"Bakı" - "İnter": statistika nə deyir?

21.12.2012 | 3080 dəfə oxunub

"Bakı" Azərbaycan Topaz Premyer Liqasının XVIII turunda səfərdə "İnter"in qonağı olacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bu oyun cari ilin təqvimində "Bakı"nın keçirəcəyi son qarşılaşmadır. Rəqiblərin bü günədək keçirdiyi oyunların tarixinə nəzər salsaq, "Bakı"nın üstünlüyünü müşahidə etmək olar.

2004-cü ildən ölkə çempionatına qatılan komandalar cəmi 26 dəfə üz-üzə gəliblər. 11 dəfə "Bakı", 8 dəfə "İnter" qalib gəlib. 7 oyun bərabərliklə başa çatıb. Vurulan və buraxılan qolların nisbəti "Bakı"nın xeyrinədir 22:13. "Bakı" rəqibinə 5 dəfə evdə, 6 dəfə isə səfərdə qalib gəlib. 
Oyunların 3-ü kubok uğrunda yarışlara təsadüf edib. Kubok oyunlarında Bakı 2 dəfə alib gəlib və 1 dəfə məğlub olub.
Bu qarşılaşmalardan biri Azərbaycan kubokunun finalına təsadüf edib. Bakı 2004/2005-ci illər mövsümünün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan finalında 2:1 hesabı ilə qalib gəlib. Həmin oyunda nominal ev sahibi kimi "İnter" çıxış edib.
Ölkə çempionatlarına gəldikdə isə, komandaların ilk derbisi 13 dekabr 2004-cü il tarixində baş tutub və qolsuz bərabərliklə nəticələnib. 12 oyunun taleyini 1 qol həll edib. 5 dəfə "Bakı", 7 dəfə isə "İnter" 1:0 hesabı ilə qalib gəlib.
2011-ci ilin avqust ayında oynanılan qarşılaşmada meydanı tərk edən "İnter"ə 0:3 heablı texniki məğlubiyyət verilib.
Komandaların bu günədək qeydə alınan ən məhsuldar oyununda 4 qol vurulub. "Bakı" 2009/2010-cu illər mövsümünün yarımfinalında səfərdə 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Komandalar 2012/2013-cü illər Azərbaycan Kubokunun 1/4 final mərhələsində də qarşı-qarşıya gələcəklər. Bu qarşılaşmalar 27 fevral və 7 mart 2012-ci il tarixlrində keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail