"Qurban Qurbanov mənimlə xüsusi maraqlandı"

04.12.2012 | 3229 dəfə oxunub

"İlk olaraq qeyd edim ki, "Neftçi"ylə oyunda bütün komanda yaxşı çıxış elədi. Mən özümü bu barədə fərqləndirməzdim. Azarkeşlərin şüarlarını eşitdim. Onların rəğbətini qazanmaq mənə çox xoş oldu. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Neçə oldu bunu qazandım? Nə deyim? Bütün oyunlarda sona qədər mübarizə aparıram. Bəlkə, bu azarkeşlərin diqqətini cəlb edib". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.

Gənc müdafiəçi Ağdam klubuna gəldiyi ilk günləri belə xatırlayıb: "Qarabağ"a gələndə elə ciddi problem yaşamadım. Milli futbolçularla öncədən tanışlığım vardı. Ümumilikdə, bütün komanda məni çox istiqanlı qarşıladı. Qurban Qurbanov mənimlə xüsusi maraqlandı. İlk oyunda meydana çıxanda bir qədər həyəcanım vardı. Hər halda  çempionluğa oynayan, ciddi hədəfləri olan komandaya gəlmişdim. Amma oyundan oyuna özünəminlik daha da artdı. Admir Teliylə oynamaq mənə üstünlükdür. Hiss olunur ki, Teli çox təcrübəlidir, daim mənə dəstək olur. Ümumilikdə, bütün komanda olduqca mehribandır. Hamı eyni hədəf üçün çalışır. İnanıram ki, bu birliyimiz sonda öz nəticəsini verəcək. Konkret hədəfə gəlincə, həm ölkə çempionatında, həm də kubok da sona qədər mübarizə aparıb, maksimum nəticə qazanmağa çalışacağıq".   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail