Kannavaro: "Qızıl top"a Pirlo və İnyesta layiqdir"

03.12.2012 | 2546 dəfə oxunub

İtaliya millisinin sabiq üzvü, 2006-cı ilin dünya çempionatının qalibi Fabio Kannavaro "Qızıl top"la bağlı fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, Kannavaro Messi və Ronaldonun ilin ən yaxşı futbolçusu adını qazanmağa layiq olmadıqlarını bildirib: "Mən nə Messini, nə də Ronaldonu seçərdim. Onlar ilin ən yaxşısı adına layiq deyillər. Hesab edirəm ki, bu il "Qızıl top"un sahibi ya İnyesta, ya da Prilo olmalıdı. İnyesta "Barselona" və İspaniya millisində möhtəşəm çıxışını davam etdirir. Bu il o komandası ilə birgə yenidən Avropa çempionu oldu. 2012-ci ildə İnyestaya "Qızıl top" uğrunda yeganə rəqib isə Prlo idi. O əvəzolunmaz futbolçudu. Pirlo müasir İtaliya futbolunda böyük yer tutur. O "Yuventus"la Skudettonu qazandı, milli ilə qitə birinciliyinin finalına yüksəldi. Lakin təəssüf edirəm ki, Pirlonun adı "ilk üçlüy"ə düşmədi. Bu qərarla razı deyiləm. Dediyim kimi, cari ildə İnyestaya bu mübarizədə Pirlo rəqib ola bilərdi".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail