"Kəpəz" Qərb derbisi üçün hazırdı

02.12.2012 | 2703 dəfə oxunub

"Kəpəz"in “Turan”la oyunöncəsi son məşqi 1 saatdan bir qədər çox müddətdə davam edib və yüngül xarakter daşıyıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, məşqə Andrey Kolesnikovun rəhbərliyi altında qaçış-isinmə hərəkətləri ilə başlayan komanda üzvləri sonradan topla çalışmalara keçiblər. Yarımsaata yaxın davam edən bu çalışmalar boyu baş məşqçi Mahmud Qurbanov fərqli tərzdə hərəkətlərlə, futbolçuların oyun zamanı ötürmələrdə bir-birlərini daha yaxşı başa düşməsi üçün öz göstərişlərini verib. Hazırlıq zamanı bəzi oyunçular istisna olmaqla klub tam heyətlə məşq edib. Belə ki, əzələsində dartılma olan qapıçı Xəyal Zeynalovla qasıq nahiyəsində ağrılardan əziyyət çəkən gənc yarımmüdafiəçi Elvin Həsənəliyev həkim nəzarətində fərdi olaraq məşq ediblər. Zeynalovdan fərqli, Həsənəliyev hazırlığın əvvəlində komandaya qoşulsa da, ikitərəfli oyunda futbolçu yenidən fərdi halda hazırlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail