9 baş hakim çempionatı “yola verir”! Araşdırma

VÜSAL ƏLİYEV 1 TURDA 2 OYUNU İDARƏ EDİB!

19.12.2012 | 7311 dəfə oxunub

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hər açıqlamasında hakimliyin səviyyəsinin artdığını deyir. Hakimlər Komitəsinin sədrini qınamaq olmaz. Kim öz ayranına turş deyər ki? Amma faktlar, reallıqlar, statistikalar tam başqa mətləbdən xəbər verir. Çoxdərinə getmək lazım deyil. Təkcə bir məqamı qeyd etsək, hakimliyimizininkifaşının hansı səviyyədə olduğu bəlli olurTopaz Premyer Liqasında XVII tura qədər 92 matç baş tutub bu oyunları cəmi 9 hakim idarə edib. Xaqani Məmmədov, budur sizin inkişafınız?

ƏLİYAR AĞAYEV BİRİNCİDİ

Bayaq da qeyd etdiyimiz kimi, 92 oyunu cəmi 9 hakim idarə edib. Bu isə orta hesabla hər hakimə 10-dan artıq oyun düşməsi deməkdir. Bu necə inkişafdır? Deməli, 9 milyonluq Azərbaycan xalqının hər bir milyonundan cəmi 1 hakim çıxır? Onda Lüksemburqda, Andorra, Farer adalarında gərək ümumiyyətlə hakim olmasın ki! Hər dəfə hakimliyin inkişaf etdiyini aləmə car çəkən Xaqani Məmmədovun nəzərinə diqqətinə çatdırmaq istəyirəm ki, dünyanın heç bir ölkəsində çempionatın oyunlarını cəmi 9 hakim idarə etmir!

Çoxları Xaqani Məmmədovun sevimli hakimi, sağ əli olan Elçin Məmmədovun daha çox oyunlara təyinat aldığını düşünsə , əslində belə deyil. Düzdür, Elçin heç az oyun idarə etməyib. Amma sıralamada birinci deyil.

Geridə qalan 16 tur ərzində hamıdan çox Əliyar Ağayev təyinat alıb. Gənc hakim 14 dəfə baş hakim kimi başında olub. Elçin Məmmədovla Rəhim Həsənov isə 13 dəfə oyunlarda fit çalıblar. Bura da anlaşılmazlıq var. Necə olar bilər ki, dəfələrlə səhvə yol verən qərarları İntizam Komitəsi tərəfindən ləğv olunan Rəhim Həsənov illərin təcrübəsi olan Vüsal Əliyev, Fariz Yusifov FİFA referisi adını daşıyan Anar Salmanovdan çox təyinat alır?

Premyer Liqa oyunlarına təyinat alan baş hakimlərin sıralaması:

Əliyar Ağayev – 14 oyun

Elçin Məmmədov – 13 oyun

Rəhim Həsənov – 13 oyun

Fariz Yusifov – 11 oyun

Vüsal Əliyev – 11 oyun

Anar Salmanov – 11 oyun

Rauf Cabbarov – 8 oyun

Elvin Əsgərov – 7 oyun

Orxan Məmmədov – 4 oyun

KÖMƏKÇİLƏRDƏN ABDULLAYEV LİDERDİ

Geridə qalan 16 tur 92 qarşılaşmada 18 yan xətt hakimi başında olub ki, bu rəqəmin özü böyük deyil. Yan xətt hakimlərinin sıralamasında lider Munis Abdullayevdi. Abdullayev 13 dəfə başında olmaqla 12 görüşə təyinat alan Rza Məmmədov, Mehman Mahmudov Azər Əsgərovu 1 addım qabaqlayır. Namiq Hüseynov, Yaşar Abbasov, Mübariz Haşımov, İlham Əliyev Ramiz Əsədov isə 11 oyunda meydana çıxıb. Yan xətt hakimlərinin mübarizəsindəautsayderElşən Acalovdu. O həmkarlarından fərqli olaraq cəmi 7 oyunda başında olub.

Yan xətt hakimlərinin sıralaması:

Munis Abdullayev – 13 oyun

Rza Məmmədov – 12 oyun

Mehman Mahmudov – 12 oyun

Azər Əsgərov – 12 oyun

Namiq Hüseynov – 11 oyun

Yaşar Abbasov – 11 oyun

Mübariz Haşımov – 11 oyun

İlham Əliyev – 11 oyun

Ramiz Əsədov – 11 oyun

Vaqif Musayev – 10 oyun

Elman Musyave – 10 oyun

Rahil Ramazanov – 10 oyun

Nahid Əliyev – 9 oyun

Knyaz Əmiraslanov – 9 oyun

İsgəndər Əliyev – 9 oyun

Zeynal Zeynalov – 8 oyun

Coşqun Həsənov – 8 oyun

Elşən Acalov – 7 oyun

DÖRDÜNCÜLƏR ÇOXLUQ

Maraqlıdır ki, dördüncü hakim kimi oyunlara təyinat alan referilərin sayı həm əsas, həm köməkçi hakimlərin sayından çoxdu. Belə ki, 92 matçda 19 referi dördüncü hakim kimi başında olub. Bunda isə baş hakimlərin bəzi hallardadördüncüolmasının rolu var. Özü 9 baş hakimin hamısı dördüncü referi kimi təyinat alıb

Dördüncü hakimlərin qiyabi mübarizəsində Feyzulla Feyzullayev liderdi. O 10 oyuna təyinat alıb. Fərid Məmmədov Feyzulladan cəmi 1 oyun geri qalır. Daha 5 hakim isə 8 görüşdə meydanadördüncükimi çıxıb.

Dördüncü hakimlərin sıralaması:

Feyzulla Feyzullayev – 10 oyun

Fərid Məmmədov – 9 oyun

Elvin Əsgərov – 8 oyun

Orxan Məmmədov – 8 oyun

Tahir Əhmədov – 8 oyun

İnqlab Məmmədov – 8 oyun

Teymur Fərhadov – 8 oyun

Ramiz Məhərrəmov – 7 oyun

Ramil Əhmədov – 6 oyun

Fuad Həsənov – 4 oyun

Anar Salmanov – 3 oyun

Rəhim Həsənov – 2 oyun

Rauf Cabbarov – 2 oyun

Ramil Diniyev – 2 oyun

Fariz Yusifov – 2 oyun

Ömər Paşayev – 2 oyun

Əliyar Ağayev – 1 oyun

Vüsal Əliyev – 1 oyun

Elçin Məmmədov – 1 oyun

VÜSAL ƏLİYEV 1 TURDA 2 OYUN İDARƏ EDİB!

İnanmaq çətin olsa da, bu, həqiqətdir. FİFA referisi Vüsal Əliyev 1 turda 2 oyunda baş hakim olub. İnanmırsınızsa, PFL-in rəsmi saytına daxil olun təqvimə baxın. VI turda baş tutanXəzər Lənkəran” – “BakıSumqayıt” – “Neftçioyunlarının baş hakimi Vüsal Əliyev olub. “Bu necə ola bilərsualı üzərində baş sındırmayın. Cavabı sadədir. Bu oyunlar eyni turda olsa da, fərqli tarixlərdə keçirilib. Sumqayıtdakı qarşılaşma sentyabrın 24-, Lənkərandakı matç isə dekabrın 6-da baş tutub. Ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlıXəzər Lənkəran” – “Bakıoyunu təxirə salınmışdı. Lakin Vüsal Əliyevi Lənkərana göndərməzdən öncə gərək Hakimlər Komitəsi dediyimiz məqama diqqət yetirərdi. Lənkərana Vüsalın əvəzinə 6- turda istirahət edən baş hakimlərdən biri göndərilməliydi. Axı bu məqam bizi başqalarının gözündə gülüş hədəfinə çevirir. Tutaq ki, hansısa bir əcnəbi PFL-in saytında bu məqamı görərsə, düşünəcək? Ya da ki, illər sonra hansısa statistik bu məqama diqqət yetirsə, xeyli baş sındırmalı olacaq ki, eyni hakim bir turda iki matça necə təyinat ala bilər?

Baş hakimlərin bölgüsü düzgün aparılmır. Belə ki, ən çox təyinat alan hakim olan Əliyar Ağayev 11 komandanın oyununu idarə edib. Diqqət yetirək, Ağayevin 14 oyunundan beşiQarabağın iştirakı ilə baş tutub. Amma o, bir dəfə olsunQəbələnin oyununa təyinat almayıb. Kifayət qədər bu cür nümunə göstərmək olar. Elə bu səbəbdən hansı hakimin hansı komandanın oyuna neçə dəfə təyinat alması, hansı hakimin hansı komandanıgözümçıxdıyasalması s. kimi faktları növbəti sayımızda işıqlandıracağıq

İlqar TAĞIYEV, "Het-trik news" qəzeti

P.S. Oxuculardan xahiş edirəm başlıqdakı “9 baş hakim” sözlərini pis yerə yozmasınlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail