"Xəzər Lənkəran": 15-ci tura 15-ci qələbə üçün

30.11.2012 | 4498 dəfə oxunub

Topaz Premyer Liqasının XV turunda “Xəzər Lənkəran” 3 oyunluq səfərlərə son qoyacaq. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, çempionatın son 2 matçında “Bakı” və “Kəpəz”in, ölkə kubokunda “Turan”ın qonağı olduqdan sonra doğma meydana qayıdan komanda AZAL-ı qəbul edəcək.
 
Bu qarşılaşma rəqiblər arasında 22-ci duel olacaq. İndiyədək komandalar 17 dəfə çempionat, 4 dəfə kubok çərçivəsində görüşüblər. Bu matçlarda 14 dəfə qalib gələn “Xəzər Lənkəran” XV turun oyununda 15-ci qələbəni qazanmağa çalışacaq. Cəmi 3 dəfə məğlub olan 2Xəzər Lənkəran" 4 dəfə heç-heçə ilə kifayətlənib. 21 matçda 28 qol vuran futbolçularımız cəmi 10 dəfə qapısında qol görüb.
 
Çempionatdakı oyunlara gəlinсə, AZAL-ın 2005/06 mövsümündə həmin vaxt güclülər dəstəsi adlanan Premyer Liqada keçirdiyi ilk matç məhz “Xəzər Lənkəran”a qarşı olub. Həmin vaxt 2:0 hesabı ilə qalib gələn cənublular ümumilikdə 12 dəfə rəqibini məğlub edib, 3 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Premyer Liqadakı qarşılaşmalarda top fərqi 23:7-dir.
 
2007/08 və 2009/10 mövsümlərində isə AZAL-la "Xəzər Lənkəran"ın yolları kubokda kəsişib. Hər 2 halda mərhələ keçən “Xəzər Lənkəran” ev matçlarında qələbə qazanıb. Səfərdə isə heç-heçə və məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə top fərqi cənubluların xeyrinə - 5-3-dür.
 
Bakılılarla son oyunlar isə “Xəzər Lənkəran”ın istisnasız qələbələri ilə başa çatır. Ardıcıl 4 qələbə qazanan komanda bu qarşılaşmalarda qol da buraxmayıb. Bu 4 görüşün 2-də böyük hesaba sevinən futbolçuları 9 dəfə rəqib qapısına yol tapıb.
 
2005/0612.08.2005çempionats2:0
2005/0612.02.2006çempionate1:0
2006/0717.09.2006çempionats2:1
2006/0727.04.2007çempionate3:2
2007/0825.11.2007çempionats0:0
2007/0806.03.2008kuboks0:1
2007/0820.03.2008kuboke2:0
2007/0817.05.2008çempionate0:0
2008/0920.09.2008çempionats1:0
2008/0914.03.2009çempionate0:0
2009/1021.10.2009çempionats0:1
2009/1010.12.2009çempionate2:1
2009/1027.04.2010kuboks1:1
2009/1005.05.2010kuboke2:1
2010/1129.08.2010çempionats1:0
2010/1120.02.2011çempionate2:1
2010/1113.03.2011çempionats0:1
2010/1123.04.2011çempionate3:0
2011/1214.08.2011çempionats3:0
2011/1216.02.2012çempionate1:0
2012/1303.10.2012çempionats2:0
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail