Çixradze “Simurq” ilə Premyer Liqadakı 25-ci oyununa çıxır

05.12.2012 | 3460 dəfə oxunub

“Simurq” Topaz Premyer Liqasının XVI turunda “Xəzər Lənəkaran”ı qonaq edəcək. Zaqatala şəhər stadionunda keçiriləcək matç dekabrın 10-u, saat 16:00 start götürəcək. Stadium.az Zaqatala klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, bu oyunda baş məşqçi Georgi Çixradze “Simurq” ilə Premyer Liqadakı 25-ci qarşılaşmasına çıxacaq. Ötən mövsümün XXIV turundan komandaya rəhbərlik edən gürcü mütəxəssin başçılığı altında Zaqatala təmsilçisi 24 oyunda 10 qələbə, 10 heç-heçə əldə edib, yerdə qalan qarşılaşmalarda isə məğlub olub. "Sarı-qaralar" Çixradze ilə çıxdığı Premyer Liqa matçlarında 25 dəfə qol sevinci yaşadığı halda, rəqiblərin 15 qoluna əngəl ola bilməyib. On bir qarşılaşmada isə onun yetirmələri qapısını qola qapayıbdır.

Çixradzenin komandanı çıxardığı oyunlarda ən çox qeydə alınan hesab 2:1-dir. 6 belə qarşılaşmada “Simurq” 3 dəfə meydandan qalib ayrılıb. Zaqatala təmsilçisi gürcü mütəxəssislə Premyer Liqada ən çox “Turan” və “Sumqayıtla” üz-üzə gəlib. Tovuzlularla görüşlərdə 3 heç-heçə, 1 qələbə əldə edilibsə də, sumqayıtlılarla oyunların hamısında "sarı-qaralar" qalib gələn tərəf olub. Georgi Çixradze ilə 24 qarşılaşmada “Simurq” 37 xal yığıb. Komandanın onunla qazandığı ən böyük hesablı qələbə cari mövsümə təsadüf edib. III turda “Simurq” doğma arenada “Turan”ı 3:0 hesabı ilə məğlub edib.

2011/12-ci il mövsümü

XXIV Tur – “Simurq” 1:1 “Turan”

XXV Tur – “Sumqayıt” 1:2 “Simurq”

XXVI Tur – “Simurq” 1:2 AZAL

XXVII Tur – “Rəvan” 0:0 “Simurq”

XVIII Tur – “Turan” 0:0 “Simurq”

XIX Tur – “Simurq” 2:1 “Sumqayıt”

XXX Tur – AZAL 0:0 “Simurq”

XXXI Tur - “Simurq” 1:1 “Rəvan”

XXXII Tur – “Kəpəz” 0:1 “Simurq”

2012/13-cü il mövsümü

I Tur – “Simurq” 1:1 “Qəbələ”

II Tur – “Bakı” 0:0 “Simurq”

III Tur – “Simurq” 3:0 “Turan”

IV Tur – “Xəzər Lənkəran” 0:2 “Simurq”

V Tur- “Rəvan” 0:2 “Simurq”

VI Tur – “Simurq” 2:1 “Kəpəz”

VII Tur – “Qarabağ” 0:0 “Simurq”

VIII Tur – “Simurq” 1:0 “Sumqayıt”

IX Tur – “İnter” 1:0 “Simurq”

X Tur – “Simurq” 1:1 AZAL

XI Tur – “Neftçi” 2:1 “Simurq”

XII Tur – “Turan” 1:1 “Simurq”

XIII Tur – “Qarabağ” 2:1 “Simurq”

XIV Tur – “Simurq” 1:0 “İnter”

XV Tur – “Sumqayıt” 0:1 “Simurq”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail