Vaqif Cavadov: "Cari mövsümdə hər qələbənin qiyməti çox böyükdür"

11.12.2012 | 5052 dəfə oxunub

"Qarabağ" "Bakı"yla oyunun hazırlıqlarını davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Premyer Liqanın XVII turunda paytaxtın eyniadlı komandasının qonağı olacaq "Qarabağ" məşqlərini Suraxanı qəsəbə stadionunda edir. "Qarabağ" "zolaqlılar"la oyuna tam heyətlə hazırlaşır ki, bu da sevindirici xəbərdir. Son oyunlarda qazanılan nəticələr komandaya nikbinlik gətirib. "Kəpəz"lə baş tutan son oyunda qol vuran və bir penalti qazanan Vaqif Cavadov yaxşı idman formasıyla diqqəti cəlb edir. 23 yaşlı forvard verdiyi açıqlamada "Bakı"yla oyuna dəyərləndirib:

"Son oyunlarda "Bakı" yaxşı təsir bağışlayır. Hiss olunur ki, yeni gələn baş məşqçi öz sistemini otuzdurmağa çalışır. Bu qazanılan son nəticələrdə də özünü göstərir. Amma biz də pis vəziyyətdə deyilik. Hazırda ilk pilləni bölüşdürürük. Qazanacağımız 3 xal bizə çox lazımdı. Qış fasiləsinə nikbin yollanmaq istəyirik. "Bakı"nın meydançası yaxşı vəziyyətdədir. Bu da hər 2 tərəfin yaxşı futbol göstərməsinə imkan yaradacaq. "Bakı"yla oyunlarımız hər zaman gərgin alınır. Ötən mövsüm həm çempionatda, həm də kubokda "zolaqlılar"a məğlub olmaqla Avrokuboklardan kənarda qaldıq. Elə ilk dövrədə ki oyun da maraqlı keçmişdi. Ümumiyyətlə, cari birincilikdə hər qələbənin qiyməti çox böyükdür. Qazanılacaq 1 xalın belə əhəmiyyəti hiss olunur. Belə baxanda vəziyyətimiz pis deyil. Düzdü, bəzi oyunlara baxanda fikirləşirsən ki, daha çox xal toplaya bilərdik. Amma bütün komandaların gücləndiyini və hamının xal itirdiyini görəndə şikayətlənməyə haqqımızın olmadığını görürəm. Qışa kimi "Xəzər-Lənkəran"la da vacib görüşə çıxacağıq. Amma indi ancaq "Bakı"yla oyuna köklənmişik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail