"Bakı"dan daha bir ilk

06.12.2012 | 2818 dəfə oxunub

“Bakı” klubu daha bir mötəbər beynəlxalq qurumun üzvlüyünə qəbul olunub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycanda Amerika Ticarət Palatası (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) klubun fəaliyyətini diqqətlə izləyib və analiz edib “Bakı”nı sıralarında görməkdən məmnun olduğunu açıqlayıb. Bu barədə AmCham-ın icraçı direktoru Nərgiz Nəsrullayeva məlumat verib.

Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) ölkəmizdə biznes maraqlarını dəstəkləyən və təşviq edən nüfuzlu iş birliyi kimi tanınır. Əsası 1996-cı ildə qoyulmuş Amcham Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edən 251 aparıcı şirkəti özündə birləşdirir. Təşkilatın məqsədi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarını müxtəlif yönlü sosial-iqtisadi layihələrə dəvət etməkdir.

Coca Cola, JW Marriott Absheron, Ernst & Young, Chevron, P&G, Bakcell, ZQAN, British American Tobaco, ConocoPhillips və s. böyük şirkətlər AmCham üzvləri sırasında yer alır.

Bu gün Hyatt mehmanxanasının Quba zalında AmCham-ın illik toplantısı (Luncheon) keçiriləcək. Görüşdə quruma qoşulan yeni üzvlərin təqdimatı yer alacaq. Eyni zamanda günün aktual məsələləri, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi barədə diskussiyalar aparılacaq.

Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadədir. Tədbirə rəsmi dəvət alanlar arasında “Bakı” da var.

Qeyd edək ki, “Bakı” AmCham sıralarına qəbul olunan ilk idman təşkilatıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail