Aleks: "Fənərbaxça" qalib gələndə indi azarkeş kimi çox sevinirəm" Müsahibə
Aleks De Souzanın "Fənərbaxça"dan ayrılmasından iki ay ötsə də, braziliyalı futbolçu qardaş ölkədə hələ də əsas müzakirə mövzularından biridir. Çoxları onun gedişinin doğru olmadığını düşünür. Lakin söylənilənlərə baxmayaraq, Aleksin həyatında artıq yeni səhifə açılıb.
"Lig TV"nin əməkdaşı Braziliyaya
yollanaraq, hazırda "Koritiba"nın şərəfini qoruyan De Souzadan
müsahibə alıb. Həmin müsahibəni bəzi ixtisarlarla təqdim edirik:
- Braziliyada həyatın necə keçir? Geridə qalan bir
neçə ay ərzində vətəninə öyrəşə bilmisən?
- Bəli,
öyrəşmişəm. İlk həftə bir az qarışıq keçdi. Başımız köçməyə, ev işlərinə
qarışdı. Artıq Braziliyaya 2 aydır ki, qayıtmışam. Yavaş-yavaş hər şey
qaydasına düşür. Heç bir problem yoxdur, hər şey yaxşıdır.
- Ailən - həyat yoldaşın, uşaqların Braziliyaya
adaptasiya ola biliblər?
- İlk əvvəl
bir qədər çətinliklə üzləşdilər. Çünki Braziliya və Türkiyədəki gündəlik həyat
arasında böyük fərq var. Amma zaman keçdikcə, onlar da çətinlikləri arxada
qoydular. Hazırkı mühitə artıq tam adaptasiya olduqlarını söyləyə bilərəm. Mən
isə hər gün məşqlərdəyəm.
- Türkiyədə ən çox müzakirə olunan isimlərdən biri
də oğlun Felipedir. Bundan xəbərin var?
- Xeyr,
bu haqda məlumatsızam. Burada Türkiyədə olduğu qədər müzakirə mövzularından xəbərdar
deyiləm.
- Felipenin Türkiyədən bir sıra istəklərini olduğu
deyilir...
- Onun
heç 2 yaşı tamam olmayıb. Hələ heç nədən xəbəri yoxdur. 2 yaşlı uşaq başverənlərdən
bizim kimi xəbər tuta bilməz.
- "Koritiba" ilə müqavilə imzaladıqdan
sonra həyatından məmnunsan?
-
"Fənərbaxça"dan ayrılmağım bir qədər qarışıq oldu. Amma
"Koritiba" ilə müqavilə imzaladığım üçün çox şadam.
- "Fənərbaxça"nın çıxışını yaxından izlədiyini
bilirik. Komandanın hazırkı durumunu necə dəyərləndirərdin?
-
Komandanın matçlarını izləmədiyim üçün sərgilənən oyun haqda konkret söz deyə
bilmərəm. Amma nəticələrdən xəbərdaram. Bir azarkeş kimi komanda yaxşı nəticə
qazananda mən də çox sevinirəm.
- "Marsel"lə oyunda Bekirin qol
vurmasından xəbərdarsan. Çünki bunu tvitterində də qeyd etmisən. Həmin qolu
çoxmu bəyəndin?
- Bayaq
da dediyim kimi, "Fənərbaxça"nın oyunlarını tam olaraq izləyə bilmirəm,
amma qollara sonradan baxıram.
- O qolu izləsən və fərqlənənin kim olduğunu bilməsən,
qol vuranın Bekir olduğunu təxmin edə bilərdin?
- Qol künc zərbəsindən sonra vurulduğunu nəzərə alsam, təxmin edə bilərdim,
Amma anlamadığım odur ki, insanlar bu tip qollara nəyə görə bu qədər böyük önəm
verirlər? Bu cür qollar çox şişirdilir. Halbuki başı üzərindən aşırma zərbə
vurmaq futbolçu üçün son ümid yeridi. Amma istənilən halda, Bekirin adına çox
sevindim.
- Avroliqadakı oyunlar haqda nə deyə bilərsən?
- Təbii ki, komandanın inamlı çıxışı məni çox sevindirir. "Fənərbaxça"
hazırda çox yaxşı futbolçulardan qurulmuş əla bir kollektivdir. Təbii ki, bir
azarkeş kimi komandanın yaxşı nəticələr qazanması məni sevindirir. "Fənərbaxça"nın
yer aldığı qrup heç də zəif deyildi. Buna baxmayaraq, ilk turlardan gözəl oyun
sərgiləyən "Fənər" sona 1 tur qalmış layiq olduğu yeri özü üçün təmin
etdi. İnanıram ki, play-offda da adlarına yaraşan şəkildə mübarizə
aparacaqlar.
- "Fənərbaxça"dan fərqli olaraq yeni
klubunun hazırkı durumu heç də ürəkaçan deyil. Bu haqda nə düşünürsən?
- Sona 2 tur qalmış vəziyyətimiz çətin idi. Son turda da
"Kruzeyro"ya uduzduq. Buna baxmayaraq, digər komandalar da xal itirdi
və bizim üçün təhlükə sovuşdu. Əvvəlcədən Allaha dua edirdim ki, aşağı liqaya
düşməyək. Çox sevinirəm ki, istəyim yerinə yetdi və "A" seriyasındakı
yerimizi qoruduq. İnanıram ki, yanvardan etibarən heyətimiz daha da güclənəcək
və daha yüksək yerlər uğrunda mübarizə aparacağıq.
- Düzdür, "Koritiba" yüksək liqada yerini
qorudu. Amma bu baş verməsəydi, komandanı tərk edərdin? Yoxsa qalıb,
"B" seriyasında da "Koritiba"nın şərəfini qoruyardın?
- Mən "Koritiba" ilə müqaviləyə imza atmışam. Bu kluba da ürəkdən
bağlıyam. Hər klubda olduğu kimi, "Koritiba"da da müqaviləmin sonuna
kimi çıxış etmək istəyirəm. Komanda mənə "get" deməyənə qədər,
"Koritiba"da qalacağam
- 8 il öncə ayrıldığın şəhərə plakatlarla, azarkeşlərin
sevgisi ilə qayıtmaq hər kəsə nəsib olmur. İstanbuldan çox məyus ayrıldığını
bilirik. Bəs Koritibada azarkeşlər səni böyük sevgi ilə qarşılayarkən nə hisslər
keçirdin?
- Bu mənə
də çox maraqlı gəldi. 24 saat ərzində çox fərqli duyğular keçirdim. Türkiyədən
ayrılarkən keçirdiyim hisslərlə Braziliyada insanların məni sevgi ilə
qarşılaması zamanı yaşadığım hissləri müqayisə etmək belə çətindi. Bu, tam fərqli
şeylərdi. Təbii ki, bu cür qarşılanmağım mənim üçün də sürpriz oldu.
- Türkiyə üçün çox darıxırsan?
- 8 il
öncə Türkiyəyə gedərkən də eyni hissləri yaşamışdım. Braziliya üçün
darıxmamaqdan ötrü bu haqda fikirləşməməyə çalışırdım. İndi də eyni hərəkəti
burada təkrarlamamağa çalışıram. Düzdür, İstanbul üçün çox darıxıram. Amma bu
haqda düşünməməyə çalışıram. Fikrimi gündəlik həyatıma və dostlarıma yönəltməyə
çalışıram. Əgər duyğusal olsam, o zaman bu işimə mane olar.
- Türkiyədə olarkən bizim dili demək olar ki, tam
öyrəşmişdin. İndi vətənində doğma dilində danışmaq sənə çətinlik yaratmır ki?
- Təbii
ki, indi vətənimdə olduğum üçün əsasən doğma dilimdən istifadə edirəm və heç
bir problemim yoxdur. İnsanın öz doğma dilini unutması qeyri-mümkündü. "Fənərbaxça"da
olarkən həmyerlilərimlə öz dilimizdə ünisyyət qururduq. Amma mən Türk insanını
çox sevirəm. Onlara qarşı olan sevgim heç vaxt azalmayacaq. Mən yarı türk, yarı
braziliyalıyam və öləndə də belə olacaq.
- Yaxın zamanlarda planında İstanbulu zayirət etmək
varmı?
-
Hazırda bu haqda düşünmürəm. Sözün açığı, Türkiyədə indi havalar çox soyuqdur və
şaxta ilə qarşılaşmaq istəmirəm. Yay aylarında isə burada çempionatın qızğın
vaxtı olacaq. Bu səbəbdən də Türkiyəyə nə vaxt gələcəyimi dəqiq deyə bilmərəm.
- 3 həftə sonra Alekssiz bir derbi izləyəcəyik. Bu haqda
nə söyləyə bilərsən?
-
"Fənərbaxça" - "Qalatasaray" derbisinin nə məna verdiyini
hamımız çox gözəl dərk edirik. Həmin matçda gərgin mübarizə olacaq. Düşünürəm
ki, komandaların xalları arasında həmin oyunadək fərq elə də çox olmayacaq. Bu
səbəbdən də amansız mübarizənin gedəcəyinə əminəm. Mənim düşüncəm isə yalnız qələbədir.
"Fənərbaxça" hətta səfərdə belə oynayanda sabiq komandamdan yalnız qələbə
gözləyirəm
- Türkiyədə sənin üçün çox darıxan və hələ də
etdiklərini müzakirə edənlər var. Buradan Türkiyəyə, "Fənərbaxça"lı
azarkeşlərə və türkiyəli futbolsevərlərə nə demək istəyirsən?
- Onlara
böyük təşəkkür edirəm. Türk xalqına hər zaman minnətdar olacağam. İlk gündən
etibarən məni çox yaxşı qarşıladılar, hər zaman mənə qarşı yaxşı davrandılar və
mən də onları çox sevirəm.
- Türkiyədə ən çox nəyi özlədin?
- Türkiyədə
çox gözəl 8 il keçirdim. Bu səbəb də sizin sualınıza dəqiq cavab verə bimərəm.
Əgər nəyinsə və ya kiminsə adını çəksəm, başqalarına qarşı haqsızlıq etmiş
olaram.
- Rionu çox da sevmədiyini bilirik. Bunun səbəbi nədir?
- Bəli, Riodan xoşum gəlmir. Bəlkə də bu "Flamenqo"dakı
karyeramın pis alınmasından irəli gəlir. Rio gözəl və maraqlı, tarixi yerləri
olan bir şəhərdi. Amma mənim oradakı tarixim ürəkaçan səviyyədə olmadığı üçün
Rio ilə aram yoxdu.
- Bəs, Rio gözəldir yoxsa İstanbul?
-
Müqayisə etsək, ortaya gözəl rəqabət çıxar. Amma şəxsi seçimim İstanbuldur.
- Kruzeyro yoxsa, İstanbul?
- Şübhəsiz,
İstanbul.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |