"Azərbaycan millisi istənilən oyunun bəzəyi ola biləcək, mükəmməl bir qola imza atdı" Müsahibə

03.12.2012 | 2617 dəfə oxunub

Şimali İrlandiya Futbol Assosiasiyasının prezidenti Cim Şou affa.az saytına eksklüziv müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir: 

- Dünya çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Şimali İrlandiya - Azərbaycan oyunu barədə nə deyə bilərsiniz?

- Noyabr ayında Azərbaycan və Şimali İrlandiya komandaları arasında keçirilən oyun olduqca maraqlı alındı. Azərbaycan millisi bir strategiya götürüb sonadək ona uyğun oynadı və uzaq məsafədən, istənilən oyunun bəzəyi ola biləcək, mükəmməl bir qola imza atdı. Qarşılaşma ərzində Şimali İrlandiya millisinin dəfələrlə qol imkanları olmasına baxmayaraq, təəssüf ki, Devid Hili yalnız əlavə vaxtda hesabı bərabərləşdirə bildi.

 - Azərbaycan və Şimali İrlandiya komandaları 2004-2005-ci illərdə də qarşılaşıblar. Həmin oyunlarla noyabrın 14-də Belfastda keçirilən qarşılaşmanı müqayisə etdikdə, nə deyə bilərsiniz?

- Seçmə mərhələdə nəticə əldə edə bilmək üçün ev oyunlarında qalib gəlmək çox önəmlidir. Biz 2005-ci ildə Azərbaycan millisinə qalib gəldikdən sonra İngiltərə yığması ilə qarşılaşıb tarixi qələbə qazandıq. Həmin qələbə bizi ingilislərlə oyuna daha inamlı şəkildə köklədi. Noyabrın 14-də keçirilən oyun bizim üçün uğursuz sayılsa da, indi biz martda keçirəcəyimiz iki oyuna ciddi hazırlaşmalıyıq.

 - Bəs 2013-cü il oktyabrın 11-də keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu barədə indidən proqnoz verə bilərsinizmi?

- Bu suala cavab vermək çətindir. Bütün səfər oyunları, əsasən, çətin keçir və qarşıdakı bu oyun da bizim üçün istisna təşkil etməyəcək.

- Dünya çempionatı-2014-ün seçmə mərhələsinin F qrupundakı mübarizə barədə nə deyə bilərsiniz? Azərbaycan komandasının oyunlarına baxaq. Portuqaliya öz meydanında 63-cü dəqiqəyədək komandamızın qapısına yol tapa bilmir, Rusiya evdə qələbə qolunu 84-cü dəqiqədə penaltidən vurur, Şimali İrlandiya öz meydanında məğlubiyyətdən yalnız 90+6-cı dəqiqədə xilas olur. Bundan başqa, Portuqaliya Lüksemburqla oyunda məğlub vəziyyətə düşərək çətinliklə qalib gəlir, Şimali İrlandiya ilə qarşılaşmada da yalnız 79-cu dəqiqədə vurduğu qolla 1 xal qazana bilir...

- Qeyri-müəyyənlik, ehtiras, həyəcan və qürur – bütün bu xüsusiyyətlər futbola xas olan və onu sevdirən cəhətlərdir. Düşünürəm ki, bizim qrupda Rusiya və Portuqaliyanı güclü komandalar kimi nəzərdən keçirmək lazımdir. Həmçinin İsrail yığması da kifayət qədər yaxşı oynayır.

- Sizcə hansı komanda 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının qalibi olacaq?

- İlk növbədə İspaniya millisinin adını çəkmək lazımdır, lakin hesab edirəm ki, Belçika komandası da çempion ola bilər. Hətta Belçika yığması çempionatda qalib gəlməyəcəyi təqdirdə belə, əminliklə deyə bilərəm ki, rəqiblərinə başağrısı olacaq.

- Hazırda dünyanın ən yaxşı oyunçusu kimdir?

- Lionel Messi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail