"Turan"ın hücumçusu Topaz Premyer Liqasının tarixinə düşdü

03.12.2012 | 4466 dəfə oxunub

“Turan”ın malili futbolçusu Salif Ballo Topaz Premyer Liqasının tarixinə düşüb. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, afrikalı futbolçu XV turun “Kəpəz”lə oyununda 3 qol vurmaqla het-trik müəllifi olub. Bu het-trik mövsümün ilk belə göstəricisidir. Arxada qalan 14 turda 2 poker qeydə alınsa da, 3 qol vuran olmamışdı.  Ballo həm də Topaz Premyer Liqası tarixində ilk het-trik müəllifi olub.


Ölkə çempionatlarında son het-trik ötən mövsümdə 
aprelin 14-də “Bakı” – “Xəzər Lənkəran” görüşündə baş vermişdi. Həmin vaxt Unibank Premyer Liqası adlanan ölkə çempionatında Deyvidas Çesnauskis qonaqların qapısına 3 qol vurmuşdu. 

Legionerlərin 29-cu het-triki

Ballonun son turdakı het-triki milliləşən futbolçular da nəzərə alınmaqla legionerlərin Azərbaycan çempionatlarındakı 29-cu nailiyyəti oldu. Belə ki, arxada qalan 20 yarışda əcnəbilər 28 dəfə 1 oyunda 3 qol vurmuşdu.

Azərbaycan çempionatlarında legionerlərinin het-trikləri:


1997/98 Badri Kvaratsxeliya (Kəpəz) - 2 dəfə
1999/2000 Badri Kvaratsxeliya (Şəmkir)
2000/01 Leonid Kalfa (Neftçi)
2003/04 Arçil Soxadze (Xəzər Universiteti)
2004/05 Eskot Essanq (Şəmkir), Oqtay Dərəlioğlu (Xəzər-Lənkəran), Şalva Mumuladze (Şahdağ)
2005/06 Junivan Suares (Turan) - 2 dəfə, Tomislav Mişura (Neftçi), Əhməd Ticani (Şahdağ), Yakuba Bamba (Karvan)
2006/07 Vladimir Mazyar (Simurq)
2007/08 Branimir Subaşiç (Neftçi), Əhməd Ticani (Bakı), Anatoli Doroş (Standard)
2008/09 Fərzad Hatəmi (Qəbələ), Leandro Qomeş (Olimpik), Viktor İqbekoyi (Turan), Valter Quqlemon (İnter)
2009/10 Girts Karlson (İnter), Anatoli Doroş (Olimpik-Şüvəlan), Robertas Poşkus (İnter)
2010/11 Bahodir Nasimov (Neftçi), Georgi Adamiya (Qarabağ)

2011/12 Bahodir Nasimov (Neftçi), Deyvidas Çesnauskis (Bakı)

2012/13 Salif Ballo (Turan)


Ballo çempionatlarımızda het-trik edən 23-cü legionerdir. Ona qədərki 28 het-triki 22 futbolçu gerçəkləşdirmişdi. 


Azərbaycanda het-trik edən legionerlər:
Badri Kvaratsxeliya – 3 dəfə
Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov – hərəyə 2 dəfə
Leonid Kalfa, Arçil Soxadze, Eskot Essanq, Oqtay Dərəlioğlu, Şalva Mumuladze, Tomislav Mişura, Yakuba Bamba, Vladimir Mazyar, Branimir Subaşiç, Fərzad Hatəmi, Leandro Qomeş, Viktor İqbekoyi, Valter Quqlemon, Girts Karlson, Robertas Poşkus Georgi Adamiya, Deyvudas Çesnauskis, Salif Ballo – hərəyə 1 dəfə.

Salif Junivan Suares və Viktor İqbekoyidən sonra 3-cü legionerdir ki, “Turan”ın heyətində het-trik edir. Həmin 2 əcnəbi üst-üstə 3 dəfə 1 oyunda 3 qol vurmuşdu. Ballo Tovuz təmsilçisinin 4-cü belə het-trikini rəsmiləşdirdi.
 

Legionerlərin klublar üzrə het-trikləri: 
“Neftçi” – 5

“İnter”, “Turan” – hərəsi 4
“Bakı”, “Gəncə”, “Şəmkir”, “Şahdağ”, AZAL - hərəsi 2
“Standard”, “Qəbələ”, “Xəzər Lənkəran”, “Karvan”, “Simurq”, “Qarabağ” - hərəsi 1

İndiyədək heç bir malili futbolçu Premyer Liqada 1 oyuna 3 qol vurmamışdı. Mali bu sıralamada sayca 17-ci oldu.

Legionerlərinin 
ölkələr üzrə het-trikləri: 

Gürcüstan – 6
Nigeriya, Braziliya - hərəsi 3
Moldova, Ukrayna Litva, Özbəkistan  - hərəsi 2
Seneqal, Serbiya, İran, Türkiyə, Sloveniya, Fil Dişi Sahili, Latviya, Uruqvay, Mali – hərəsi 1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail