5 ildir davam edən möhtəşəm seriya

21.12.2012 | 5162 dəfə oxunub

"Qarabağ" Premyer Liqanın XVIII turunda "Xəzər-Lənkəran"ı 1:0 məğlub etməklə qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollandı. Stadium.az "Qarabağ"ın rəsmi internet saytına istinadən xəbər verir ki. son 4 oyunda 10 xal toplayan Ağdam klubu çıxışda olduğunu göstərdi. "Qarabağ" "Xəzər-Lənkəran"ı məğlub etməklə həm əsas rəqibinindən aralandı, həm də inanlmaz bir ənənəni davam etdirdi. Artıq 5 ildir "Qarabağ"ı çalışdıran Qurban Qurbanovun komandası elə bir seriya əldə edib ki, həm inanmaq çətindi, həm də bu zənciri çətin kimi yaxın illərdə qıra bilsin. 

Beləliklə, düz 5 ildir Qurbanovlu "Qarabağ" qış fasiləsinə qədər qalan son 4 matçda uduzmayıb. Əslində, bir qədər də dəqiqləşdirsək, son 4 ildə bu oyunlar ancaq dekabra təsadüf edib və "Qarabağ" ilin son ayında məğlubiyyət görməyib. 2008-ci il də ümumiyyətlə qış fasiləsinə dekabra çatmamış çıxıldığından "Qarabağ" meydana çıxmayıb. Əvəzində noyabrda baş tutan 4 görüşdə "Qarabağ" indiyə kimi davam edən seriyanın əsasını qoyub. 

Arxada qalan mövsümdə ən uğurlu il 2010-da olub. "Qarabağ" həmin il sonunda 4 oyunun 4-ündə də qələbə çalıb. Bu il isə 10 xal 2-ci nəticə qeydə alınıb. Ötən il isə dekabr oyunlarında komanda qapısında qol görməmyib. 

Ümumi götürdükdə, 5 il müddətində davam edən seriyada 21 oyun baş tutub. 13 oyunda qələbə qazanan "Qarabağ" 8 oyunda heç-heçə edib. 27 qol vuran komanda qapısında cəmi 10 görüb.

Bu seriyada ən çox oyun "Xəzər-Lənkəran"la olub. 5 mövsümün 4-də (!) yollar cənub klubuyla kəsişib. "Qarabağ" səfərdəki 3 oyundan 2-ni qazanıb, bir də isə heç-heçə edib. Sonuncu oyunda isə ilk dəfə "ağ-yaşıl"ları doğma meydanda qəbul etdik və Vüqar Nadirovun qolu möhtəşəm seriyanı davam etdirdi.

10 görüş evdə, 11 görüş səfərdə oynayan "Qarabağ" doğma divarlar arasında 7, rəqib meydanında isə 6 dəfə qələbəyə sevinib.

"Qarabağ"ın seriyasındakı bütün oyunlar:

2008 

"Qarabağ" - "Neftçi"    1:1 09.11.2008

"İnter" - "Qarabağ"     1:1 15.11.2008

"Xəzər L" - "Qarabağ"  1:3 23.11.2008

"Qarabağ" - "Karvan"   3:2 29.11.2008

2009

"Qəbələ" - "Qarabağ"    1:1 06.12.2009

"Qarabağ" - "Muğan"    2:1 10.12.2009

"Standard" - "Qarabağ" 0:1 13.12.2009

"Qarabağ" - "Simurq"    0:0 19.12.2009

"Qarabağ" - "Bakı"  0:0 24.12.2009

2010

"Qarabağ" - "İnter"    1:0 04.12.2010

"Simurq" - "Qarabağ"  0:1 11.12.2010

"Qarabağ" - "Muğan"  2:0 18.12.2010

"Xəzər-L" - "Qarabağ"  1:2 23.12.2010 

2011

"Turan" - "Qarabağ"   0:1 04.12.2011

"Xıəzər-L" - "Qarabağ" 0:0 09.12.2011

"Qarabağ" - "Rəvan"   2:0 16.12.2011

"Qəbələ" - "Qarabağ"  0:0 21.12.2011

2012

"Neftçi" - "Qarabağ"  0:1 02.12.2012

"Qarabağ" - "Kəpəz"  3:1 07.12.2012

"Bakı" - "Qarabağ"    0:0  15.12.2012

"Qarabağ" - "Xəzər-L" 1:0 20.12.2012



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail