Böyükağa Hacıyev dünya reytinqində Berti Foqtsdan geri qaldı

17.12.2012 | 3546 dəfə oxunub

Dünyanın ən güclü məşqçilərinin növbəti reytinq siyahısı açıqlanıb. Stadium.az xəbər verir ki, məşqçilərin həftəlik reytinq siyahılarında Azərbaycan təmsilçiləri də yer alıb.

Ən yaxşı klub çalışdırıcılarının siyahısına Azərbaycandan 4 mütəxəssisin adı düşüb. Ötən həftə olduğu kimi, Böyükağa Hacıyev yenə 731-ci pillədə qərarlaşıb. Onun 580 xalı var. Hacıyevin ən yaxın izləyicisi isə klubundakı köməkçisi Tərlan Əhmədovdur. Hesabında 365 xal olan çalışdırıcı 4 pillə irəliləyərək 877-ci pilləyə yüksəlib. Artıq istefaya göndərilən Yunis Hüseynov (“Xəzər Lənkəran”) və Novruz Əzimov (“Bakı”) da irəliləyişə nail olub. Onların hərəsi önə 3 addım atıb. Mütəxəssislər müvafiq olaraq, 1070-ci (164 xal) və 1289-cu (38 xal) pilləni tutub. 

Ölkəmizdə çalışan əcnəbi mütəxəssislərdən də siyahıda yer alan var. Bu, “İnter”in gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadzedir. O, 316 xalla 920-ci yerdədir. Sxadadze son 1 həftədə 3 pillə geriləyib.

Milli məşqçilərinin siyahısında yeganə təmsilçimiz isə yığmanın alman çalışdırıcısı Berti Foqtsdur. 2808 xalla 96-cı olan mütəxəssisin mövqeyi dəyişməz qalıb.

Qeyd edək ki, klub məşqçilərinin siyahısına Joze Mourinyo (“Real”, Madrid) və yığma məşqçilərinin cədvəlinə isə Visente del Boske (İspaniya) başçılıq edir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail