Olimpiya çempionumuz: "Neftçi”nin üzvü olsam da, mənim üçün birinci “Kəpəz”dir" Müsahibə

10.12.2012 | 5745 dəfə oxunub

Olimpiya çempionu Toğrul Əsgərov pfckapaz.com saytına müsahibə verib. Stadium.az xəbər verir ki, Gəncə güləş məktəbinin yetirməsi futbolla bağlı sualları cavablandıraraq, maraqlı açıqlamaları ilə diqqət çəkib.

Toğrul, futbolla aran necədir?

Həyatımda futbolun ayrı bir yeri var. Güləş və basketbolla yanaşı futbol oynamaqdan da böyük ləzzət alıram. Gün ərzində 2 dəfə məşq etsəm, yorulsam belə futbol oynamağa həvəslə razılaşıram. Gecənin istənilən saatında, yuxudan qaldırsalar top qova bilərəm. Demək olar ki, həftədə 2 dəfə futbol oynayıram. Bazarertəsi və cümə gunləri uşaqlarla yığışıb oynayırıq. Futbola marağım olduqca çoxdur. Hərdən mənə deyirlər ki, sən güləşlə futbolu dəyişik salmısan. Dost-tanış deyir “gərək futbolçu olardın, onda həyatın bəlkə tamam başqa cür olardı”.

Gəncədə uşaq və yeniyetmələr güləş və ya futbola meyl edirlər. Buna görə fikrini sorusduq.

Futbola həqiqətəndə həvəsim çoxdur. Bunu dost-tanışdan sorusa bilərsiniz ki, mən necə futbol oynayıram. 100 faiz əminəm ki, güləşçi olmasaydım, futbolçu olacaqdım.

Hansı klublara və yığmaya azarkeşlik edirsən? 

Dünya klublardan “Barselona”ya , yığmalardan isə İspaniya və Argentinaya azarkeşlik edirəm. Və əlbəttə ki, Gəncəmizin “Kəpəz”inə.

“Kəpəz”in adını sonuncu dedin.

(gülür) Siyahı belə alındı. İlk növbədə “Kəpəz”ə azarkeşlik edirəm. Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam. Tez-tez gedib oyunlarına baxmışam. İndi vaxt azlığına görə gedib baxa bilmirəm. Hec televizorda da izləyə bilmirəm. Cünki məşqlərdən vaxt olmur. Yorğun oluram. Bu üzdən də məşqdən sonra dincəlmək, yatmaq lazımdır. Mütləq imkan tapıb “Kəpəz”in qarşıdakı oyunlarına baxmağa gedecəyəm. İdmançılarla bir yerə yığışanda, yığmanın məşq toplanışında olanda futboldan çox danışırıq. Hərə azarkeşlik etdiyi komandadan danışır. Güləş yığmamızın üzvü Cəbrayıl Həsənov Astaradandır. Cənub bölgəsindən olduğu üçün “Xəzər Lənkəran“a azarkeşlik edir. Hər dəfə Lənkəran komandasını öyür. Gəncəli olduğumdan mən də “Kəpəz”dən danışıram. Yaxşı da, pis də oynasa, özumüzün komandamızdır. Hərə öz klubunu təriflədiyindən, bu barədə öz aramızda intiraqa da olur.

“Kəpəz”lə bağlı xəbərlərlə hardan məlumat alırsan? 

Mətbuatı az izləyirəm. Elə televizora da az baxıram. Ona görə dost-tanışdan nəsə öyrənməyə çalışıram. “Neftçala” klubunun rəsmiləri arasında bir dostum var. Futbolun icində olduğu üçün onunla danışıb, Gəncə futbolu haqda məlumat alıram. Bilirəm ki, artıq Gəncədə ikinci komandada var. Uşaqlardan “Tərəqqi”nin və “Kəpəz”in oyunları, nəticələri haqda maraqlanıram.

İdmançı kimi həm də “Neftci” cəmiyyətinin üzvüsən. “Kəpəz”lə “Neftci” arasında tarixi rəqabət var. 

Bunu bilirəm. Mən Gəncə -“Neftci” idmançısı kimi güləşirəm. “Neftçi”nin üzvü olsam da, mənim üçün birinci sırada “Kəpəz”dir. Birinci “Kəpəz”ə azarkeşlik edirəm. Sonrakı sırada “Neftci”dir. “Kəpəz”in hazırkı durumunu bilirəm və komandamızın yenidən uğurlu çıxışlarını davam etdirəcəyinə inanıram. Gəncədə idmana həmişə maraq olub. Peşəkarları bir kənara qoyaq, şəhərimizdə çox sayda həvəskar futbolçu, yaxşı oynamağı bacaran insan var. Mini meydançalarda axsam saat 6-dan 12-yə kimi bos vaxt tapmaq olmur. Hamı boş vaxtlarında futbol oynayır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail