“Özümü o vaxt yaxşı formada hesab edə bilərəm ki, komandam çempion olsun”

24.12.2012 | 3232 dəfə oxunub

Çempionata yaxşı başlayanQarabağsonradan sükanı əlində saxlaya bilmədi. Bir müddət uğursuzluq zolağına düşən Ağdam təmsilçisi hazırda normal vəziyyətə gələ bilib. Son turlarda uğurlu çıxışı ilə yadda qalanQarabağın göstərdiyi nəticələrdə Vüqar Nadirovun xüsusi payı var. İş orasındadır ki, “NeftçiXəzər Lənkəranla prinsipial vacib oyunlardaQarabağməhz Vüqarın qolları sayəsində 6 xalı aktivinə yaza bildi. Bunu nəzərə alaraq Vüqarla söhbətləşdik:

Vüqar, “Qarabağda vəziyyət necədir?

Düşünürəm ki, komandada hər bir şey yerindədi, vəziyyətimiz yaxşıdır. Nədənsə narazı olmağa haqqımız yoxdur. Ab-hava da normaldır. Artıq istirahətə getmişik, hesab edirəm ki, fasilədən döndükdən sonra vəziyyətimiz daha yaxşı olacaq. Fikrimcə fasilədən sonra necə başlasaq, elə davam edəcək.

Hazırda üçüncü pillədəsiz, bunu necə qiymətləndirirsən?

bilim vallah, məncə hələ işin yarısını görmüşük. Buna arxayınlaşmaq olmaz, əsas işimiz hələ qabaqdadır

– “Qarabağın adətən stabil oyun göstərməməsi ilə bağlıdır?

Düz deyirsiz, bizdə həmişə stabillik çatmır, bunu da yoluna qoysaq, uğur qazanmağımız daha asan olar. Bu da hər bir komandada ola bilər, normal haldır, bunu şişirtməyə dəyməz

Konkret bir səbəb yoxdur?

Bəlkə , özümüzə daha çox arxayın oluruq, hamısı ondandır. Birdən elə olur ki, hamı yaxşı motivasiya olur, ard-arda qələbələr qazanırıq. Birdən elə olur ki, elə bu qələbələrə arxayınlaşırıq, komandada özünəinam çox olur, rəqibi ciddiyə almırıq çox yersiz xallar itiririk.

Sizdə həmişə millinin toplanışlarından sonra belə hallar yaşanır...

Çalışırıq ki, bunu da aradan qaldıraq. Bunu daha çox qabartmaq lazım deyil. Çünki millidə təkcə bizim komandanın futbolçuları yox, digər komandaların da üzvləri oynayır.

Turnir cədvəlindəki hazırkı sırlama barədə deyə bilərsən?

Bizi əsas maraqlandıran öz komandamızdır. Bayaq da dedim ki, hələ işin yarısını görmüşük, əsas oyunlarımız hələ qabaqdadır. Biz hələ heç etməmişik.

Yənialtılıqdan kənarda qala bilərsiz?

Yox, onu nəzərdə tutmuram, inşallah bunun öhdəsindən böyük mənada gəlmişik. İndi qalır qabaqdakı oyunlardan qələbələrlə ayrılaraq çempion olmaq.

HazırkıQarabağın gücü çempionluq üçün yetərli hesab edilə bilər?

Məncə komandaya yeni oyunçular cəlb olunacaq.

Yəni bu heyətin gücü çempionluğa çatmaz?

Niyə ki, çatmağına çatar, amma heyəti gücləndirmək lazımdır ki, daha da güclü olaq

Səncə hansı mövqelərdə zəifsiz?

Bilirsiz necədir, bunu mənim deməyim yaxşı çıxmaz axı. Komandanın rəhbərliyi, baş məşqçisi var. Onlar münasibət bildirsələr, daha yaxşı olar. Biz heç vaxt buna qarışmamışıq, həmişə öz futbolumuzu oynamışıq.

Səncə çempionluq yolunda əsas rəqibləriniz hansı komandalardır?

Hazırdaaltılıqda olan bütün komandalar bizim əsas rəqiblərimizdir. Özünüz görürsüz ki, çempionat  elə davam edir ki, hər tur ciddi dəyişikliklər olur. Yəni hər bir komanda sürpriz edə bilir.

Hazırkı duruma görəBakıXəzər Lənkəran” “altılığadüşməyə bilər. Necə fikirləşirsən, bu komandalar altılıqdan kənarda qalsa, çempionata olan maraq bir qədər aşağı düşməyəcəkmi?

Mənə elə gəlir ki, bu komandaların hər ikisialtılığadüşəcək. Bir məsələ var ki, bu, onların öz əllərindədir, hər şey komandaların özlərindən aslı olacaq.

Öz oyunun barədə deyə bilərsən? Son zamanlar yüksəlişdəsən...

Ola bilər ki, formada olum, amma hələlik heç etməmişəm. Əgər bir uğur qazanmamışamsa, deməli ortada heç yoxdur. Özümü o vaxt yaxşı formada hesab edə bilərəm ki, komandam çempion olsun.

Son turdaXəzər Lənkəranüzərində vacib qələbə qazandız gözəl qol vurdun...

–  Qismətdir. Fərqi yoxdur qolu kim vurdu, əsas odur ki, qələbə qazandıq. Əsas olan isə komanda oyunudur. Bu qələbə komandaya çox lazım idi, Allaha şükür olsun, lazimiı məqamda lazımi xalları əldə edə bildik.

Bir neçə gün əvvəlDənizlisporklubunun rəsmiləri Bakıya gəlmişdilər. Açıqlamalarında sənin onların istədiyi futbolçular arasında olduğun məlum olmuşdu...

Bu barədə heç nədən xəbərim yoxdur, ola bilsin ki, mənim oyunum xoşlarına gəlib. Mənimlə heç kim, o cümlədən,  “Dənizlisporrəhbərliyindən bir nəfər olsun, bu barədə heç danışmayıb.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail