Rəşad Sadıqov 2, Əfran İsmayılov 10 aylıq həsrətə son qoydu

29.11.2012 | 3901 dəfə oxunub

"Qarabağ" ölkə kubokunun 1/8 final mərhələsində "Kəpəz"i 2:0 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə yüksəlib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Gəncədə baş tutan görüş Ağdam klubunun bəzi futbolçuları üçün əlamətdar olub. Belə ki, Rəşad Sadıqov uzun müddətli zədədən sonra meydana çıxıb. Özü də "Kəpəz"lə matçda "Qarabağ" və milli komandamızın kapitanı özünə yad olan mövqedə - hücumameylli yarımmüdafiəçi kimi oynayıb. Bu, Rəşadın 7 oyun və ya 2 ay sonra dönüşü demək idi. "Kəpəz"in qapısına ikinci qolu vuran Əfran İsmayılov isə "Qarabağ"ın heyətində rəsmi oyunlarda 10 aydan sonra ilk dəfə fərqlənib. Sonuncu qolunu Əfran ötən mövsüm fevralın 15-də "Bakı" ilə matçda vurmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail