"Bakı" klubunun mətbuat üçün həftəlik açıqlaması

12.12.2012 | 3566 dəfə oxunub

"Bakı” futbol klubunun mətbuat üçün həftəlik fəaliyyət açıqlamasını (press-reliz) diqqətinizə təqdim edirik. Stadium.az xəbər verir ki. 3-11 dekabr 2012-ci il tarixlərində yaşanan hadisələri özündə əks etdirən press-relizdə A komanda, əvəzedicilər, uşaq komandalarının nəticələri, baza xəbərləri, tibbi hesabatlar və sosial yönümlü layihələrin gedişi yer alır:

Hesabat dövründə 8 komanda 10 oyun keçirib. 8 komanda həftəni qələbə ilə başa vurub, 1 komanda xalları bölüb və bir komanda mığlub olub. Klub mötəbər quruma üzv qəbul olunub. "Toplu Bakı" jurnalının dekabr sayı işıq üzü görüb.

U-17: 3 dekabr 2012-ci il tarixində Azercell U17 Liqasının VIII turunda "Simurq"la qarşılaşan  "Bakı" U-17 5:0 hesablı inamlı qalibiyyət əldə edib. Növbəti turda "Kəpəz"in qonağı olan komandamız səfər oyunundan da qələbə ilə ayrılıb 1:0. Ardıcıl 4-cü qələbəsini qazanan U-17 komandamız 18 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Komandamız növbəti oyununa 17 dekabr günündə çıxacaq. Rəqib 9-cu pillədə qərar tutan "Gənclik" olacaq.

U-15: 4 dekabr 2012-ci il tarixində Kapital Bank U-15 Liqasının VIII turunda klub bazasında “İnter”i qəbul edən “Bakı” 2:0 hesabı ilə qalib gəlib. Komandamız növbəti oyununu bu gün (11 dekabr 2012) səfərdə “Neftçi“yə qarşı keçirəcək. U-15 komandamız 6 qələbə ilə B qrupunun vahid lideridir.

U-16: 6 dekabr 2012-ci il tarixində U-16 Liqasının VIII turunda “Turan”ı qəbul edən “Bakı” 1:0 hesablı qələbə əldə edib. 5-ci qələbəsini qazanan komandamız 16 xalla ikinci pillədə qərarlaşıb.

U-13: 8 dekabr 2012-ci il tarixində U-13 Liqasının Paytaxt regionunda mübarizə aparan U-13 VIII turda “Səbail”lə  qarşılaşıb və2:0 hesablı səfər qalibiyyətinə sevinib. “Bakı” U-17 8 oyundan sonar 22 xalla çempionatın vahid lideridir.

Bu liqada yarışan ikinci komandamız “Bakı 008“ da həftəni 3 xalla tamamlayıb. “Bakı 008“ səfərdə “Sahil”ə qalib gəlib 2:1.

U-11: 8 dekabr 2012-ci il tarixində U-11 Liqasının VIII turunda “Rəvan”-la evdə oynayan “Bakı” 2:0 hesabı ilə qələbə qazanaraq, liderliyini davam etdirir. U-11 komandamız 6 oyunda topladığı 16 xallailk pillədə qərar tutur.

U-14: Bu həftə U-14 komandamızın də rəqibi “Rəvan“ olub. 9 dekabr tarixində U-14 Liqasının VIII turunda “Rəvan”-la oynayan “Bakı” böyükhesablı qələbəni aktivinə yazıb 3:0. 4-cü qləbəsini rəsmiləşdirən U-14 13 xalla 4-cü pilləyə yüksəlib.

Əvəzedicilər: 9 dekabr 2012-ci il tarixində əvəzedici komandamız Tovuzda “Turan”-la qarşılaşıb. Əvəzedicilərimiz 0:1 hesabı iləməğlub olublar. 16 turdan sonra aktivində 40 xal olan “Bakı“ əvəzediciləri ən yaxın izlyicisi “Simurq“u 6 xal geridə qoyur.

9 dekabr 2012-ci il tarixində 2002-2003-cü il təvəllüdlü uşaqlardan təşkil olunan  “Bakı Ulduzları” “Neftçi ”ilə üz-üzə gəlib. “Bakı ulduzları” oyunu 1:1 hesablı bərabərliklə bitiriblər.

Əsas komanda: 6 dekabr 2012-ci il tarixində “Bakı” Azərbaycan Topaz Premyer Liqasının VI turunun təxirə salınmış oyununda səfərdə Xəzər Lənkəranla qarşılaşıb. Maraqlı oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Tibbi hesabat:   U-17 komandamızın istedadlı müdafiəçisi Hakim Yusubov Türkiyədə əməliyyat olundu. Acibadem klinikasında Dr. Omer Taşer tərəfindən keçirilən cərrahiyyə əməliyyatı uğurlu alındı. Hakim müalicəsini bərpa dövrünə uyğun şəkildə davam etdirir.

Sosial fəaliyyət: “Bakı“ futbol klubu daha bir mötəbər beynəlxalq qurumun Azərbaycanda Amerika Ticarət Palatası (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) üzvlüyünə qəbul olunub. 6 dekabr 2012-ci il tarixində “Baki”-nın nümayindələri Hyatt otelin “Quba” zalında illik hesabat görüşünü təşkil edən American Chamber of Commerce in Azerbaijan-ın tədbirində iştirak ediblər.

Baza: Portuqaliya Futbol Federasiyası (PFF) futbol departamentinin rəhbəri Karlos Qodinyonun (Carlos Godinho) başçılıq etdiyi nümayəndə heyəti “Bakı” futbol klubunun təlim-məşq bazasını ziyarət edib. Səfərin əsas məqsədi klubumuzun təlim-məşq bazası, burada yaradılan şərait və infrastrukturla tanışlıq olub.

Xatırladaq ki, Portuqaliya milli komandası FİFA 2016 Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə birgə “F” qrupunda yer alır. 2013-cü ilin mart ayının 26-da milli komandamız Bakıda Portquqaliya yığma komandasını qəbul edəcək.

Qonaq nümayəndə heyətini "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov qarşilayıb. İcraçı direktor baza barədə ətraflı məlumat verib və qonaqları buradakı şəraitlə yaxından tanış edib.

Portuqaliyalı rəsmilər gördüklərindən məmnun olduqlarını gizlətməyiblər və Portuqaliya millisinin çox böyük ehtimalla “Bakı” futbol klubunun bazasında məşq edəcəklərinə əmin olduqlarını bildiriblər.

Portruqaliya Futbol Federasiyası (PFF) futbol departamentinin rəhbəri Karlos Qodinyo "Bakı" futbol klubunun bazası barədəfikirlərini Klub TV-yə müsahibəsində belə ifadə edib: "Bu, həyatımda gördüyüm ən gözəl bazalardan biridir."

Media: lk ərzində Baku TV məhsullarını 250 mindən artıq adam izlədi. 26 may 2011-ci il tarixdə qeydiyyatdan keçən və 8 aydır ki, fəaliyyətə başlayan kanalın 1538 daimi abunəçisi mövcuddur.

Jurnal: Bu günlərdə ”Bakı” futbol klubunun uşaq və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi ”Toplu Bakı” jurnalının dekabr (2012) sayı işıq üzü görüb. Oxucuları bu dəfə də, həmişə olduğu kimi, bir-birindən maraqlı materiallar gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail