Piterzkeiviç: “Heç kəsi təhqir etməmişəm” Müsahibə

18.12.2012 | 3201 dəfə oxunub

Cari mövsümdə “Simurq”un uğurlarında heç şübhəsiz, polşalı qapıçı David Piterzkeiviç böyük pay sahibidir. Hər qarşılaşmada rəqiblər üçün keçilməz qala olan gənc əlcək ustası Zaqatala təmsilçinin son oyununda hakim tərəfindən qırmızı vərəqə ilə cazalandırıldı. Stadium.az xəbər verir ki, bu haqda klubun rəsmi saytına fikirlərini bildirən David,  heç kəsi təhqir etmədiyini bildirib.

İlk öncə dünənki oyun haqqında fikirlərini bilmək istəyərdik...

- Fikrimcə “Qəbələ” ilə oyun həm bizim üçün, həm də rəqibimiz üçün çətin keçdi. Kim qalib gəlsəydi bu qarşılaşmada, o da turnir cədvəlində irəliləyəcəkdi və ilk altılığa düşmək şansını demək olar ki, əldə edəcəkdi. İlk hissə bizim üçün ağır keçdi. “Qəbələ” bir necə dəfə qol vurmaq üçün ələ şanslar əldə etdi. Lakin bunlardan yararlana bilmədi. Fasilədən sonra isə  biz istədiyimiz oyunu oynadıq və lazım olan qolu vura bildik. Bununda nəticəsində çox vacib üç xalı qazanaraq, turnir cədvəlində zirvədə var olduğumuzu bir daha hər kəsə göstərdik.

Qarşıda daha bir çətin matç bizi gözləyir. “Rəvan”la oyun haqda nə düşünürsən?

- Bəli, düz qeyd edirsiz. Onlarla da oynumuzun çətin keçəcəyini düşünürəm. Bu qarşılaşmada da qələbə qazansaq, rahat bir şəkildə deyə biləcəyik ki, “Simurq” ilk altılıqdadır. Ondan sonra bizim daha dörd oynumuz qalır, - AZAL, “Neftçi, “Bakı” və “Kəpəz”. Fikrimcə bu qarşılaşmalarda xal itirsək belə, 100 faiz qarşımıza qoyduğumuz məqsədə çatmış olacayıq. Ancaq ilk altılıqda medallar uğrunda mübarizə aparacağımızdan, bu oyunlarda mütləq sərfəli nəticələr əldə etməliyik.

“Qəbələ” ilə qarşılaşmada hakim sənə qırmızı vərəqə göstərdi. Hamı üçün maraqlı olan həmin stuasiya necə baş verdi?

- Bəli, oyundan sonra qarşılaşmanın referisi mənə qırmızı vərəqə göstərdi. Onun bu qərarını anlaşılmazlıq kimi qiymətləndirirəm. Çünki hakimin dediyi kimi, onu təhqir eləməmişəm. Oyun bitəndən sonra heç ona yaxınlaşmadımda. Onun qeyd etdiyi sözləri belə işlətməmişəm. Həmişəki kimi birbaşa paltardəyişmə otağına yollandım və polyak dilində öz-özümə niyə əlavə vaxtı çox oynatdığını dedim. Həmin vaxtda hakimlər məndən 30 metr aralıda idilər. Birdə köməkçisinin ona yaxınlaşıb nəsə dediyini gördüm və bundan sonra mənə qırmızı vərəqə göstərdi. Hələ də, başa düşmürəm niyə bu cür qərar verdi. Hətta mən, ona işlətdiyimi iddia etdiyi sözün mənasını belə bilmirdim. Sonradan uşaqlardan öyrəndim və həqiqətən öz vəziyyətimə güldüm. Çünki bilmədiyin sözü necə işlədəsən.

Sabah sənin necə oyunluq cəza alacağın bilinəcək. Futbol qurumumuzdan hansı qərarı gözləyirsən?

- Azərbaycana futbol oynamağa gəlmişəm. Gəlməmişəm ki, hakimləri təhqir edim. Burada “Simurq”la birlikdə yüksək nəticələrə nail olmaq istəyirəm. Zaqatala azərkeşləriylə qələbə dolu günlər yaşamaq arzusundayam. Düşünürəm ki, bu haqda qərar verənlər həmin stiasiyanı yaxşı-yaxşı dəyərləndirəcəklər və ədalətli qərar qəbul edəcəklər. Lazım bilsələr məndə ora gələ bilərəm və səhvim varsa üzr istəyərəm. Bir daha qeyd etmək istəyirəm ki, mən onların dediyi kimi, rus dilində heç kəsi təhqir eləməmişəm. Heç bu dildə yaxşı danışa bilmirəm, nəyinki kimisə ilk dəfə eşitdiyim sözlə təhqir edim. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail