Teli: "Qarabağ"da hamı çempionluğa acdır"
"Qarabağ" 2 gün sonra "Bakı" ilə vacib oyuna çıxacaq. Stadium.az "Qarabağ"ın rəsmi internet saytına istinadən xəbər verir ki, Ağdam komandasının paytaxt təmsilçisiylə görüşündə maraqlı məqam yaşana bilər. Belə ki, cari mövsüm "Qarabağ"ın bütün görüşlərində 90 dəqiqə meydanda olan Admir Teli ümumiyyətlə, 2 ildir əvəzlənmədən oynayır. 31 yaşlı müdafiəçi 2 il bundan öncə dekbarın 18-də baş tutan "Qarabağ" - "Muğan" görüşündə meydanda olmayıb. O zamandan bəri əvəzedilməyən albaniyalı legioner artıq Premyer Liqada ardıcıl 63 matçı geridə buraxıb. Ölkə kuboku və Avroliqa oyunlarını da nəzərə alsaq, Admirin seriyasını 70-i ötdüyünün şahidi olaraq. Teli klubun saytına daha geniş danışıb: "Belə bir göstəriciyə sahib olmağımdan xəbərim yoxdur. Daha doğrusu, elə də maraqlanmıram şəxsi göstərcilərimlə. Bunu nəyə borcluyam? Heç bir məşqi buraxmamağa, xaraktercə daim futbolu düşünməyimə və bir də baş məşqçinin inamına. Bu 3 komponent bir-birini bağlayır. Amma qeyd etdiyim kimi, bu nəticə məni elə də maraqlandırmır. 4 ildir "Qarabağ"dayam. Zənnimcə, çempionluq qazanmaq hər şeydən daha vacibdir. Komandada prezidentdən tutmuş ən siravi işçiyə kimi hamı çempionluğa acdır. Mən də inanılmaz dərəcədə çempionluq istəyirəm. Düşünürəm ki, bunun zamanı çatıb. Baxmayaraq ki, çempionatda rəqabət artıq qızıl medal qazanmalıyıq. Əvvəllər bizim 2 və ya 3 rəqibimiz olardı. İndi fikir verin, 6-7 komanda 1-ci yerə istəklidir. Təbii ki, qışa lider kimi yollanmaq istəyirik. Bu bizə əlavə stimul verəcək. Komandaya transfer məsələsinə qarışmıram. Təbii ki, komandanın gücləndirəcək futbolçuya hər zaman ehtiyac var. Amma qeyd etdiyim kimi bu baş məşqçinin səlahiyyətinə aid olan bir şeydi. "Bakı"yla qarşıdan gələn oyun elə də asan olmayacaq. Ötən mövsüm revanşı haqda düşünmürük. Düzdü, Avroliqaya gedən yolumuzu bağlamışdılar. Amma keçmişlə yaşamaq bugün bizə uğur gətirməyəcək. Daim işləməli və hər oyuna xüsusi diqqət yetirməliyik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |