"Sumqayıt" "Simurq"la oyuna hazırlaşır

30.11.2012 | 2914 dəfə oxunub

Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Simurq"u qəbul edəcək "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, səhər saatlarında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan komandanın heyətində zədəli futbolçular yer almaqdadır. Belə ki, Uğur Pamuk və Murad Doymuş zədə səbəbindən Zaqatala klubu ilə keçiriləcək görüşdə meydana çıxmayacaq. Samir Abasov və Məhəmməd Mirzəbəyov isə cəza səbəbindən bu oyunu tribunalardan izləyəcək. Zədəsini sağaltmış Aftandil Hacıyev, Orxan Əliyev, Ceyhun Sultanov və Murad Ağayev isə komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu dekabrın 2-də saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail