"Bakı" "Xəzər Lənkəran"la oyunun hazırlıqlarına başladı

03.12.2012 | 2520 dəfə oxunub

“Bakı”nın Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Qəbələ” üzərində qalibiyyətinin ardınca istirahət etmədən artıq bu gün məşq keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, məşq prosesində futbolçular iki hissəyə bölünüblər. Birinci komandanın heyəti dünənki oyunda bütün 90 dəqiqəni meydanda keçirən oyunçulardan təşkil olunub. Onlar üçün məşq prosesi nisbətən yüngül formada keçib. Digər komanda isə adi qaydada çalışıb. Bugünkü məşqdə milli komandanın seleksiya xarakterli toplanışına göndərilən Aqil Məmmədov, Şəhriyar Əliyev və Namiq Ələsgərov iştirak etməyiblər. Xatırladaq ki, Azərbaycan milli komandası dekabrın 3-5-dək gündə iki dəfə olmaqla məşq prosesi keçəcək. Amma “Bakı”nın dekabrın 6-da Topaz Premyer Liqasının “Xəzər Lənkəran”la 6-cı turdan təxirə salınmış səfər oyununa çıxacağını nəzərə alsaq, Aqil Məmmədov və Şəhriyar Əliyev sabah komandaya qoşulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail