"Qarabağ"ın koordinatoru: "Sözümün adamıyam, sözümü yemərəm" Müsahibə
SƏBAHATTİN TƏKİN: "RƏQİBLƏRDƏ SİZLƏRİN "LİPA" ADLANDIRDIĞINIZ XƏSTƏLİK VAR"
Son illərdə gənc futbolçuları Azərbaycan futboluna qazandıran "Qarabağ" klubu bu yöndə işlərini davam etdirir. Klub rəhbərliyi uşaq futbolunu daha da inkişaf etdirmək üçün komandaya yeni mütəxəssis gətirib. Rəhbərlik Türkiyədə bir çox klublarda işləyən Səbahattin Təkini "Qarabağ"a gətirərək komandanın koordinatoru təyin edib. Bununla da, əvəzedicilərlə yanaşı, bütün aşağı yaş qruplu komandalar onun səlahiyyətinə verilib. Türkiyədə futbolsevərlərimizə çox yaxşı tanış olan Bülənt Korkmazın da köməkçisi işləyən Təkinin sonuncu iş yeri isə "Yozqatspor"un baş məşqçi vəzifəsi olub. Səbahattin bəylə klubun bazasında görüşərək həm "Qarabağ", həm də ümumi futbolumuzun problemlərindən danışdıq.
- Burada işləriniz necə gedir?
- Komandalarımız çox
yaxşı çıxış edirlər. Ümumi olaraq düşərgəyə bir çox futbolçular cəlb etdik və
hazırda bütün komandalarda 55 yeni futbolçu var. Digər klubların "çölə
atdığı" oyunçuları götürərək, onlarla işləməyə başladıq və onları bəlli
bir səviyyəyə gətirdik. Bu komandalar hazırda nəticə baxımından da normal yerlərdədirlər. Aşağı yaş qruplu
millilərdən bizə təkliflər gəlib. Elə əsas məqsədimiz də milli komandalara
futbolçu verməkdir. Hazırda uşaq futbolumuzu normal bir nizama salmışıq. Artıq
futbol məktəblərimiz var. Həftədə 3 dəfə futbol məktəblərində xüsusi
çalışmalarımız olur. Oralardan da seçdiyimiz uşaqlarla müqavilə bağlayaraq
komandalarımıza cəlb edirik. Yaş ortalamasını 6-ya endirdik ki, onlar arasında
5, 6, 7, 8 yaşında uşaqlar var. Hazırda 11 yaşlılardan ibarət komandamız var,
amma ora düşmək üçün 11 yaş altı komanda da yaratdıq ki, rəqabət olsun.
"Sabahın Ulduzları" turnirində
3 yaş qrupunda komandamız var. Bütün yaş qruplarımız, əvəzedici komandamız
hazır vəziyyətdədir. Əvəzedicilərdən əsas komandaya Turanı, Eyvazı, Ramini verdik.
Bu komandanı sözün həqiqi mənasında əvəzedici heyət etmişik. Oyunçu sayımız
normaldır, çalışmalarımız da bu yöndə davam edir.
- Azərbaycanda uşaq futbolu
həmişə problem olub. Siz necə qiymətləndirirsiz, bizdə potensiallı
uşaqlar var?
- Sizə tam səmimi və
ciddi deyirəm, hazırda Azərbaycanda yüksəksəviyyəli məşqçilər və futbolçular
var. Xüsusən də məşqçilər çox yaxşıdır. Onlara deyiləni anında qavrayırlar,
həyata keçirə bilirlər. Futbolçular çox mükəmməldir. Bir komandanı ələ
aldığımda, onlara göstərdiklərimi həmin an başa düşür və meydanda göstərə
bilirlər. Azərbaycan futbolunun ən yaxın zamanda inkişaf etməsi üçün əslində
görüləcək yalnız bir iş var. Tək əksik olan məqam odur ki, 18 və 19 yaşlıların
çempionatı yoxdur, ən qısa zamanda bunu həll etmək lazımdır. Burada 17 yaşlı
futbolçunun futbol həyatı bitir. Bunun da səbəbi odur ki, onlar 17 yaşlılardan
çıxandan sonra əvəzedici komandada oynaya bilmirlər. Çünki əsas komandada
oynaya bilməyənlər bura gəlirlər. Bu problemi biz də yaşayırıq, amma
digərlərini də oynadırıq. 17 yaşlı futbolçu əsas komandaya getdisə, irəli
gedəcək, yoxsa, batıb gedər. Əgər 18 və 19 yaşlıların çempionatı təşkil olunsa,
bu yaşda olan futbolçular özlərini daha da inkişaf etdirə bilərlər. Bunlar həll
olunsa, futbolda Azərbaycanın gələcəyi xilas olar. Mən bura gəldiyim gündən
bunu deyirəm. Məndə əvəzedici komandada 24 futbolçu var, 4-5 oyunçu əsasdan
gəlir, amma hamısını oynadıram. Keçən il
17 yaşlılarda oynayan Fuad indi əvəzedicilərin kapitanıdır. Amma elə an gəlir
ki, belə futbolçunu oynada bilmirəm. Çünki əsasdan gələn daha yaxşıdır və
mütləq oynamalıdır. Əgər bu liqa yaransa, klublar xaricdən futbolçu almazlar,
milyon dollarları ciblərində qalar. Biz indi çalışırıq ki, əsas komandaya 17
yaşında futbolçu verək. Belə olan halda da, futbolçu fiziki durumunu tamamlaya
bilmir. Zatən iki gün sonra burada heç mənə və ya başqasına da ehtiyac
qalmayacaq. Burada yetərli qədər ağıllı məşqçilər var, sadəcə bunu sübut etmək
lazımdır. Mən 16 yaşlını 17-də yox, elə ancaq 16-da oynadıram. Nədən? Çünki
hamı öz yaşıdları arasında oynamalıdır. Milli komandanın bş məşqçisi oyunumuzu
izləməyə gələndə bilməlidir ki, buradakıların hamısı 16 yaşlılardır. Bu
futbolçu əvvəlcə öz yaşıdları arasında oynamalı, sonra yuxarı qalxmalıdır.
- "Qarabağ"ın sizə yaratdığı şəraitdən
razısız?
- Əlbəttə, çox
məmnunam. Prezidentimizə, rəhbərlərimizin hər birinə çox-çox təşəkkür edirəm.
Burada hər cür imkanımız, şəraitimiz var. Bunları məşqlərimizə, çalışmalarımıza
gəlib, özünüz də görə bilərsiz. Bir
futbolçu həftədə 6, ayda 24 saat çalışırsa, biz bunu tam olaraq iki qatına
çıxarmışıq. Biz işimizin vaxtını uzatdıqca meydançaları tuturuq, buna görə də
əlavə pullar verilir. Gecə işləyirəm işıqlandırma var, gündüz işləyirəm
meydançalarım var, oyunlara gediş-gəlişlərimdə heç bir sıxıntım yoxdur. Fürsətdən
istifadə edib komandamızda olan hər kəsə, top daşıyanından sürücümüzə qədər,
hər kəsə minnətdarlığımı bildirirəm. Çünki hamısı işini canla-başla görürlər.
- Sizi bura gətirəndə qarşınıza hansı məqsədi
qoyublar?
- Mənim qarşıma
qoyulan əsas məqsəd 3 il ərzində Avropada oynayacaq bir komanda yaratmaqdır.
Ancaq mən tələsirəm, 3 il gözləyəcək tipdə bir adam deyiləm. Bu işdə
məşqçilərimə çox inanıram. Bizdə məsələn, müdafiəçilərin ayrı,
yarımmüdafiəçilərin ayrı, hücumçuların ayrı məşqçisi var. Çünki hər kəs öz
bildiyini futbolçuya aşılamalıdır. Qapıçı olmuş bir futbolçu indi gəlib
hücumçuya normal məşq keçə bilməz. Məşqçilərimin hamısı azərbaycanlıdır və
onlara çox inanıram. Təkcə bir problemimiz var ki, Azərbaycan futbolunun əsas
sıxıntılarından biri də budur. Bəzi futbolçularımızda - rəqiblərdə sizinlərin "lipa" adlandırdığınız xəstəliklər var. Həmin "lipa"lar komandalardan çıxmayınca, Azərbaycan futbolu yenə
inkişaf etməyəcək. Futbolçu meydana çıxır, baxırsanki 1999-cu il doğumlu
olmalıdır, amma saçı-saqqalı ağarıb, məndən qoca görünür. O uşaq ildə 100 qol
vurur. 100 qol vuran uşaq Messinin rekordunu qırmış olur. Onda niyə Avropa
klubları o futbolçunu həmin yaş qrupundan almır? Hər şey göz qabağındadır.
Həmin uşağın şəxsiyyət vəsiqəsində 1999-cu il doğumu yazıla bilər, amma üz-üzə
gələndə məndən qoca görünür axı... Küçədə rastıma çıxsa, qoca bir adamdır. O
neyləyir, hər oyun 7-8 qol vurur. Niyə onu milli komandaya çağırmırlar? Çünki
hamı onun nə olduğunu bilir. Həmin adam əvəzedici komandaya gələndə ayağına top
dəyməyəcək. Məni uşaqların arasında oynatsan, hər oyun ən azı 10 qol vuraram,
amma əsas komandaya daxil elə, ayağıma top dəyməyəcək, çünki onların tempində
deyiləm.
- Türkiyədə bir çox komandalarda işləmisiz. Aradakı
fərq çoxdumu?
-
Məsələn, burada ən yüksək para alan 300 min dollar alırsa, orada ən aşağı para
alan 300 min dollar alır. Bax, əsas fərq bundan yaranır. Türkiyədə çoxlu sayda
komanda var. Baxın görün orada neçə liqa var? Bəs burada nə qədərdir? Burada I
Divizionla yanaşı, II Divizion və 19 yaşlıların çempionatı təşkil edilsə,
inanın ki, böyük irəliləyiş əldə olunar. Bunlar həyata keçirilsə, Türkiyə ilə
sizin aranızdakı fərq aradan qalxacaq. Bunlar olduğu halda daha çox futbolçu və
məşqçi olacaq ki, seçim imkanı da genişlənəcək. Birdə burdakı məşqçilər dünyanı
təqib etməlidirlər. Bir də baxarsan ki, əlinə 3 istedadlı uşaq düşüb, götürüb
apararsan komandaya, amma onlardan o istedadı üzə çıxartmaq lazımdır. Əgər uşaq
futbolu düzələrsə, hər şey qaydasına düşər. Bir də əsas məsələ futbola baxış
bucağıyla oyunçu potensialıdır.
- Siz daha əvvəl bir zaman
"Bakı"da işləmiş Bülənt Korkmazla da işləmisiz. Niyə sizdə o zaman
Korkmazla "Bakı"ya gəlmədiz? Çünki ondan əvvəl bir yerdəydiz...
-
Çünki o zaman hərbi xidmətə getməmişdim, buna görə də ölkə xaricinə çıxa
bilmirdim. Bülənt Korkmaz "Bakı"ya gələndə məndə əskərliyə getdim.
Daha sonra xidmətdən döndüyümdə "Yozqatspor"un baş məşqçisi oldum.
Daha sonra burayla anlaşdım. Mən "Qarabağ"la müqavilə bağlayandan
sonra isə Korkmaz "Karabükspor"a baş məşqçi getdi. O zamandan sonra
tək işləyirəm. O zaman istədi onun yanına gedim, amma burada sözləşməm vardı.
Bura vuruşmağa, istəklərimi həyata keçirməyə, futbola xeyir verməyə gəldim.
İşimi yarımçıq qoyub gedə bilməzdim. Ən azından müqaviləmin sonuna qədər
"Qarabağ"dayam. Sözləşməm bitəndə göndərərlər gedərəm, təklif olarsa
bu barədə danışarıq. Bir çox məşqçilərlə işləmişəm, düzü, artıq yüksək liqanı
gözlədiyimi də deyə bilərəm.
- O zaman, burada Premyer
Liqada bir komandada işləmək istərsizmi?
-
Əlbəttə, hər kəsin hədəfi budur. Amma dəqiq bir şey deyə bilərəm ki,
"Qarabağ"la müqaviləmin sonuna kimi buradayam. Mənə daha əvvəl də,
hətta 3 gün əvvəl Türkiyədən təklif gəlmişdi, amma mən sözümün adamıyam, sözümü
yemərəm. Bu gün milli komandadan belə təklif gəlsə, burada işimi yarımçıq qoyub
ora getmərəm.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |