“Bu gün kollektiv oyun sərgilədik" Müsahibə

02.12.2012 | 4192 dəfə oxunub

Dünən əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatının 15-ci turu çərçivəsində "İnter" “Rəvan”ı qəbul edib. Stadium.az xəbər verir ki, qarşılaşmadan sonra “İnter”i meydançaya çıxarmış Rüstəm Əliyev klubun rəsmi saytına qısa müsahibə verdi. Xatırladaq ki, baş məşqçi Tofiq Mustafayev AFFA-nın keçirdiyi kurslara qatıldığından matçda iştirak etmirdi. 

-Rüstəm, ilk dəfədir komanda Sizin rəhbərliyiniz altında meydançaya çıxırdı. Öncə qələbə münasibətilə Sizi təbrik edirik. Oyun barədə fikirlərinizi bilmək istərdik.

-Təbrikə görə minnatdarlığımı bildirirəm. Öncə qeyd etmək istərdim ki, oyun mənim üçün çox həyəcanlı keçdi. Çünki ilk dəfə idi ki, komanda mənim rəhbərliyim altında meydançaya çıxırdı. Həm də gənc məşqçi kimi həyəcan keçirirdim. Komandanın bütün üzvlərinə təşəkkür edirəm, verilən tapşırıqları yerinə yetirdilər.
 
Oyuna gəldikdə ona deyə bilərəm ki, birinci dövrədə “Rəvan” komandasıyla oyun çox çətin alınmışdı. Ona görə də, bu qarşılaşmanın da çətin olacağını düşünürdük. Sevindirici haldır ki, yaxşı oynayıb qalib gəldik.
 
--İkinci hissədə komanda müəyyən dərəcədə arxaya çəkilib, rəqibi əks-hücumlarda yaxalamaq taktikasını seçmişdi. Fasilədə futbolçulara belə davranmaları barədə tapşırıq verilmişdi?
 
-Bununla bağlı xüsusi tapşırıq verilməmişdi. Oyunda belə vəziyyətlər olur. Hesabda irəlidə olduğumuza görə komanda bir qədər arxaya çəkilmişdi. Amma tapşırıq vermişdim ki, müdafiədə oturmasınlar. Qeyd etmək istərdim ki, komandada tələskənlik vardı, doğrudur, ilk hissədə yaxşı oynadılar. Lakin fasilədən sonra tələskənliyə yol verdiklərini müşahidə etmək olardı.
 
-Oyunda hansı futbollçu qoyulmuş tapşırıqları daha yaxşı yerinə yetirdi?
 
- Ümumilikdə komanda yaxşı oynadı. Kimisə fərqləndirmək istəmirəm, ancaq onu demək vacibdir ki, bütün mövqe futbolçularının qələbə qazanılmasında payı oldu. Bir sözlə, bu gün kollektiv oyun sərgilədik.
 
Bundan başqa, qələbə qazanmağımızda klub rəhbərliyinin də rolunu qeyd etmək istərdim. Xüsusilə də  prezident Georgi Nikolovun matç ərzində bizimlə birlikdə olması komandanın hər bir üzvünə müsbət təsir göstərdi. Əsas komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin də dəstəyini vurğulamaq istərdim. Bu gün də Kaxa müəllim əsas komandadan futbolçu dəstəyi göstərmişdi. Bir sözlə, göstərdikləri dəstəyə görə klubun bütün kollektivinə minnətdarlığımı bildirirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail