Ərtoğrul Sağlam: "Millini çalışdırmaq müqəddəs vəzifədi" Müsahibə

11.12.2012 | 3422 dəfə oxunub

"Bursaspor"un baş məşqçisi Ərtoğrul Sağlam təhsil ocaqlarının birində tələbələrlə görüşüb. Görüş zamanı Sağlam tələbələrin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis bir-birindən maraqlı açıqlamalar verib. Sağlamın ən maraqlı fikirlərini təqdim edirik:

- Milli komandadan təklif gəlsə, qəbul edərsiz?

- Hər məşqçinin idealları, gözlədiyi təkliflər var. Bunlardan biri də milli komandadır. Yığmanı çalışdırmaq müqəddəs vəzifədir. Hazırda belə bir təklif gözləmirəm. Həm millinin öz çalışdırıcısı var, həm də mən böyük hədəfləri olan klubda çalışıram. İndiki halda yalnız futbolçu yetişdirərək milli komandaya fayda vermək istəyirik. Amma gələcək illərdə təbii ki, mən də millini çalışdırmaq istərdim.

- Yaxşı bir idmançı necə olmalıdı?

- Yaxşı idmançı olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdı. Əxlaqlı olmaq da yaxşı idmançının imtina edə bilməyəcəyi kriteriyalardan biridir.  Əgər gərgin rəqabətə tab gətirərək, düzgün şəkildə çalışsanız, nizam-intizam qaydalarına diqqət yetirsəniz, o zaman yaxşı bir idmançı olmağınız mümkündür. Perspektivli futbolçu və ya basketbolçu ola bilərsiz, amma dediyim məqamlara diqqət yetirməsəniz, güclü idmançı olmağınız qeyri-mümkündür.

- Ömür boyu unuda bilmədiyiniz bir xatirənizi bizimlə bölüşərdiniz...

- Məşqçi kimi ən önəmli dövrümü "Bursaspor"da yaşadım. Bir Anadolu klubunun çempionluğu - bu inanılmaz bir hiss idi. Çünki bu təkcə klub deyil, həm də ölkə futbolu adına tarixi bir olay idi. Təbii ki, həmin olayı "Bursaspor"la yaşamağım gözəl bir məqamdı. "Beşiktaş"la Bursada oynadıq və qalib gəldik. Amma digər tərəfdə "Fənərbaxça"nın matçını gözləyirdik. İnanın ki, həmin 1 dəqiqə bitmək bilmirdi. Özümü tam itirmişdim. Həmin anlar ömür boyu yaddaşımızadan silinməyəcək. Matçın başa çatdığını eşidəndə isə yaşanan coşqunu görməyə dəyərdi. Bu, mənim üçün böyük bir gün idi.

- Məşqçilik çətin işdir?

- Məşqçilik çətin peşədir. Çünki böyük bir şəhər sizdən uğur gözləyir. Ətrafınızda isə təxminən 100 adam olur. Məşqçilər korpusumuz 8 nəfərdən ibarətdir. Eyni zamanda ətrafımızda futbolçular, inzibatçılar, tibbi personal və klubun əməkdaşları toplaşıb. Hamımız əl-ələ verib, komandanı uğura daşımaq üçün səy göstəririk. Məhz bu birlik işimizi asanlaşdırır. Əgər məşqçi uğur qazanmaq istəyirsə, daxildə əsl komanda formalaşdırmalıdır. Bu komandadan bir nəfər işini axsatsa, bu, sizi hədəfinizdən uzaqlaşdıracaq. Hətta həmin adam inzibatçı olsa belə. Və ya həkim. O işini düzgün etməsə, futbolçuların sağlığı ilə bağlı kiçik bir səhvə belə yol versə, o zaman ortaya problemlər çıxacaq. Ya da ki hansısa bir futbolçu məşqdə həvəssiz görünsə, baş məşqçi dərhal bu məqama diqqət yetirməli, nəyə görə həvəssiz olduğunu öyrənməli və vəziyyəti düzəltməlidir. Çünki 1 nəfərin belə məşqdə istəksiz görünməsi bütün komandanın çıxışına təsir göstərə bilər. Bir sözlə, bütün bu sadaladığım məqamlarla məşqçi bir-bir, özü də çox yaxından maraqlanmalıdı.

- "Bursaspor"un baş məşqçisi olmaqla hədəflərinizə çatdınız?

- Vəzifəmə başlayanda qarşıma ölkə futboluna xidmət etmək, məndən gözlənilənləri vermək, Türk futboluna faydalı olmaq, azarkeşlərimizi həsrətlə gözlədikləri çempionluğa qovuşdurmaq və bütün bunları davamlı halına gətirmək məqsədi qoymuşdum. Çox şadam ki, məqsədlərimə bir-bir çatdım. Anadolu klubunun imkanlarıyla imkansız görünən işləri həyata keçirdik. Bütün bunların da öhdəsindən gələrkən ölkənin simpatiyasını qazandıq. Məqsədimiz indi bu uğurların ardını gətirməkdi. Ölkənin qəbul etdiyi şəkildə Türkiyənin beşinci böyük klubuna çevrilmək istəyirik. Türkiyədəki missiyamı başa çatdırdıqdan sonra Avropada çalışmaq istəyirəm. Amma bütün Bursa gücünü "Bursaspor"a yönləndirsə, yeni stadionumuz da inşa olunsa, artıq "Bursaspor" Avropada uğur qazanmağı hədəfləyə bilər. Lakin bu, heç də asan iş deyil.

- Ronaldo və Messi kimi yüksəksəviyyəli futbolçulara rəhbərlik edə bilərsiniz?

- Həm Messi, həm də Ronaldo dünya səviyyəli ulduzlardır. Amma onlar eoqist deyillər. Ulduzları idarə etmək məharət tələb edən iş deyil. Çünki onlar özləri özlərini idarə edə bilirlər. Dünya səviyyəli ulduzlarla çalışmaq da gözəl bir işdir. Ən çətin olan özünü ulduz hesab edən, amma əslində ulduz olmayan futbolçularla çalışmaqdı.

- Uşaqlarınız hansı komandaya azarkeşlik edirlər?

- Bildiyiniz kimi, 2 uşağım var - oğlum Burak və qızım Berrak. Oğlum "Bursasporlu"du. İkinci komandası da "Samsunspor"du. Bizim ailəmiz peşəkar azarkeşlərdən ibarətdir. Biz hansı komandada çalışırıqsa, uşaqlar da həmin kluba azarkeşlik edirlər. Amma bizim həyatımızda önəmli olan komandalar var. Ad açıqlamaq artıqdı, lakin onların təsiri bizim üzərimizdən silinməyəcək.

 "Het-news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail