Fərid Quliyev: "Azərbaycanda hansı komandada mükafatlar vaxtında verilir?" Müsahibə
Fərid Quliyev vaxtı ilə Azərbaycandakı ən perspektivli hücumçulardan biri hesab olunurdu. "Bakı"nın heyətində gənc yaşlarında parlayan Quliyev sonradan gözdən "itdi". "Standart"da yenidən adından söz etdirməyi bacaran hücumçu ölkə çempionatının bombardiri tituluna da yiyələndi. Bundan sonra milliyə də dəvət alan Fəriddən hər kəs daha böyük uğurlar gözləsə də, Arif Əsədov "Neftçi"də ona şans vermədi. Cari mövsümdən etibarən "Turan"ın şərəfini qoruyan 26 yaşlı hücumçu yenidən əvvəlki günlərini xatırlatmağa başlayıb. Son turlar inamlı təsir bağışlayan Tovuz klubunun aparıcı üzvü ilə söhbətə elə hazırkı klubundan başladıq.
- Fərid, başlayaq elə "Turan"dan. Komandada vəziyyət
necədi?
- Komandada vəziyyət yaxşıdı. Sadəcə,
ötən həftə oynamadığımız üçün bir az istrahət etdik. Amma oyun olsaydı, daha
yaxşı olardı. Çünki hər bir futbolçu kimi mən də tez-tez meydana çıxmağı, hər həftə
oynamağı xoşlayıram. Amma məlum səbəblərdən oyunumuz təxirə salındı. İndi bütün
fikrimizi qarşıdakı oyunlara yönəltmişik.
- Düşünmürsən ki, "Bakı" ilə oyunun təxirə salınması
komandanızın ziyanına işləyəcək? Çünki "Turan" son turlarda yüksəlişdədir
və "Bakı" ilə oyunun baş tutmaması ziyanınıza işləyə bilər.
- Əlbəttə, oyunun təxirə salınmasının
xeyrindən çox ziyanı oldu. Amma demək olar ki, bu il çox komandaların oyunları
təxirə salınır. Bu səbəbdən də böyük problem yaşayacağımızı düşünmürəm.
- Son turlar "Turan" inamlı təsir bağışlayır. Çoxlari
da bunu Əfqan Talıbovun gəlişi ilə əlaqələndirirlər. Bu fikirlə razısan?
- Əlbəttə razıyam. Əgər komanda nəticə
qazanırsa, bu, məşqçinin və bütün rəhbərliyin əməyinin bəhrəsidi. Əfqan müəllimin
işi göz qabağındadı. İnanıram ki, hələ gələcəkdə daha uğurla çıxış edə biləcəyik.
Amma unutmaq lazım deyil ki, bu komandanı məhz Əsgər Abdullayev yığmışdı. Sadəcə,
bu futboldu, belə hallar tez-tez olur. Əsas odur ki, "Turan" indi istənilən
rəqiblə mübarizə apara bilər.
- Elə maraqlı məqam da budur. Heyətdə
ciddi dəyişiklik yoxdur, komanda həmin komandadı. Bəs Əfqan Talıbov nə etdi ki,
"Turan" tez bir zamanda toparlanmağı bacardı?
- Əfqan
müəllim qeyri-adi heç nə etmədi. Sadəcə hər məşqçinin
öz hazırlama üsulu var və ola bilər ki, Əfqan
Talıbovun üsulu komandaya daha faydalı oldu. O ki qaldı mənim özümə, həm
Talıbova, həm də Abdullayevə böyük hörmətim var. Məni də komandaya məhz Əsgər müəllim dəvət edib.
- Bəlkə problem nizam-intizamda olub? Məsələn, klubunuzun
vitse-prezidenti Namiq Məstanov deyir ki, Əsgər Abdullayevdə "başkəsənlik"
çatmırdı. Belə deyək də, ümimi fikir belədir ki, Abdullayev yaxşı məşqçidi, sadəcə
olaraq bir qədər yumşaq insan olduğundan yumruğunu stola bərk şırpa bilmir...
- Mən bu haqda dəqiq söz deyə bilmərəm.
Yəqin ki, bu işləri rəhbərlik daha yaxşı bilər. Biz futbolçularıq və öz işimizi
meydanda görməyə üstünlük veririk. Məşqçilərin işini şərh etmək, buna qiymət
vermək bizim işimiz deyil.
- Bu məşqçi məsələsini qoyaq bir qırağa. Komandada maddi vəziyyət
necədi?
- Hələ ki pis deyil. Maaşlarda gecikmə olmur, vəziyyət
normaldı.
- Bəs, mükafatlarınız necə, vaxtı-vaxtında verilir?
- Vaxtı-vaxtında deyəndə ki... Guya
hansı komandada vaxtı-vaxtında olur ki?
- Səncə, "Turan" bu gedişlə ilk
"altılığ"a düşə biləcək?
- Mübarizə davam edir, hələ irəlidə çoxlu xallar oynanılacaq, İndiki məqamda heç bir komanda deyə bilməz ki, artıq ilk "altılığ"a düşüb.
- Ümumiyyətlə, "altılıq" uğrunda əsas rəqiblər kimi hansı komandaları görürsən?
- Hazırda bütün komandalar "Turan" üçün ilk "altılıq" uğrunda rəqibdi.
- Çoxları iddia edir ki, cari mövsüm çempionatın səviyyəsi artıb. Bu fikirlə razısan?
- Demək olar ki, çempionatın səviyyəsi artıb. Amma bir məqam da var ki, bu il komandalar arasında ciddi fərq yoxdu. Demək olar ki, bütün klubların səviyyəsi bir-birinə yaxındı. Komandalar arasında ciddi fərq nəzərə çarpmır.
- Demək olar ki, bütün komandalar qarşı oynamısan. Səncə cari mövsümdə hansı komanda rəqiblərindən üstündür? Yəni çempionluq uğrunda hansı komandaların mübarizə aparacağını düşünürsən?
- İndidən demək olmaz ki, hansısa komanda çempion olacaq. Məncə, hazırkı durumda bunu heç kim deyə bilməz. Komandaların çempionluq şanslarını yalnız ilk "altılıq" başlayanda təxmin etmək olar.
- Öz oyunun barədə nə deyə bilərsən? Etiraf et ki, əvvəlki Fəridi tam olaraq görə bilmirik.
- Özüm haqda bunu deyə bilərəm ki? "Turan"a gəlməyim və bu komandanın uğurları üçün tər tökməyim mənim üçün çox yaxşı oldu. Bu səbəbdən də hər zaman "Turan"a borclu olacağam. O ki qaldı oyunuma, mənə elə gəlir ki, çoxları haqqımda qərar qəbul edərkən yanılıblar. Düzdür, kimin haqlı-kimin haqsız olduğunu zaman göstərəcək. Amma artıq indidən bəzilərinin yanıldığı göz qarşısındadır. Kimlərsə mövsümün əvvəlində müəmmalı şəkildə məndən ayrılmaq istədilər. Şükürlər olsun ki, indi həmin insanların komandası məndən aşağı pillədədir.
- Ümumiyyətlə, rayon mühitinə öyrəşə bilmisənmi? Çünki özün
də şəhər mühitində böyümüsən, eləcə də həmişə paytaxtda, ən pis halda
Sumqayıtda oynamısan. İlk dəfədir ki əyalət çıxış edirsən. Çətin deyil ki?
- Düzdü, mən heç vaxt rayon komandasında oynamamışdım, bu, bir ilkdi. Ona görə də əvvəllər bir qədər çətin idi mənim üçün. Amma sonradan tam öyrəşdim. İndi heç bir problem yoxdu. Tovuzda da hamı mənə yaxşı baxır (gülür)
- "Turan"la müqavilən nə vaxtı qədərdir? Gələcəklə bağlı nə düşünürsən?
- Bu haqda danışmaq istəmirəm.
- Bir müddət əvvəl xəbər yayıldı ki "Qarabağ"a
keçəcəksən qışda. Nə dərəcədə doğrudu bu məlumat?
- Bu haqda hələ heç nə demək istəmirəm.
- Ümumiyyətlə, "Qarabağ"dan və ya başqa klubdan təklif alımısanmı?
- Gəl, transfer məsələrinə toxunmayaq.
- Yaxşı, bəs, legioner həyatı yaşamaq haqda düşünürsən?
- Əlbəttə, düşünürəm. Gələcəkdə də mümkündü. Qismət olsa, gələcəkdə mən də legioner həyatı yaşayacağam.
- Bir neçə il əvvəl belə imkanın var idi. Karyeranı "Rostov" və "Samsunspor"da davam etdirə bilərdin. Amma son anda bu keçidlərdən imtina etdin...
- Düzdü, imtina etdim. Sadəvə olaraq, o vaxt bu haqda fikirləşmirdim, özümü bunun üçün tam hazır saymırdım. Amma indi belə bir təklif gəlsə, gedə bilərəm.
- Keçmiş komandan "Neftçi" Avroliqanın qrup mərhələsinə yüksəlməklə, eləcə də səfərdə "İnter" kimi komandadan xal almaqla çoxlarını təəccübləndirdi. Sən necə, "Neftçi"nin bu qədər inamlı çıxış gözləyirdin?
- "Neftçi" üçün çox sevinirəm, çünki özüm də əvvəlki 2 ildə bu komandada çıxış etmişəm, demək olar ki, oradakı insanların bir çoxu ilə çalışmışam. Bu səbəbdən də onların hər uğuruna ürəkdən sevinirəm. "Neftçi" 2 il ərzində çox dəyişib, komandanın ölkə daxilində də xeyli uğurlu oyunları olub. Bu səbəbdən də mən "Neftçi"nin avropadakı çıxışına qətiyyən təəccüblənmirəm. Hətta deyərdim ki, komandanın uğur qazanacağına inamım da var idi.
- Ötən mövsüm "Neftçi"dəydin. Düzdür, daim əsas heyətdə oynamasan da, komandanın çempionluğunda hər bir futbolçu kimin sənin də rolun oldu. Bu səbəbdən "Neftçi"nin Avroliqadakı oyunları zamanı komandadan getdiyin üçün təəssüflənmədin ki?
- Əlbəttə, istərdim ki, mən də Avroliqanın qrup oyunlarında çıxış edim. Məncə, bunu tək mən yox, bütün futbolçular arzu edir. Amma qismət beləymiş, nə etmək olar?
- Sonda da milli komanda haqda danışaq. Son vaxtlar mütəmadi olaraq meydana çıxırsan, qol da vurusan. Amma nədənsə milliyə çağırılmırsan. Bu məqam səni narahat etmir ki?
- Milli komandamız haqda çox danışmaq istəmirəm. Sadəcə onu deyim ki, Foqts məni tanıyır, bacarığıma bələddir. Bu səbəbdən də ona nəsə deməyim artıq olar. Lazım bilsə, çağırar və mən də hər zamankı kimi canla-başla millinin şərəfini qorumağa hazıram. Əvvəllər də millidə çıxış etmişəm. Qismət olsa, gələcəkdə də yenidən çıxış edərəm.
-
Çoxları Foqtsun dəvət göndərdiyi hücumçuların səviyyəsinin yüksək olmdığını
deyir. Xüsusən də Cihan Özkaranın. Səncə azərbaycanlı futbolçular Cinahdan
zəifdilər?
- Açığını deyim, mən Cihan Özkarada qeyri-adi nəsə görmürəm. Yəni onda elə bir cəhət yoxdur ki, bizdə - ümumiyyətlə azərbaycanlı hücumçularda olmasın. Hətta bildiyimə görə o heç Türkiyənin birinci divizionunda da heyətə düşə bilmir.
- Bəs, bu halda Foqts niyə onu milliyə çağırır?
- Nə bilim, yəqin Foqts nəsə görüb
də onda. Elə buna görə də dəvət göndərir. Amma mənə elə gəlir ki, oyun
praktikası olmayan futbolçunu milliyə çağırmaq məqsədəuyğun deyil.
- Ümumiyyətlə, millimizin oyunları haqda nə deyə bilərsən? Seçmə mərhələdəki 4 oyuna qazanılan 2 xalı uğurlu saymaq olar?
- Seçmə mərhələnin sonuna hələ 6 oyun var. Məncə, tsikl başa çatdıqdan sonra millinin çıxışına yekun qiymət vermək olar.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |