etmişdiz. İndi 19 yaşlılarla işləmək sizə çətinlik yaratmır?
- Yox, əksinə. Mən daha əvvəl də U-19-da işləmişəm və burada yeni deyiləm, hər şey mənə tanışdı.
- Sadəcə ortada “Neftçi” kimi klubla U-19-un müqayisəsi
gedir...
- Belə deyək də, bura millidir və mənim də məqsədlərim
var. Mən həmişə bir işə gələndə hər şeyə sıfırdan başlamağı xoşlayıram. Burada da düşüncəm elədir ki, uğur qazanım və yuxarılara qalxım. Hər bir əsgər general olmaq istəyər. Yaşından fərli olmayaraq, milli elə millidir. Hansısa məqsədi olmayan komandada işləməkdənsə, U-19 millisində çalışmaq daha yaxşıdır. Çünki burada Azərbaycan
futboluna nəyisə qazandıra bilərsən. “Neftçi”dən sonra mənə təkliflər də vardı, amma elə komandadan
sonra məqsədi olmayan yerdə işləməyi özümə layiq bilmədim. Millidə işləmək hər bir məşçi üçün şərəfdir, bunun üçün də bu təklifi qəbul etdim.
- Necə düşünürsüz, U-19 sizin üçün U-21 və əsas milli üçün trampilin ola bilər?
- Əlbəttə, mənim də fikirlərim
var. Mən Azərbaycanın ən köklü klubunda pik səviyəyə çatmışam. İndi istərdim milli komandada işləyim. Çünki hər bir məşçi üçün ən yüksək vəzifə bu sayılır. Qarşıma belə məqsəd qoymuşam ki, millidə mərhələ-mərhələ bu istəyimə nail olum, yüksəlim.
- Çempionat necə gedir?
- Çempionat artıq fasiləyə yollanıb. Bəzi komandalarda yorğunluq özünü göstərir. Məncə hazırkı vəziyyətdə komandalara
stabillik çatmır. Buna görə də klublar arasında böyük xal fərqi yoxdur. Bunun göstəricisidir ki, iki qələbə bir komandanı zirvəyə doğru aparırsa, iki məğlubiyyət digər klubu “altılıq”dan kənarda qoyur.
- Çempionat oyunları maraqlıdırmı?
- Son 2-3 turdur ki, çempionat daha maraqlı keçir. Bu sözləri daha əvvəlki turlara aid etmək olmaz. İnanıram ki, yeni ildən sonra daha maraqlı çempionat görəcəyik.
- Hazırkı vəziyyətə baxanda, “Xəzər Lənkəran” və “Bakı” ilk “altılıq”dan kənarda qala bilər...
- Əgər “Xəzər Lənkəran” ilk “altılıq”dan kənarda qalsa, çempionata
maraq tamamən azalacaq. Çünki biz öyrəşmişik
ki, ən maraqlı oyunlar məhz “Neftçi”ylə bu komanda arasında olur. Son oyun da göstərdi ki, heyətləri nə qədər pis olsa da, oyunları olduqca maraqlı keçir.
- Sizcə bu komandalardan hansı ilk “altılığa” düşməyə bilər?
- Bunu konkret demək olmaz. İndi elə xal sıxlığı var ki, “Sumqayıt” ilk “altılığa” düşə, “Xəzər Lənkəran”, AZAL və “Bakı” isə kənarda qala bilər. Hətta “Qəbələ”ni də belə təhlükə gözləyir.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |