Kannavaro qardaşının müdafiəsinə qalxdı

24.12.2012 | 2133 dəfə oxunub

İtaliya futbolunun canlı əfsanəsi Fabio Kannavaro danışılmış oyunlarda adı hallanan qardaşı Paolonu müdafiə edib. Stadium.az xəbər verir ki, sözügedən hadisəylə bağlı fikir bildirən Fabio bunları deyib: “Həqiqətən də çox üzgünəm. Paolo qalmaqallarla dolu bir oyunun qurbanı olub. Onun günahsız olduğuna əminəm. Məncə, verilən qərara yenidən baxılmalıdı. Bir vaxtlar mənim də iki çempionluğumu ləğv etdilər və bunun necə ağır bir hiss olduğunu bilirəm. Ədalətsizliyin qurbanı olmaq insanı dərindən yaralayır”.

Qeyd edək ki, Paolo Kannavaronun çıxış etdiyi "Napoli"nin qapıçısı Matteo Gianello danışılmış oyunda təqsirli bilinərək, 39 aylıq cəzalandılırıb. O "Sampdoriya"ya qarşı baş tutan oyunla bağlı günahlandırılır. Fabionun qardaşı Paolo Kannavaro isə bu məsələdən xəbərdar olub, aidiyyatı qurumlara məlumat vermədiyi üçün cəzalandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail