"Qəbələ"nin baş məşqçisi "Bakı" üzərindəki qələbəni şərh etdi

02.12.2012 | 3684 dəfə oxunub

Əvəzedicilər çempionatının XV tutunda “Qəbələ” doğma divarlar arasında “Bakı”ya 1:0 hesabilə qalib gəldi. Stadium.az xəbər verir ki, bu qələbə ilə arxada qalan 14 tur ərzində məğlubiyyət acısı dadmayan paytaxt təmsilçisinin uğurlu seriyasına son qoyulub. Matçdan sonra gabalafc.az-la fikirlərini bölüşən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon “Bakı” ilə matçın çətin olacağını bildiklərini, amma öncədən qələbəyə inandıqlarını bildirdi:

“Rəqibimiz öncədən göstərdiyi oyunla və qazandığı qələbələrlə hansı səviyyədə olduğunu nümayiş etdirmişdi. Çətin və gərgin oyun olacağını bilirdik. “Bakı” ilə ilk oyun da maraqlı alınmışdı. Lakin həmin oyunda məğlubiyyətlə barışmalı olmuşduq. Bu matçda komandanın hər bir üzvü qələbəyə inanırdı və nəticədə biz istədiyimizi əldə etdik”.

İspaniyalı mütəxəssis hər keçən gün yetirmələrinin inkişaf etdiyini və görmək istədikləri sistemə uyğunlaşdıqlarını söylədi:

“İlk gündən məqsədimiz komanda oyunu nümayiş etdirmək, meydançada komanda şəklində hərəkət etməkdir. Heyətdəki futbolçular artıq bunu gözəl başa düşür və verdiyimiz tapşırıqları yerinə yetirmək üçün bacarıqlarını və güclərini ortaya qoyurlar. Son oyun da göstərdi ki, biz komanda oyunu oynayırıq və belə oyun sayəsində istədiyimiz nəticələri əldə edə bilərik. “Qəbələ” Futbol Akademiyasında da futbolçulara eyni fəlsəfə aşılanır. Bu da gənc futbolçuların komandamıza uyğunlaşması problemini aradan qaldırır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail