"Rəvan" Alispahiçi də istefaya göndərdi

21.12.2012 | 3420 dəfə oxunub

Bakının “Rəvan” futbol klubunun baş məşqçisi Kemal Alispahiç istefaya göndərilib. Stadium.az Lent.az-a istinadən xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. O bildirib ki, səbəb komandanın mövsümün ilk yarısındakı zəif nəticələri və Azərbaycan Premyer Liqasının XVIII turunda “Simurq”la oyun zamanı legioner limitinin pozulmasıdır.
 
“Simurq”un 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 68-ci dəqiqəsində “Rəvan”ın heyətində Tural Cəlilovun əvəzinə meydana Nemanya Vidakoviç çıxıb. 4 dəqiqə meydanda 8 legionerlə oynayan “Rəvan” bu səhvini 72-ci dəqiqədə Fransis Bosmanı Rüfət Cəlilovla əvəzləyəndən sonra düzəldib. Azərbaycan çempionatında çıxış edən komandalar start heyətində 7 legionerlə meydançaya çıxmalıdır. Bunlardan da 4-ü yerli futbolçu olmalıdır. Həmçinin bu 4 futbolçudan 1-in yaşı 21-dən yuxarı olmamalıdır.
 
Şirəliyevin sözlərinə görə, bu qaydaya əməl etməmək baş məşqçi üçün çox ciddi səhvdir: “Belə hərəkət baş məşqçiyə yaraşmaz. Baş məşqçi həm nəticəyə, həm də legioner limitinə əməl etməyə cavabdehdir. Arxada qalan 18 tur ərzində göstərdiyimiz nəticə isə ürəkaçan deyil. 12 komanda arasında 16 xalla 11-ci pillə bizim hədəflərimizə uyğun deyil. Ona görə də Alispahiçlə yollarımızı ayırmağa qərar verdik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail