"Qəbələ"də seleksiya qrupu yaradıldı
Daim yeniliklərlə yadda qalan “Qəbələ” Futbol Klubu daha bir ilkə imza atıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasına istedadlı futbolçuların cəlb olunması üçün daha öncə il ərzində bir neçə dəfə seçimlər keçirən klub bu sahədə işləri sürətləndirmək və daha effektiv nəticə qazanmaq məqsədilə ölkədə ilk dəfə seleksiya qrupu yaradıb. Qrupa tanınmış mütəxəssis Böyükağa Ağayev rəhbərlik edir. Seleksiya işlərində Ağayevə Cavanşir Novruzov (Bakı zonası), Azər İsmayılov (Şimal zonası), Teymur Hüseynov (Mərkəzi Aran rayonları), Rövşən Süleymanov (Cənub), Firuz Qulami (Gəncə) kömək edəcəklər. Bu addımı atmaqda başlıca məqsəd respublika ərazisində 10-16 yaşlı futbolçular arasında keçirilən yarışların izlənməsi, istedadlı futbolçuların müəyyənləşdirilməsi, onların çıxışını mütəmadi olaraq diqqətdə saxlanılması, nəticədə ölkədə potensialı olan gənclər haqqında məlumat bazasının formalaşdırılmasıdır. Seleksiya qrupunun yaradılması zamanı Avropa klublarının təcrübəsindən yararlanan “Qəbələ” bu addımı atmaqla akademiyanın bütün yaş qruplarını gələcək vəd edən futbolçularla təmin etməyi hədəfləyir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |