“Bu gün yüksək səviyyəli oyun göstərən komandaya qalib gəldik. Öz futbolçularımız da əsl xarakter göstərib vacib oyunda qalib gəldilər. Bu qələbəni azarkeşlərimizə həsr edirik, çətin zamanlarda həmişə yanımızda olubrlar. Onlara bir borcumuz var idi, bu qələbə ilə borcumuzu qaytarmış olduq". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Karles Bakes deyib. İspan mütəxəssis komandasının meydanda aslanlar kimi vuruşduğunu bəyan edib: "Meydanda müabrizə aparan komanda üçün daha bir komanda çalışır, məşqçi və inzibati heyət, rəhbərlik - hamısı komandanın uğuru üçün çalışır. Bir müddət əvvəl demişdim ki, bunlar səviyyəli futbolçulardır və bu gün bunu bur daha sübüt etdilər. Hakimin qapımıza penalti epizodunda haqlı qərar verdiyini düşünürəm. İlk gəldiyim gündən komandada yüksək həvəs gördüm, ona görə onları bu cür oyunlara kökləmək çətin deyil. Qış transfer dövründə heyəti gücləndirməyi düşünürük, çünki, ehtiyat futbolçular azdır. Bütün diqqətimizi “Qarabağ”la oyuna yönəldəcəyik, bundan sonra yeni transferlər haqqında düşünə bilərik. Bu gün bütün komanda üzvləri meydanda aslanlar kimi vuruşdu”.