"Simurq" "Xəzər Lənkəran"la oyuna hazırdı

10.12.2012 | 2980 dəfə oxunub

XV turda səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub edərək yoluna davam edən “Simurq”, bir günlük istirahətdən sonra növbəti oyunun hazırlıqlarına başlayıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, tam heyətlə həftə ərzində məşq edən Zaqatala təmsilçisi artıq “Xəzər Lənkaran”la qarşılaşmaya hazırdır. Baş məşqçi Georgi Çixradze üçün xüsusi önəm daşıyan bu matçda "sarı-qaralar" qalib gəlmək üçün saatları saymağa başlayıb. Çünki Zaqatala klubu cənub təmsilçisini məğlub edəcəyi halda yenidən turnir cədvəlinə şəriksiz liderlik edəcək.

Cari mövsümdə “Simurq” məhz ilk dəfə I dövrədə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə “Xəzər Lənkəran”ı məğlub edərək zirvəyə yüksəlmişdi. Bu həm də Zaqatala təmsilçisinin Premyer Liqa tarixində lənkəranlılar üzərində qazandığı ilk qələbə idi.      

Rəqiblərin 14-cü dueli ərəfəsində “Xəzər Lənkəran”ın “Simurq” qarşısında statistik cəhətdən böyük üstünlüyü var. Ancaq buna baxmayaraq zaqatalalılar növbəti qələbəsini qazanaraq yenidən tarix yazmaq istəyir. Çünki Zaqatala təmsilçisi indiyədək səfərdən xalsız qayıtmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail