"Neftçi" Milanda da müdafiə futbolu oynamayacaq"

06.12.2012 | 3744 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə "İnter"in qonağı olacaq "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Milanda mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssisilə yanaşı mətbuat önünə "ağ-qaralar"ın müdafiəçiləri Tərlan Quliyev və İqor Mitreski də çıxıb. Makedoniyalı müdafiəçinin fikirlərini təqdim edirik: 

"Avrokuboklarda oynamaq asan deyil. Bizdə 7-8 futbolçu var ki, gəncdirlər, klubun öz yetirmələridir. Bu, çox müsbətdir. “Neftçi” Azərbaycan futbolunda avrokuboklarda qrupa düşən ilk komanda oldu. Bu, asan məsə deyil. Milanda belə stadionda oynamaq böyük təcrübədir, Mən qrupda topladığımız 2 xaldan razıyam. Rəqiblərimiz hər il nəinki Avroliqada, Çempionlar Liqasında qrupda oynayır. “İnter” dünyanın aparıcı klublarındadır. Ancaq bizim azarkeşlərimiz, Azərbaycan xalqı üçün layiqli oynamağımız lazımdır. Mən ümid edirəm ki, futbolçular məsuliyyəti, asan oyun olmayacağını dərk edir. Hərə baş məşqçinin tapşırıqlarını yerinə yetirsə, yaxşı oynayacağıq. “Neftçi” heç vaxt müdafiə oynamayıb, Milanda da müdafiə futbolu oynamayacaq. Necə alıcanağına sonra baxarıq. Qrupa düşmək çox çətindir. Biz buna nail olmaqla böyük addım atdıq. Bu, gördüyümüz böyük işlərin, klub rəhbərliyinin zəhmətinin nəticəsidir. Azərbaycanda “Neftçi”dən başqa elə bir komanda görmürəm ki, 3-5 ilə qrupa düşsün”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail