"Foqtsun mənə dəvət göndərdiyini biləndə çox xoşbəxt oldum" Müsahibə

30.11.2012 | 6585 dəfə oxunub

Berti Foqtsun ilk dəfə milli komandamıza çağırdığı "Kayzerslautern"in hücumçusu Rüfət Dadaşov "Sport Favorit" qəzetinə eksklüziv müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
 
- İlk dəfədi Azərbaycan milli komandasına çağırılırsan. Dəvət kimdən gəldi?
- Bununla bağlı AFFA mənim klubuma dəvət göndərib. Federasiyanın məktubu Kayzerslauternə çatanda klubdan mənə zəng gəldi. Baş məşqçim mənə dedi ki, Azərbaycan milli komandasında oynamağa namizədsən. Berti Foqtsun mənə dəvət göndərdiyini biləndə çox xoşbəxt oldum.
 
- Ümumiyyətlə, belə bir təklif gözləyirdinmi?
- Xeyr. Milliyə çağırılmağım mənim üçün əsl sürpriz oldu. Çünki mən cəmi 6 aydı bu səviyyədə çıxış edirəm. Ona görə də hazırkı vaxt üçün belə bir təklif gözləmirdim.
 
- İlk dəfə xəbəri eşidəndə reaksiyan necə oldu?
- Mənə təklif göndərdiklərini eşidəndə çox sevindim və fəxr elədim ki, Azərbaycan millisinə dəvət almışam.
 
- Futbola gəlişin necə olub? Bu idman növü ilə nə vaxtdan və harada məşğul olmağa başlamısan?
- Futbola 8 yaşımda Almaniyada başlamışam. Əvvəlcə yaşadığım şəhərin klublarının aşağı yaş qruplarında oynamışam. İlk olaraq “SV Wehen Wiesbaden” klubunun idman akademiyasına transfer olmuşam. Ardınca isə “Maynts”ın futbol akademiyasına keçmişəm. “FV Biebrich” and “SV Gonsenheim” kimi klubların açağı yaş qrupları üzrə komandalarında oynadıqdan sonra bu yay Almaniyanın köklü klublarından “Kayzerslautern”in əvəzedici komandasında (U-23) oynamaq imkanı qazandım. Hazırda da bu komandanın şərəfini qoruyuram.
 
- Millimizin oyunlarını izləyirsən? Hansı oyunlara baxmısan?
- Dünya çempionatının seçmə mərhələsinin oyunlarını izləyirəm. Ancaq Almaniyada matçlara baxmaq elə də asan deyil. Yalnız alman telekanallarında göstərilən oyunların icmalına baxmışam. Gördüklərimdən sonra onu deyə bilərəm ki, millinin səviyyəsi əvvəlki illərlə müqayisədə çox qalxıb və hazırda komanda yaxşı futbol sərgiləyir. Yığmada əvvəlki dönəmlə müqayisədə çox şey dəyişib və inkişaf edib.
 
- AFFA-dan təklif gələndə onu qəbul edib-etməməklə bağlı tərəddüd elədin? Nəzərə alaq ki, Azərbaycan millisi elə də güclü komanda deyil.
- Beynimdə hər hansı sual işarəsi yaranmadı. Doğma ölkənin millisinin şərəfini qorumaq xüsusi bir şeydi və bu, mənim üçün böyük şərəfdi. Mənim atam su polosu üzrə Azərbaycan millisinin şərəfini qoruyub. Ona görə mən də fəxr edirəm və qürur duyuram ki, ölkəmi yüksək səviyyədə təmsil etmək imkanı qazanmışam.
 
- Azərbaycan dilində danışa bilirsən?
- Çox təəssüf ki, Azərbaycan dilində danışa bilmirəm. Yalnız rus, alman və ingilis dillərini bilirəm.
 
- Sənə dəvət gələnə qədər Berti Foqtsu tanıyırdın?
- Əlbəttə. Almaniyada hamı onu tanıdığı kimi mən də tanıyıram. Onun alman futbolunun tarixində böyük adı hələ də qalmaqdadı. Ancaq bu günə qədər heç vaxt onunla söhbət etmək şansım olmayıb. Ancaq ümid edirəm ki, onunla görüşüb danışacam. O, çox məşhurdu və belə bir əfsanəvi məşqçinin Azərbaycan millisinə başçılıq etməsi xüsusi bir şeydi. Onunla işləyəcəyim üçün doğrudan da qürur hiss keçirirəm.
 
- Əgər eyni vaxtda sənə Almaniya millisindən də dəvət gəlsəydi və seçim qarşısında qalsaydın. Hansı addımı atardın: Almaniya, yoxsa Azərbaycan?
- Bu barədə heç vaxt düşünməmişəm. Azərbaycan millisinə dəvət almışam. Doğma ölkəmin yığmasında oynamaq mənə yuxu kimi gəlir. Sanki gerçək deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail