Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Baş məşqçiyə 1 illik cəza
18.12.2012 | 4044 dəfə oxunub
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
15 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Qəbələ” – “Simurq” matçının 78-ci dəqiqəsində “Simurq” klubunun 25 №-li futbolçusu Mehman Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
15 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Rəvan” – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində “Rəvan” klubunun 25 №-li futbolçusu Əli Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
15 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun AZAL – “Turan” matçının 52-ci dəqiqəsində AZAL klubunun 23 №-li futbolçusu Tərlan Xəlilov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
15 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIII turunun “Neftçala” – “Qaradağ Lökbatan” matçında “Neftçala” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 67-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Novruz Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
16 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIII turunun “Lokomotiv” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).
16 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XIII turunun “Tərəqqi” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 88-ci dəqiqəsində “Tərəqqi” klubunun 14 №-li futbolçusu Mətləb Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
08 dekabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XII turunun “Energetik” – “Bakılı” matçının 75-ci dəqiqəsində “Energetik” klubunun 9 №-li futbolçusu Samir Əliyevlə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə göstərilmişdir. Lakin matçın vidoeyazısını izlədikdən sonra futbolçunun aqressiv deyil, kobud oynadığı aşkar edilmişdir. Bu səbəbdən futbolçuya verilmiş 4 oyunluq cəza və kluba verilmiş 400 manat cərimə aşağıdakı kimi əvəz olunur:
- Energetik” klubunun 9 №-li futbolçusu Samir Əliyev 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur(maddə 37.1).
- 10 dekabr 2012-ci il "Azercell U-17 Liqa"nın “Turan” – “İnter” matçının 21-ci dəqiqəsində “Turan” klubunun 3 №-li futbolçusu Ömər İsgəndərov sonuncu ümid foluna birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
13 dekabr 2012-ci il U-16 Liqasının “Xəzər Lənkəran” – “Qəbələ” matçının 30-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 2 №-li futbolçusu Saməddin Cəfərli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
09 dekabr 2012-ci il U-14 Liqasının “Qarabağ” – “Vətən” matçının 46 dəqiqəsində “Vətən” klubunun 19 №-li futbolçusu İlkin Qasımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
U-14 və U-13 Liqasının çıxış edən UGİM (Saatlı) klubunun heyətində 4 futbolçunun sənədləri saxtalaşdırılmışdır. Belə ki, U-13 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun futbolçuları Rauf Məlikzadə və Ramil Fətullayev və U-14 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun futbolçuları Ziyamin Hüseynov və Malik Malikzadənin sənədləri saxtalaşdırılmışdır. Qeyd edək ki, U-14 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun heyətində adları göstərilən futbolçular oyunlarda iştirak etməmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
- U-13 Liqasında çıxış edən UGİM (Saatlı) klubunun futbolçuları Rauf Məlikzadə və Ramil Fətullayevin çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
- Hər iki klubun baş məşqçisi Elşən Atakişiyev futbolçuların lisenziyalarını saxtalaşdırıdığı üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılır (maddə 45).
- 16 dekabr 2012-ci il Futzal üzrə Azərbaycan I divizionunun “Çevik” – “Olimp” matçının 12-ci dəqiqəsində “Çevik” klubunun 12 №-li futbolçusu Atalın Ağayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
16 dekabr 2012-ci il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Abşeron” – “Qəbələ” matçının 26-cı dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Mehman Nemətov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
16 dekabr 2012-ci il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Sədərək” – “Akkord” matçında “Sədərək” klubu meydandan çıxaraq oyunu davam etdirməmişdir.
Oyunun 48-ci dəqiqəsində “Sədərək” klubunun 9 №-li futbolçusu Şahin Alırzayev hakimə qarşı fiziki təsir göstərdiyi üçün futbolçu 10 oyunluq cəzalanır (maddə 38.6).
Oyunun 48-ci dəqiqəsində “Sədərək” klubunun 4 №-li futbolçusu Fariz Abbasov və 7 №-li futbolçusu Elxan Abbasov hakimi təhqir etdiyinə üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
Oyunun 48-ci dəqiqəsində “Sədərək” klubu meydançanı tərk edərək oyunu davam etdirmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |