"Bakı" Ümummilli liderin xatirəsini dərin ehtiramla anacaq

12.12.2012 | 5619 dəfə oxunub

12 dekabr Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycan dövlətinn qurucusu Heydər Əliyevin vəfatının ildönümüdür. Stadium.az xəbər verir ki, "Bakı" futbol klubunun kollektivi Ümummilli liderin anım günündə bir neçə tədbir planlaşdırır.

Öncə, ənənəyə uyğun olaraq, "Bakı" futbol klubunun üzvləri, futbol akademiyasının müdavimləri və texniki personalın nümayəndələri tərəfindən dahi rəhbərin klub bazasında inşa olunuş abidə kompleksinin önünə tər çiçək dəstələri qoyulacaq. 


Ardından bazanın ən gözəl guşəsində yaradılmış Heydər Əliyev muzeyini ziyarət ediləcək, fotostendlər və maraqlı eksponatlar vasitəsilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin keşməkeşli və qürur dolu həyatını gözlər önünə gətiriləcək. Gənc və yeniyetmə futbolçular muzey eksponatları ilə yaxından tanış olacaqlar.

Bundan sonra anım iştirakçıları Ümummilli lider Heydər Əliyevin uyuduğu Fəxri Xiyabana yollanacaq, dahi rəhbərin məzarını ziyarət etəcəklər, Heydər Əliyev və Zərifə Əiyevanın məzarları önünə çələnglər buraxaraq, onların əbədi xatirəsini yad edəcəklər.


Tədbirlər silsiləsinin sonunda "Bakı" futbol klubunun kinozalında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxış keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail