Bakı TV izləyicilərinin sayı 250 mini keçdi

05.12.2012 | 2485 dəfə oxunub

“Bakı” futbol klubunun rəsmi youtube kanalında izlənilən videomaterialların sayı 250 mini keçib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, il ərzində Baku TV məhsullarını 250 mindən artıq adam izləyib. 26 may 2011-ci il tarixdə qeydiyyatdan keçən və 8 aydır ki, fəaliyyətə başlayan kanalın 1538 daimi abunəçisi mövcuddur. Burada qeyd edək ki, söhbət yalnız unikal (1 İP - 1 baxış) ziyarətlərdən gedir. 

Kanalda “B
akı” futbol klubunun infrastrukturu, futbol akademiyasının fəaliyyəti, komandaların oyunlarının şərhləri və videoicmalları, məşqçi və futbolçularla müsahibələr, mütəxəssis rəyləri, rəsmi tədbirlərdən hazırlanan hesabatlar, social fəallığı əks etdirən materiallar və s. yer alır.

FK Bakı TV “Gənc ulduzlar“,“Oyundan sonra“,“Müsahibə“,“Video oyun“,“İsti-isti“ kimi rubriklarda izləyicilərə bir-birindən rəngarəng materiallar təqdim edir. Bu videoları izləyən insanlar klubun tarixi, gündəlik həyatı, gələcək planları və perspektivləri barədə ətraflı məlumata malik olurlar.  

8 ay ərzində FK Bakı TV-nın youtube kanalında 315 vidematerial yerləşdirilib ki, bunların da 100%-i klub TV-nin istehsalıdır.  

Keçmişdə baş verənlər, gələcəkdə isə nələr olacağını bilmək istəyirsinzisə, bizi izləməkdə davam edin. 

http://www.youtube.com/user/fcbakitv




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail