"Simurq" "Rəvan"la oyuna qarlı hava şəraitində hazırlaşır

19.12.2012 | 2899 dəfə oxunub

Topaz Premyer Liqasının XVIII turunda “Rəvan”ı qəbul edəcək "Simurq" qarlı hava şəraitində hazırlıqları davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, 2012-ci ilin son oynunda qalib gəlmək və turnir cədvəlini zirvədə tamamlayaraq fasiləyə yollanmağı planlaşdıran “Simurq” bu gün növbəti məşqinə çıxıb. Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri daha sonra taktiki çalışmalar üzərində işləyib. Qısa ötürmələrdən sonra ikitərəfli oyunla məşq tamamlanıb.

Qapıçılar Dmitriy Kramarenko, David Piterzkieviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı çalışıb.

Qeyd edək ki, “Simurq” - “Rəvan” oyunu dekabrın 20-si saat 15:00-da Zaqatala şəhər stadionunda keçiriləcək. Bu qarşılaşmada "sarı-qaralar"ın aparıcı oyunçuları David Piterzkieviç, Murad Səttarlı və Rasim Ramaldanov komandaya kömək edə bilməyəcək. Onlar cəza səbəbindən bu oyunda forma geyinə bilməyəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail