“Heç vaxt rüşvət almamışam, “hörmət” eləyiblər”

AZƏRBAYCAN KUBOKUNUN İLK SAHİBİ FUTBOLDAN NİYƏ BEZİB?

19.12.2012 | 4200 dəfə oxunub

Vaxtilə məşqçim olub. “Naxçıvanda oynayarkən komandaya baş məşqçi gələndə futbolçuların sevincinin həddi-hüdudu yox idi. Zarafat deyildi, ilk Azərbaycan Kubokunun sahibi, vaxtilə oyununa həsəd apardığımız biri bizə rəhbərlik edəcəkdi.

Sonuncu dəfə onu MOİK- işləyərkən görmüşdüm.  12 ildən sonra rastlaşdıqda çox dəyişmişdi - əvvəlki müəllimim deyildi. Yaşlaşmışdı, həyatdan küskün görünürdü. Söhbət 1992-ci ildə Azərbaycan Kubokunu qazanan Bakınınİnşaatçıkomandasının keçmiş kapitanı Yadigar Rəhimovdan gedir.

* 1962-ci il yanvarın 8- Bakıda anadan olmuşam. 9 yaşımdaNeftçinin hazırlıq qrupunda rəhmətlik Anatoli Qryazevin rəhbərliyi altında məşqlərə başlamışam. 1978-ci ilə kimi növbə ilə Ruslan Abdullayev Ravil Cəfərov məşqçim olub. O vaxtlar da indiki kimi uşaq futbolunda belə bir problem var idi – 18 yaşına çatan futbolçunun gələcək taleyi naməlum idi. Bir balaca özünü yaxşı tərəfdən göstərə bilənlər müxtəlif komandalara dəvət alırdılar. Əksəriyyəti isə hərbi xidmətə yollanır, qayıdanda isə başqa işin qulpundan yapışırdılar.

16 yaşımda mənəSərdarovadına zavodunSərdarovçukomandasından dəvət gəldi. SSRİ dönəmində hər zavodun, fabrikin, bir sözlə bütün iri müəssisələrin futbol komandasının olması şərt idi. Bu komandalar şəhər respublika birinciliklərində (həm şəhər, həm respublika birinciliyində 2 dəstə var idiİ.V.) mübarizə aparırdılar. Daha sonra rəhmətlik atamın məsləhəti ilə Radiozavodun nəzdində olanArazkomandasına keçdim. Hər komandanın əsas heyətində 18 yaşı tamam olmamış iki futbolçunun oynaması barədə qayda var idi. Bu gənclərin daha təcrübəli futbolçular arasındayetişməsinə hesablanmış qərar idi.  “Arazda əsas heyətdə oynayan gənclərdən biri mən, digəri isə adını unutduğum erməni edi. Maraq üçün deyim ki, ilk maaşımıArazda almışam – 80 rubl. O vaxt üçün yaxşı pul idi. Daha sonra məvacibim 220 rubla kimi qalxmışdı. Respublika birinciliyinin 1-ci dəstəsində ilk iki yeri tutan komanda SSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında yarışmaq imkanı qazanırdı. Bundan başqa müxtəlif kubok oyunları keçirilirdi. Bizim dövrdəNeftçidən başqa üzdə olan bir neçə komanda var idi – “Polad” (Sumqayıt), “Qarabağ” (Ağdam), “Kəpəz” (Gəncə), “Energetik” (Mingəçevir). Onların da heyətinə düşmək hər futbolçunun işi deyildi.

* Vaxtım çatanda mən hamı kimi hərbi xidmətə yollandım Tacikistanın Leninabad (indiki Xudjandİ.V.) şəhərinə düşdüm. Əsgərlikdə futbolsuz qalmadım. Bir müddət yerliXudjandkomandasında oynadım. Daha sonra Özbəkistanın Həvai şəhərininZərəfşankomandasının rəhbərliyi oyunumu bəyəndi məni öz komandalarına keçirdi. Azərbaycana qayıdandan sonra bir müddət futbolsuz qaldım. Sərbəst güləş ilə məşğul olmağa başladım. Pis alınmırdıBakı birinciliyində 2-ci yeri tutmuşdum. Hiss edirdim ki, futbolsuz yaşamaq çətindir. YenidənAraza qayıtdım. Amma qısa müddətə.

* 1985-ci ili idi. Dzerjinski adına park vardı, orada tez-tez müxtəlif həvəskar komandalar öz aralarında pul ilə futbol oynayırdılar. Rəhmətlik Hüseyn İsmayılov məni orada gördü təklif etdi ki, işsizsən, gəl səni Dərnəgüldəki Evtikmə Kombinatının Mexanika sexində işə düzəldim. Həm  bekar qalmazsan, həm kombinatın futbol komandası yoxdur, birlikdə komanda yaradarıq. Razılaşdım. Zavodun işçilərindən ibarət komanda yaratdıq şəhər birinciliyində Kirov (indiki Binəqədi) rayonunun 2-ci dəstəsində yarışlara qoşulduq. Bir müddət sonra Nəriman Ələkbərovla rastlaşdım. Vaxtilə bir yerdə top qovmuşduq. İşsiz idi, Hüseyn müəllimin təklifini indi mən ona etdim. Bir yerdə yaxşı komanda qurmuşduq. Daha sonra Nərimanın qardaşı Aydın, Zöhrab Qədiyev, Munis Abdullayev, İlqar Aslanov, Şahin Əliyev, Rəhman Kazımov, Şahin Cəfərov, Hacıbala Abdullayev başqaları bizə qoşuldular. Bir sözlə, adi zavod komandasından əməlli-başlı futbol komandası düzəldə  bildik. “İnşaatçının qısaca yaranma tarixi belə olub. Dörd il ardıcıl iştirak etdiyimiz bütün çempionatlarda 1-ci yeri tutduq. 1989-cu ildə Respublika çempionatında Sabirabadınİnşaatçıkomandasından sonra 2-ci yeri tutaraq 9-cu zonaya vəsiqə qazandıq. Amma SSRİ dağıldı, orada çıxış edə bilmədik.

* 1992-ci ildə müstəqil Azərbaycanın ilk çempionatı keçirilirdi. 26 komanda 2 qrupa bölünmüşdü. “Aqrupunda 3- yeri tutub final mərhələsinə keçdik. Ümumi nəticədə 6- olduq. Amma bizim üçün həmin il ilk Azərbaycan Kubokunu qazanmaqla yadımızda qaldı. Yaxşı xatırlayıram, 1/4 finalda ilk çempionNeftçi  2:1 qalib gəlmişdik. Yarımfinaldakı rəqibimiz Sumqayıt Xəzəri çox güclü idi. Əsas vaxt 1:1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında üstün olmuşduq – 5:4. Finalda MingəçevirinKür-Nuruna qarşı idik. Belə şansı əldən vermək olmazdı. Əsas vaxt 1:1 hesabı ilə başa çatdı. Bizdən qolu Mübariz İsmayılov vurmuşdu. Əlavə vaxtda İlham Əliyevin vurduğu top hesabına qalib gəldik. Kuboka görə bizə pul mükafatı vermişdilər. O vaxtdan indiyə kimi pullarda çox dəyişiklik olub, miqdarını müqayisə edə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, o qədər pul görməmişdim.

* 1993- ildə 31 yaşımda futboldan getdim. Rəhbərlik komandada cavanlaşdırma siyasəti aparırdı. Bu, mərhələli şəkildə olmalı idi. Amma komandanın baş məşqçisi Məmmədəli Məmmədov (hazırda İsmət Qayıbov adına stadionun direktoruİ.V.) əksinə etdi. Yaşlı nəsilin əksəriyyəti komandadan göndərildi. Mən qaldım, bir müddət yenilərlə birlikdə  oldum. Amma sonradan gördüm , bu cavanlarla işləmək mənlik deyil. Futbolu birdəfəlik buraxdım. Təəssüf ki, bir il sonraİnşaatçıdağıldı. Həm cavanlar yaşlıların yerini vermədi, həm maliyyə çətinliyi buna səbəb oldu. O vaxtlardan xatirə kimi ancaq şəkillər, xatirə hədiyyələri kubokun medalı qalmışdı... 

* Bir müddət futbolsuz qaldım. Yenə Hüseyn İsmayılov dadıma çatdı. 1995-ci ildə yeni yaratdığıNaxçıvankomandasına məşqçi kimi işləməyə dəvət etdi. Komanda 16-17 yaşlı uşaqlardan qurulmuşdu 1-ci dəstədə oynayırdı. Sponsorsuz komanda saxlamaq hər kişinin işi deyildi. Hüseyn müəllim bunu bacarırdı, min-bir əziyyətə qatlanırdı. Bu insanda yoxdan komanda yaratmaq istedadı vardı. Ümumiyyətlə, “Naxçıvandakı uşaqlar çox qabilliyyətli idilər. Neçəsi sonradan Azərbaycan futbolunun fəxrinə çevrildiSamir Əliyev, Samir Musayev, Fərrux İsmayılov, Zaur Ramazanov, Rizvan Fərzəliyev başqaları.

* 1996- ildə dava elədiyimə görə 3 il müddətinə həbs olundum. Çıxanda isə artıqNaxçıvandağılmışdı, uşaqlar hərəsi bir klubda oynayırdılar. MOİK-ə işə düzəldim. Aşağı yaş qruplarına məşqçi kimi. 2000-ci ildə əsas komandaya baş məşqçi keçdim. Bir il sonra rüşvət almağımı bəhanə gətirərək komandadan qovdular. Əslində isə heç vaxt, heç kimdən rüşvət almamışam. Rüşvət alan da, verən qanun qarşısında məsuliyyət daşıyır. Niyə mənə cinayət işi qaldırmadılar? Kiminsə övladının işini təmənnasız düzəldirəmsə, əvəzində hörmət eləyirsə, burada qəbahət varmı? O vaxtdan futboldan uzağam. Düzü, heç marağım da qalmayıb. Futbolumuzda var, yoxbalaca uşağın məndən çox xəbəri var.

* 2009-cu ildə məni şərlədilərguya narkotik maddə saxlayırdım. 2 illik həbs olundum. Bir ara ailəm dağıldı. Amma övladlarıma həmişə ata qayğısı göstərməyə çalışmışam. Dedikmlərimi oxuyanda çoxlarında mənim barədə mənfi fikir formalaşacağını bilirəm. “Rüşvətxor”, “turemşik s. Deyəcəklər. Əslində belə deyil. Mənə bircə ad vermək olar – “Bəxtsiz”.

* Hər bir uşağın kumiri olur. Mənim kumirim Maradona, Bekkenbauer, Banişevski olub. Bir dəfə televizordaPaxtakorun oyununa baxırdım. Daşkəndlilərin heyətində yarımmüdafiəçi vardı, çox səviyyəli, texnikalı futbolçu idi. Həmişə ona oxşamağa çalışmışam. Yəni, mənim kumirim bəlkə heç kimin tanımadığı Xadzipanaqis olub.

Haşiyə: Xadzipanaqis (Vasilis Kiryakos) 1952-ci ildə Daşkənddə SSRİ- immiqrasiya etmiş yunan kiprinin ailəsində anadan olub. SSRİ-nin gənclərdən ibarət olimpiya yığmalarında çıxış edib. Bir dəfə əsas yığmaya dəvət alsa da, oynamaq qismət olmayıb. 1976- ildə Yunanıstana köçübİraklisin heyətində çıxış edib. SSRİ yığmasında çıxış etdiyinə görə Yunanıstanın heyətində cəmi bir yoldaşlıq oyununda meydanda olub. 2003- ildə Yunanıstanda XX əsrin ikinci yarısının ən yaxşı futbolçusu adına layiq görülüb. Xadzipanaqis haqqında ən maraqlı informasiya ondan ibarətdir ki, rəsmi oyunlarda birbaşa künc zərbəsindən 6 qol vurub.

* Futbolçu kimi cəld, sürətli olmasam da, texnikamın hesabına bu çatışmazlıqlarıgizlədəbilmişəm. Çoxları mənitexnarkimi tanıyıb. Ləqəbim olub – “Qoca”. Bu adı mənə bir qədər yaşlaşdıqdan sonra komanda yoldaşlarım  vermişdilər. Onlardan bəziləri ilə əlaqəni itirməmişəm. Futzal üzrə millinin sabiq baş məşqçisi Hacıbala Abdullayev, keçmiş FİFA referisi Zöhrab Qədiyev, hakimlər Munis Abdullayev, İlham Əliyevlə tez-tez görüşüb dərdləşirik.

* Oğlum Əziz yolumu davam etdirirdi. 2006- ildə 18 yaşında avtomobil qəzasına düşdü. Həkimlər futbol oynamağa qoymadılar. Heyf, istedadlı uşaq idi. 2009-cu ildə gözətçi işləyirdim. Balaca birbudkam vardı. Nəyə görəsə şəkilləri, xatirə hədiyyələrini ora aparmışdım. Tərslikdən həmin gün yanğın baş verdi, keçmişdən xatirələrin hamısı kül oldu. Mənə ən çox təsir edən kubokun medalı idi. Görürsünüz, “Bəxtsizəm.

* MOİK- işlədiyim vaxt 8-ci mikrorayondakı rezin meydançada 1988-ci il təvəllüdlü uşaqlarFŞMilə oynayırdı. 3:0 hesabı ilə irəlidəydik. Birdən elə bil kimsə mənə dedi ki, meydandakı futbolçuları say. Rəqib 14 nəfərlə oynayırdı. Sən demə, onların baş məşqçisi Böyükağa Abbasov uduzduqlarını görüb meydana 3 nəfər əlavə oyunçu buraxmışdı. Bundan heç kimin, hətta hakimlərin xəbəri olmamışdı. Böyükağa yaxşı yoldaş idi. Sonradan mənə dedi ki, uşaqların xətrinə dəymək istəmədim, kim oynamaq istəyirdi, icazə verdim.

* Futbolda görünməmiş maraqlı hadisələrdən bir 1992-ci ildə TovuzdaTuranla oyunda baş verib. 1-ci yerdə gedirdik, komanda çempionluğa oynayırdı. İkinci hissədə Mübariz İsmayılovTuranın qapısına qol vurdu. Top tora dəyib meydançaya qayıtdı. Qapıçı Nizami Sadıxov hirslənib topu mərkəzə tərəf vurdu. Sakit Alıyev isə heç olmamış kimi oynamağa başladı. Biz vurulan qola sevinirdik, bir baxdıq ki, oyun gedir. baş hakim Əhmədağa Cabbarov, yan xətt hakimi Asim Xudiyev qolu qeydə aldı. Asimə tərəf qaçdım ki, bəs təmiz qolu idi. Çiyinlərini çəkib Əhmədağanı göstərdi. Hər şey əvvəlcədən həll olunmuşdu. Həmin oyunu 1:0 hesabı ilə uduzduq. Məhz Tovuzda baş verənlərdən sonra anladıq ki, çempion olmaq bizlik deyil. Bütün fikrimizi kuboka yönəltdik.

İlqar VAQİFOĞLU, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail