"Qalatasaray" rəsmisi: "Toplanışlardan birində Azərbaycana gəlmək istəyirik"

13.12.2012 | 3835 dəfə oxunub

“Qalatasaray”ın İdarə Heyətinin üzvü Abdurrahim Albayrak bu gün Bakıdakı "Galatasaray Store" mağazasının açılışında iştirak edib. Stadium.az xəbər verir ki, "Cim-Bom"un rəsmi jurnalistlərin suallarını da məmuniyyətlə cavablandırıb. Albayrak ilk növbədə klubun əfsanəvi heyətinin üzvləri olan, hazırda isə məşqçilik edən Ümit Daval ilə Hasan Şaşın Bakıya səfərinin baş tutmamasınımn səbəbləri haqda danışıb: "Qarşıda “Fənərbaxça” ilə derbi var. Həm Fatih hocanın, həm də Ümit Davala ilə Hasan Şaşın sizə çoxlu salamı var. Bizim üçün bu derbi çox önəmlidir. Bu üzdən onlar gələ bilmədi. Məşqçilərimizin bura gələ bilməməsinə görə onlardan küsməyin. Bilirsiz ki, son vaxtlar işlərimiz çoxdur. Braqada oynadıq, sonra Sivasa getdik, ordan gəlib kubok matçına çıxdıq. Bu üzdən onların gələ bilməmələrini anlayışla qəbul etməyinizi istəyirəm".

Klub rəsmisi bazar günü "Fənərbaxça"ya qarşı baş tutacaq derbi oyunundan da danışıb: "Bu derbi tək Türkiyədə yox, bütün Avropada ən çox izlənilən derbilərdəndir. Hər iki komanda Avropada uğurla gedir. İnşallah, yaxşı nəticə qazanarıq. Derbinin centlmen mübarizə şəraitində keçməsini arzulayıram. Ümid edirəm ki, burdakı tərəfdarlar da hər iki komandanın avrokuboklardakı çıxışına çox sevinir. Milyonlarla tamaşaçının qalmaqalsız derbi izləməsini istəyirəm. Braqada qol vurduq, sevindim, oynadım. Amma Portuqaliyada heç kim buna görə mənə güldən ağır söz demədi. Türkiyədə də belə şeyləri artıq normal qəbul etməyin zamanıdır. “Türk Telekom Arena”da “Mançester Yunayted”lə qarşılaşdığımız zaman ingilis azarkeşlər bizim aramıza gəldi. Oturduq, çay içdik, eləcə də onları xoş şəkildə yola saldıq".

Albayrak "Qalatasaray"ın gələcəkdə ölkəmizə gəlmək perspektivinə də toxunub: "Bura gəlməyi çox istəyirik. Azərbaycanı öz qanımız, öz canımız kimi sevirik. Biz bura mütləq gələcəyik. İnşallah, toplanışlardan birində Azərbaycana gəlmək istəyirik. Həm burda hazırlıq matçı təşkil edərik, həm də dərdləşərik".

Burak Yılmazın komandadan mümkün gedişi haqda sualı isə klub rəsmisi belə cavablandırıb: "Burak çox önəmli bir futbolçumuzdur. Belə olmasaydı, onun transferi üçün bu qədər əziyyət çəkməzdik. O, “Spartak”ın düşərgəsində idi və müqavilə bağlamağa hazırlaşırdı. Ancaq biz onu ordan gətirə bildik. Bu da klub rəhbərliyinin gördüyü düzgün transfer işinin nəticəsidir".

A.Albayrak "Cim-Bom"un məhsullarını ölkəmizdəkio satışı haqda da danışıb: "Qalatasaray”ın məhsuluna maraq az ola bilməz. Bir neçə il öncə Dubayda olanda məndən soruşdular ki, haralısan? Dedim ki, Türkiyədənəm. O dəqiqə mənə dedilər: Türkiyə, “Qalatasaray”, Burak, Hasan Şaş. Yəni Türkiyə deyiləndə bizim klub ilk növbədə yada düşür. Dünyanın harasına gedirsizsə, gedin. Xüsusən də müsəlman ölkələrində 100 insandan birinin ağlına birinci “Qalatasaray” gəlir. İndi klubun mağazası artıq Bakıdadır. Baxın, özünüz görəcəksiz, birazdan burda almağa mal tapılmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail