Namiq Məstanov: “Əsgər Abdullayevdə başkəsənlik yox idi” Müsahibə

11.12.2012 | 6689 dəfə oxunub

Namiq Məstanov “Turan” klubuna yad sima deyil. O, bu klubun yaradıcılarından və ilk rəhbərlərindən biri olub. Uzun müddət idi ki, klubdan kənarda qalmışdı. Amma bir neçə ay əvvəl yenidənTurana qayıtdı. O, komandanın vitse-prezidenti təyin edildi. Bundan sonra isə komandada bir çox dəyişikliklər oldu özüylə bağlı hadisələrdə yaşandı. Məstanovla söhbət edərək elə bu məsələlərə aydınlıq gətirməyə çalışdıq:

- Komandaya qayıdışınız necə alındı?

- Klubun prezidenti Yaşar İbrahimovdan təklif gəldi, bunu bir qədər düşünəndən sonra razılıq verdim. Problem yalnız onda idi ki, ailəm Bakıdadır, ancaq bir qədər düşünüb klubun təklifini müsbət cavablandırdım.

- Deyilənə görə siziTurana PFL prezidenti Ramin Musayev apartdırıb...

- Mənim işim AFFA-da olduğundan, təklifdən sonra onunla da məsləhətləşdim. Musayev işimə-gücümə bələddir, mənə dedi ki, təklif varsa, gedim işləyim.

- Hazırda AFFA-nınTurana yardımı var?

- Xeyr, heç bir yardımdan söhbət gedə bilməz.

- OndaTuranı konkret olaraq kim maliyyələşdirir?

- Tovuz Rayon İcra Hakimiyyəti. Onlar bu pulu hardan alırlar, necə edirlər, bilmirəm. Əsas odur komandanı saxlayırlar.

- Hazırkı durumunuz necədir?

- Göz qabağındadır. Çempionat başlamamışdan əvvəl hər şeyi götür-qoy etdik, strateji plan cızdıq. Əsas məqsədimiz o idi ki, “qapazaltıifadəsini klubun üzərindən götürək, komandanın zədələnən imicini özünə qaytaraq. Sağlam kollektiv yaradaq, daha sonra azarkeşləri stadiona  qaytaraq, onlar bu komandanı əvvəlkindən çox sevsinlər. Düşünürəm ki, müəyyən mənada buna nail olmuşuq. Əgər, dediklərimi tam yerinə yetirə bilsək, onda nəticə qazana biləcəyik.

- Bəs qarşınıza hansı məqsəd qoyulub?

- Əsas işimiz əzmkar komanda yaratmaqdır. Tovuza gələn komanda düşünməsin ki, gedib oradan 3 xalı asanlıqla gətirə biləcəklər. Elə bir komanda yaratmalıyıq ki, digər rəqiblər bizdən çəkinsinlər. Daha püşkatmadan sonra qazanacaqları xalları sayan zamanTurandan 6 xalı asanlıqla alacaqlarını düşünməsinlər. Hər bir komanda bilsin ki, “Turanla oyun çətin olacaq. Artıq buna da nail olmuşuq.

- Əsgər Abdullayevi niyə planlarınızdan kənarlaşdırdız?

- Mən deməzdim ki, Əsgər Abdullayev pis məşqçisir. Sadəcə, ondabaşkəsənlikyoxdur, komandada ciddi nizam-intizam yarada bilmirdi. Abdullayevin futbolçu ya komanda üçün konkret cəza tədbiri yox idi. Bütün bunlara görə , bizim strategiyamıza uyğun gəlmirdi. Bizə elə məşqçi lazım idi ki, ciddi nizam-intizam yarada bilsin, futbolçuların yanında sözünün kəsəri olsun.

- Əfqan Talıbov belə məşqçidir?

- Talıbov hardasa, bizim planlarımıza uyğun gəlir. Bütün ailələrdə müəyyən intizamsızlıqlar olur, amma bu həddini aşırsa, çərçivədən kənara çıxırsa, artıq ciddi tədbirlər görülməlidi. Elə Popoviç məsələsi belə oldu

- Popoviçin hərəkətini necə qiymətləndirirsiz?

- PopoviçiTurana dəvət edəndə çoxları bizə deyirdi ki, səhv edirik, bu futbolçu çox intizamsızdır, amma bura gələndə onda belə hərəkətlər görmədik, hətta komandamıza çox köməyi dəydi. Üstəlik qaydalara görə meydanda 21 yaşı tamam olmamış bir futbolçu da olmalı idi ki, bu mənada işimizə yarayırdı. Onun milli səviyəsində beynəlxalq təcrübəsi olduğundan, meydana çıxan komandamızda təcrübəsiz oyunçu olmurdu. Amma komanda nəticə verdikcə, bu futbolçu özünü əvəzolunmaz hesab etməyə başladı. Bizdə onu əvəzləyəcək bir çox gənc futbolçu var.

- “Qarabağ” - “Turanoyunundan sonra baş hakim Rəhim Həsənovla aranızda problem yaranmışdı...

- Bu gün bizim büdcəmizləQarabağın büdcəsi müqayisəyə gələ bilməz. Bu mənada oyundan sonra tuneldə komandamızın futbolçularını səfərdəQarabağkimi komandadan xal aldıqları üçün təbrik edirdim. Həmin məqamda Rəhim Həsənov PFL-in mühafizəçilərinin əhatəsində hakimlər otağına gedirdi. Bu anda, özü çox sakit tərzdə onaRəhim, oyunu 97 dəqiqə oynatdındedim. Bundan sonra mənə qarşı nalayiq ifadə işlətdi, artıqlamasıyla da cavabın aldı.

- Bununla bağlı AFFA-ya hər hansı bir şikayətiniz oldu?

- Yox, heç bir şikayətimiz olmadı. Sadəcə, oyunun protokoluna baş verən hadisələri qeyd etdim.

- Bu hadisədən sonra Rəhimin cəzalandırılmaması düzgün idi?

- Bu mənim yox, onların öz işidir

- "Turan" ilk "altılığ"a düşə biləcək?

- İnşallah, bizdə elə buna çalışırıq. Şanslar yarı-yarıyadır. Əgər alınmasa, sadəcə təəssüflənə bilərik.

- “Bank of Azerbaycan"nınTurana reklam verməsindən sonra belə söhbət çıxıb ki, sizin komanda daBakınınkiçik qardaşıoldu. Axı bu bankBakırəhbərliyinindir...

- “BakıTuranrəhbərliyi sadəlövh insanlardan təşkil olunmayıb - “böyük-kiçik qardaşsöhbəti varsa, bunuqarğa, məndə qozdeyimi ilə bütün aləmə car çəksinlər. Əgər, belə bir söhbət olsaydı, bunu bağlı qapılar arxasında həll edərdik, heç kimində məsələdən xəbəri olmazdı.

- Bəlkə bu da bir siyasətdir?

- Heç bir siyasətdən söhbət gedə bilməz. İyul ayında mən özüm bir çox yerlərə - şirkətlərə, idarələrə, banklara, mobil operator şirkətlərinə forma reklamı ilə bağlı rəsmi müraciət etmişdim. Sadəcə olaraq, “Bank of Azerbaycan” təklifə müsbət cavab verib. Biz elə bu ərəfədəBakıdan səfərdə xal aldıq. Ortadaqardaşlıqolsaydı, heç bu da baş verməzdi.

- Konkret olaraq deyə bilərsiz ki, PopoviçiTurandan üçün uzaqlaşdırdız?

- Popoviç klubun daxili nizam-intizam qaydalarını daimi olaraq pozduğu üçün, baş məşqçinin istəyi ilə komandadan uzaqlaşdırıldı. Baş məşqçi bununla bağlı rəhbərliyə təqdimat yazdı. Rəhbərlik onun klubdan göndərilməsiylə bağlı qərar verdi

- Bu qərara Popoviçin spirtli içki aludəçisi olması təsir etdi?

- Təbii ki.

- Komandada Popoviçdən başqa heç kim spirtli içki qəbul etmir?

- Təbi ki, var, amma onlar intizam qaydalarını pozmurlar, hədlərini aşmırlar.

- Fasilə zamanı heyətdə hansı dəyişikliklər gözlənilir?

- Qarşıda 3 oyunumuz var. Bu qarşılaşmaların nəticəsindən asılı olaraq müəyyənləşəcək ki, komandada hansı dəyişikliklər olacaq.

"Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail