"Simurq" Sumqayıtda məşqə çıxıb

02.12.2012 | 2398 dəfə oxunub

"Simurq" bu gün Sumqayıt şəhərində növbəti qarşılaşmasına çıxacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının hazırkı liderinin bu dəfə ki, məqsədi də meydandan qalib tərəf kimi ayrılmaqdır. Bunun üçün Zaqatala təmsilçisi məşqləri ara vermədən davam etdirir. "Sarı-qaralar" dünən qarşılaşma öncəsi son hazırlıqlarını görüb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan Georgi Çixradzenin yetirmələri tam heyətlə "Sumqayıt"la oyuna hazırlaşıb. Bir saata yaxın davam edən məşq prosesində gürcü mütəxəssis futbolçularını o qədər də çox yormayıb. İsinmə hərəkətlərindən sonra, dar alanda ötürmələr üzərində çalışan "Simurq", iki tərəfli oyun və qapıya zərbələrlə hazırlıqları tamamlayıb. Bundan sonra istirahətə çəkilən komanda qarşılaşmanın start fitini gözləməyə başlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail